Qubada bələdiyyə özbaşınalığı, məhkəmənin saxtakarlığa göz yumması.....İDDİA
Bolge
Oxunub: 824
11 avq 2021 | 19:48
Qubada bələdiyyə özbaşınalığı, məhkəmənin saxtakarlığa göz yumması.....İDDİA


Quba rayonu Digah kənd sakini Ömərov Şamxal Ədil oğlu tərəfindən Teref.az-ın poçtuna dövlətin ali orqanlarına yazılmış şikayətin bir nüsxəsi daxil olub. Teref.az olaraq şikayəti oxuculara tqdim edirik:
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri Sahibə xanım Qafarovaya

Surəti: Azərbaycan Respublikasının Prezident
Administrasiyasına

Surəti: Məhkəmə-Hüquq Şurasının sədri
cənab Fikrət Məmmədova

Quba rayonu Digah kənd sakini
Ömərov Şamxal Ədil oğlu tərəfindən
MÜRACİƏT
Ölkəmizdə qanunçuluğun bərqərar olduğu, möhtərəm Prezidentin həyatımızın bütün sahələrini tam şəkildə nəzarətinə götürdüyü bir vaxtda, ayrı-ayrı məmurların hələ də nəticə çıxarmaması və kobud qanun pozuntularına yol verməsi mənim də həyatımı pis günə qoymuş, dəqiq faktlar və sənədlərlə sübut etdiyim hadisələr baxılmamış qalmışdır.
Mənim kiçik bir 2+1 sot sahədə xırda biznesim olan kafeni almaq üçün kəndin keçmiş vəzifəli şəxsi, adı kriminal aləmdə dəfələrlə hallanan, sovxozun 1000 başa yaxın qaramalını bir gecədə yox edən (Deyilənlərə görə keçmiş baş nazir müavini A.Abbasovla əlaqədə) “Sadval” terror təşkilatı ilə sıx əlaqəli olub silah-sürsat alveri etmiş və (bax ATV-24 Qubada şok olay) cinayətlərdə bulunmuş. Əhmədxanov Şahin Hacıxan oğlunun əsassız və saxta sənədlərlə 10 ilə yaxın mənim həyatıma zərər qatması da bu qəbilədəndir.
Məsələn: 1995-97-ci illərdə torpaq islahatı zamanı, sakinlərə verilmiş pay torpaqların həmin illərdə çəkilmiş baza xəritəsi layihə institutu və torpaq şöbəsində olmasına baxmayaraq Ş.Əhmədxanov və Bələdiyyə sədri Veysəl Əhmədov kobud şəkildə Bircəgül Kazımovanın, hətta şəhidin belə torpağını saxta sənədlərlə alqı-satqı etmişlər.
Çox təəssüf ki, Quba məhkəməsinin hakimi Rahim Həsənov bu sənədləri qəbul edir, Baza xəritəsini qəbul etmir, qanuna kobud şəkildə hörmətsizlik edib, torpağı öz əlləri ilə ölçüb vermiş şahidlərdən bir ifadə belə almaq istəmir. Vəsatəti, digər sənədləri qəbul etmir və qərar qəbul edir. Özü də şok. Bu qədər sənəd və şahidə məhəl qoymayan hakim “Femina” özəl şirkətin (niyə dövlət ekspertizası yox?) verdiyi, tarixsiz?! hansı əsrdə verdiyi bəlli olmayan rəyi (surətini təqdim edirəm) əsas götürür!? Həmin “Femina” bu ərazidə digər saxtalıqlara əl atır, şəhidin, veteranın torpaqlarını xəritədə “sürüşdürmə” edərək sənəd verir, hətta o qədər kobud iş görürlər ki, mənim sənədli-sahəmi 15 sot (fakt) göstərir və boşaltmağa qərar verir. Sual edirəm ki, möhtərəm hakim, mənim 3 sot sənədli sahəm var, sizin 15 sotu hardan tapım, o hansı rayonda, hansı kənddədir. Gülməlidir ki, hakim də “Femina”nın göstərdiyi 15 sot Quba-Şahdağ yolunu da əhatə edir. Nə deyəsən belə ekspertə. Afərin.
İmkansız adamların torpağını bir göz qırpımında oliqarx Əhmədxanovun oğluna satan Bələdiyyə sədri V.Əhmədov, yarım il keçməsinə baxmayaraq, mənim zəbtimdə olan bir sot sahəyə mənə sənəd vermək istəmir, heç cavab belə vermir. Buna nə ad vermək olar. Və ilkin sənədi özü də düşünmədən köhnə tarixə salmış, nəticədə belə çıxır ki, 2006-cı ilə sənəd yazılanda uşağın 5-6 yaşı olub. Buna nə ad vermək olar. Sonra isə özlərinə gəlib sənədi 2019-cu il protokoluna əlavə etmiş, və bu sənəd 2021-ci ilin aprelində arxa tarixlə yazılmışdır. Adi gözlə belə (kriminalist bir yana qalsın) görmək olur ki, bu sənəd yeni tarixə məhz ATV-24-yə, “Facebook”a düşəndən sonra dəyişilib. Hüquq mühafizə orqanları isə bircə dəfə olsun bu saxtakarlığı araşdırmaq istəmir. “Feminanın” tarixsiz, ünvansız, heç yerdə olmayan 15 sot “sahəsini” və hakimin ona əsaslanan qərarını isə bütün dövlət orqanlarına yollamışıq. Təəssüf ki, hamı susur. Bəla odur ki, Əhmədxanovun yaşayış massivində ətrafda oğul uşaq olan yerdə, odlu silahla itləri vuraraq təhlükə yaratmasını hər yerə yazmış, polis şöbəsinə isə şəxsən videoları təklif etmişəm. Əfsuslar ki, bundan beş gün sonra Ş.Əhmədxanov mənə qarşı daha təhlükəli addımlar atmış və mənim həyatım təhlükədədir. Odlu silahla törədilən bu özbaşnalıq niyə cəzasız qaldı, bilmirəm!!
Qeyd etməliyəm ki, 1995-97-ci illərdə bölünmüş torpaq sahələrinin “sürüşdürmə” yolu ilə saxtalaşdıraraq satışa çıxarılması çox təhlükəli tendensiyadır, belə ki, həmin sahələr, 4 cərgədədir. (xəritəni təqdim edirik) və yerlərin bir-birinin üstünə getməsi qədər sahənin yerini dəyişir, bu 1500 qədər adamın narazılığı və hüquqlarının tapdanmasıdır. Axı onların bəziləri böyük xərc qoyub bağ salmış, bu adam istifadəsiz qalıb tikan basmış yerə necə getməlidir, onun ziyanını kim ödəyəcək. Bu sualla hazırki bələdiyyə sədri V.Əhmədovun, onun keçmiş üzvlərlə birgə hazırladığı saxta sənədlər barədə sakinlər DİN, Prokurorluğa, rayon İH dəfələrlə müraciət etmişlər, nəticəsi yoxdur.
Mən 90-cı illərdə Respublikamızın ağır günlərində bir çoxları kimi özümü riskə atmış və daima İH Ş.Əhmədxanov kimi sepaparatçılara qarşı çıxmışam. Mənim çəkdiyim bu əziyyətlərin əvəzinə, məhz Dövlətimizə qarşı çıxmış adamın öz oğurluq, imkanları hesabına sıxışdırması mənim kiçik biznesimi əlimdən almaq istəməsi bu gün Respublikamızda gedən proseslərlə uzlaşmır. Yazılarımı, sənədləri, şahidləri nəzərə alaraq, mənə və xalqımıza qarşı natəmiz oliqarxın əməllərinə son qoymaq üçün bu işi dərindən araşdırmanızı xahiş edirəm.
Bələdiyyə sədri V.Əhmədovun, oliqarx Ş.Əhmədxanovun, sənədlərin saxtalaşdırılmasında iştirak etmiş digər qrup üzvlərinin əməllərindən zərər çəkmiş və yarım ilə şərik olan zərərçəkmişlərin şahidlərin imzalarını təqdim edirəm.

Hörmətlə,
İmza: Ömərov Şamxal Ədil oğlu
AZE 14390034, 05.11.2014, Quba RPŞ Q və ŞV bölməsi
Mob.tel. (050) 513-06-38 10.08.2021-ci il
Teref.az olaraq yazıda adları gedən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı