Təsərrufat şöbəsinin müdirinin baş həkimin otağında "hoqqa"sı... - VİDEO
Bolge / Video
Oxunub: 811
17 avq 2021 | 13:34
Təsərrufat şöbəsinin müdirinin baş həkimin otağında "hoqqa"sı... - VİDEO


Gördüyünüz bu görüntülər Siyəzən rayon poliklinikasında, özü də baş həkimin iş otağında lentə alınıb.



Yox, bu "xüsusi çəkiliş" mətbuatda yayımlamaq üçün nəzərdə tutulmayıb.

Sadəcə fələyin bu ağsaqqal ilə "zarafat"ı nəticəsində Siyəzən rayon sakinlərinin əlinə keçib və Siyəzən rayon sakini Ruslan Quliyev tərəfindən də redaksiyamıza göndərilib.

Ruslan Quliyev videogörüntünülərin açıqlamasında bildirir ki, "Siyəzən rayon poliklinikasında təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışan Nadir Əsədov bu videogörüntünüləri Bakıdan Siyəzənə dəvət edəcəyi qızlara göndərmək üçün çəkdirib".

Ruslan Quliyevin söylədiklərinə nəzərən Nadir Əsədovun bu qeyri-adi, "romantik dəvətnamə" rolunu oynayan videogörüntünülərinin baş həkimin iş otağında lentə alınması Siyəzən rayon poliklinikasının və şəxsən baş həkimin iş otağının divarlarının çox şeylərin şahidi olduğunu düşünməyə əsas verir.

Ruslan Quliyevin sözlərinə görə heç bir təhsili olmayan, orta məktəbi belə sonuna qədər oxumağa "səbri çatmayan", 9-cu sinifi bitirdikdən sonra təhsili tərk edən, hazırda Siyəzən rayon poliklinikasında təsərrüfat şöbəsinin müdiri işləyən bu ağsaqqal Nadir Əsədovun "fəaliyyəti çoxşaxəlidir".

Belə ki, iş yerində əxlaqsız davranışlar nümayiş etdirməkdən əlavə, o həm də "ticarət"lə də məşğuldur. Daha doğrusu poliklinikada "dəllallıq" edir.

Demək, "müştəri"lər tapır, sonra da əlbir olduğu poliklinikanın Azər və digər səlahiyyətli həkimləri ilə birlikdə aldıqları müəyyən məbləğ qarşılığında "müştərini"n saxta yollarla pensiyaya çıxarılmasını təmin edirlər.

Deyilənə görə onlar bu yolla nə az, nə çox, düz 87 nəfərin saxta pensiya almasını təmin ediblər.

Hansı ki, bu cür işbazlar üzündən artıq bir neçə aydır ki, həqiqi ehtiyaclı şəxslərin də pensiyaları kəsilib.

Söz yox ki, bu boyda qanunsuz əməlləri törətmək təkcə Nadir Əsədovun və poliklinikanın həkimlərinin işi deyil. Onların da "özlərindən yuxarıda" əlbir olduqları kimlərsə var ki, bu vaxta qədər öz "biznesləri"nin sərbəst fəaliyyətini davam etdirə biliblər.

Bundan əlavə Nadir Əsədov hətta Siyəzən rayon Təcili Tibbi yardım üçün nəzərdə tutulmuş, poliklinikanın tabeliyində olan "UAZ" markalı avtomobili 2018-ci ildə özü işlətmək məqsədilə aparıb, bir müddət şəxsi məqsədlər üçün istifadə etdikdən sonra, həmin avtomobili şimal bölgələrindən birində satıb, pulunu mənimsəyib.

Yeri gəlmişkən vurğuladığımız bütün məlumatlar DogruXeber.az informasiya agentliyinin redaksiyasına Siyəzən rayon sakini Ruslan Quliyev tərəfindən daxil olmuşdur.

P.S: Sözügedən videogörüntü ilə bağlı qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Nadir Əsədov ilə telefon əlaqəsi saxladıq.

Nadir Əsədov cavab verdi ki, "o görüntülər 2016-cı ildə mühafizəçi tərəfindən çəkilib. Oranın təmiri zamanı. İşləyib, yorulub, gəlib uzanmışam".

Deyirik, "Nadir bəy axı səsiniz də düşüb".

Deyir: - "Hə mən orda deyirəm "çəkməyaaa məni"." (Yuxarıdakı linkə toxunub, Nadir Əsədovun görüntülərdə səsləndirdiyi ifadələri onun öz dilindən eşidin)

Heç bir ali təhsili olmadan Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə sahib olmasına da "qanundan sitat gətirdi" ki, 14 il bir müəssisədə işləyirsənsə müdir ola bilərsən.

Poliklinikaya məxsus olan "UAZ" markalı təcili tibbi yardım avtomobilinin satılması ilə bağlı məlumata da Nadir Əsədov özünəməxsus cavab verdi ki, "bəli, bəli satmışam Germaniyiyə. Ə mən maşın satanam? Bizdə artıq maşın yoxdur sataq. Maşınlar işləyir. Qalan maşınlar da "spisat"a gedib. Siz işıqlandırın mən də sizi verəcəm prakraturaya".

Qeyd: Nadir Əsədovun özünəməxsus gülünc cavablarını olduğu kimi dərc etdik.

Ağsaqqal müdirin bu cür danışıq tərzi bizə, bəlkə elə sizə də şair Qabilin "səhv düşəndə yerimiz" şeirini xatırlatdı.


Görəsən bu gedişlə biz hara gedirik?!...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”