Göygöldə sakinləri boğaza yığan KİMDİR? - GİLEY
Bolge
Oxunub: 280
9 avq 2021 | 17:46
Göygöldə sakinləri boğaza yığan KİMDİR? - GİLEY


Redaksiyamıza qərb bölgəsindən maraqlı bir müraciət daxil olub. Belə ki, aktualxeber.az-a üz tutan Göygöl rayon Kərəmli kənd sakini Əliyev Əli ona və ailəsinə qarşı Zeynalovlar ailəsi tərəfindən olan təhdidlərdən və qarayaxmalardan canlarını qurtarmaq üçün əlaqədar qurumlardan, əsasən də hüquq-mühafizə orqanlarından kömək istəyir. Belə ki, ailənin başçısı Zeynalov Kamil Əli oğlu bu yaxınlarda Əli Əliyevə həyat yoldaşının yanında sübh tezdən bıçaqla hücum edibdir. Qonşuların köməyə gəlməsi nəticəsində xəsarət almayan Əlini Kamil ölümlə hədələyərək küçə söyüşləri ilə təhqir etməyə başlayıb. Maraqlıdır ki, bu hadisədən bir neçə gün sonra Gəncə şəhərində polisdə işləyən Kamilin oğlu Zeynalov Şahlar atası ilə bir yerdə gələrək avtomobili həyatına sui-qəsd etmək məqsədilə Ə.Əliyevin üzərinə sürmüş, buna müvəffəq olmadıqda isə hər ikisi yenə onu ölümlə hədələyərək küçə söyüşləri ilə təhqir etməyə başlayıblar. Eyni hərəkəti hərbiçi olan oğlu Arzu ilə də təkrar edən Kamilin əlindən bütün qonşular beziblər. Dəfələrlə polisə düşən bu ailəni Göygöl polisi Şahlara görə cəzalandırmaq istəmir. Cəzasızlıqdan ruhlanan bu ailə Əlyevlər ailəsinin bütün üzvlərinə qarşı qarayaxma kampaniyası aparırlar. Əsasən də Əlinin oğlu İqbal Əliyev və övladları barədə şər-böhtan kampaniyası aparırlar. Ə.Əliyevin iddia etdiyinə görə kənddə mal-qara oğrusu kimi ad çıxarmış Kamil, narkotik satanlara himayədarlıq edən Şahlar, hərbçilərin ərzaqlarını oğurlayıb satan Arzunun qanunsuz əməllərini yerli hüquq-mühafizə orqanları görmək istəmirlər. Müxtəlif maxinasiyalarla varlanan ailə Gəncədə və rayon ərazısındə çoxlu obyektlərə və mülklərə sahiblənmişlər. Bizim vasitəmizlə əlaqədar orqanlardan köməklik istəyən Ə.Əliyev onun və ailə üzvlərini təhlükəsizliyinin təmin olunmasını istəyir. Ümidvarıq ki, tezliklə hüquq-mühafizə orqanları lazımi tədbirlər görərək günahkarları cəzalandıracaqdır.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı