Ağcabədinin başçısı NƏ İSTƏYİR? - Mehdiyev ab-havası...
Bolge
Oxunub: 403
13 avq 2021 | 16:48
Ağcabədinin başçısı NƏ İSTƏYİR? - Mehdiyev ab-havası...


Ölkədə elə neqativ hallar var ki, istəsən də, istəməsən də barışmalı olursan. Amma elə hallarla rastlaşırsan ki, bir az pafoslu olmasın, adamın damarda qanı donur, adam hər şeyə asi olmaq istəyir.
Lələtəpə uğrunda onlarla şəhidimiz, yüzlərlə qazimiz var. Əslində İkinci Qarabağ savaşı Lələtəpədə başladı və Şuşada qələbə ilə başa çatdı.
Yəni Lələtəpə adı hər bir azərbaycanlı üçün coğrafi addan, məfumdan çox müqəddəs məkan anlamını daşıyır.
Rafil Hüseynov kimi məmurlar isə bu addan da alver məqsədilə istifadə edir. Və Lələtəpə MMC yaradaraq dövlətin ayırdığı vəsaiti silməklə məşğuldurlar.
Ay adam, sənə pul silmək lazımdırsa, özünə başqa MMC yarat. Gərək mütləq adını Lələtəpə qoymalısan ?
Niyə oğlun Şəhriyarın adını qoymursan ?
Yarat də, Şəhriyar MMC ...
Adamın damarda qanını donduran, təkcə ad məsələsi deyil ee...
Deməli, Qarabağ uğrunda ən çox şəhid verən rayonlarımızdan biri də Ağcabədidir.
İcra başçısı Rafil Hüseynov şəhidlərin adlarının əbədiləşdirilməsi üçün küçəyə vurulan xatirə lövhələrinin düzəldilməsi və respublika əhəmiyyətli bayram tədbirlərinin keçirilməsi üzrə satınalma müsabiqələri keçirib. Və...

Müsabiqənin qalibi “Lələtəpə” MMC olub.
İcra hakimiyyəti xatirə lövhələrinə görə Lələtəpə MMC-yə 26 208 AZN, bayram tədbirlərinə görə isə 37 380 AZN ödəməlidir.
MMC-nin qanuni təmsilçisi Camalxanova Aygül Əli qızı kimdir ?
Araşdırmalar nəticəsində isə bəlli olur ki, Ağcəbədi Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi nəyə görəsə, həmişə “Lələtəpə” MMC olur.
Bundan əvvəl də İcra Hakimiyyəti ilə şirkət arasında maliyyə dəyəri 41 500 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin müqavilədə də respublika əhəmiyyətli bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Araşdırmalar zamanı o da məlum olub ki, “Lələtəpə” MMC-nin qanuni təmsilçisi Aygül Camalxanov "Elçin TTQİ” MMC, "Qarabağ İnşaat-2016” MMC və "RCİ-İnkişaf 2014” MMC-nin qanuni təmsilçisi Camalxanov Rövşən İbrahim oğlu ilə eyni ünvanda yaşayırlar. Və bu şirkətlər onlara məxsus deyil.
Yəni adi adama da bəllidir ki, Camalxanovlar sadəcə icra başçısının tender oyunlarında xırda fiqurantlardır.
Yazının girişində qeyd etdik ki, elə acı reallıqlar var ki, istər-istəməz qəbul etməyə məcburuq.
Amma şəhidlərin adından alver etməyi, maxinasiyalar etməyi, pul qazanmağı Allah bizə bağışlamaz.
Başa düşdünmü, cənab Rafil Hüseynov..?
Amma bunları səndən ummağımız əbəsdir.
Çünki sən hara, şəhid hara, Qarabağ hara ?
Sən şəhidin statusunu ləğv etmək kimi rüsvayçı bir əmələ imza atmısan.
Bunu bütün ölkə bilir. Səbəb nədir ?
Şəhidin ailəsi səndən bir parça torpaq istəyib ki, əkib-becərsin, ailəsini dolandırsın.
Niyə o şəhid ailəsinə 3-4 sot torpaq verməmək üçün sonuncu yola əl atdın – şəhidin statusunun saxta olmasını sübut etməyə çalışdın.
Adam necə saxta şəhid ola bilər ?
Şəhid ailəsinə 3-4 sot torpaq verməyə qarnın ağırıyır. Bəs özün Novxanıda 60 sot ərazidə, dəyəri 5 milyon olan 3 mərtəbəli villa tikdirmisən. Bilirsənmi ki, onun krışasının damması və orada nə qədər xərcə düşməyindəndə xəbərimiz var?
Cənab Rafil Hüseynov, bu qara ləkələri sizin alnınızdan yumağa heç Xəzərin suları da yetməz.
Bəlkə sahibkar qadını döydürməyindən bəhs edək ?
Sən sahibkar qadından rüşvət istəyirsən, o da vermək istəmir. Buna görə, qadını döydürərlər ?
Ümumiyyətlə, sizin üçün heç bir dəyər yoxdur.
Masallıda icra başçısı olanda camaatın köhnə qəbristanlığını sökdürüb, yerində obyekt tikdirmədin ?
Ermənilər də Qarabağda qəbristanlıqları sökürdülər...
Hər ağac öz məhsulu ilə dəyərləndirildiyi kimi, hər valideyn də öz övladı ilə dəyərləndirilir.
Sənin oğlun, polis zabiti Şəhriyar Hüseynzadə vətəndaşı şalvarsız, tumançaq evindən aparanda, sənin kimliyin, sənin dəyərin bəlli oldu, cənab Rafil Hüseynov.
Ona görə də vaxtını gözlə, lap az qalıb... //gundelik-baku.com//
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi