Goranboyda Şəhid Ailələri NARAZIDIR... - NARAZILIQ!
Bolge
Oxunub: 908
9 avq 2021 | 20:49
Goranboyda Şəhid Ailələri NARAZIDIR... - NARAZILIQ!


"Bu müraciəti Sizə etməyimizin əsas səbəbi o, oldu ki, Milli Məclis deputatı Eldəniz Səlimovun qanuna zidd hərəkətlərinə çox düzgün hüquqi qiymət verildi. Ancaq bu məsələ də araşdırılmalıdır ki, bu tip adamlar hansı yollarla yüksək dövlət vəzifələrinə gətirilir. Bizi narahat edən əsas məsələ isə hal-hazırda Goranboy rayonundan deputat seçilmiş Anar Məmmədovun köməkçisi işləyən Elçin Cahangirovun qanunsuz hərəkətlərinə yerli dövlət orqanlarının biganə qalmasıdır". Bu barədə DİA.AZ-a şəhid ailələri adından göndərilən müraciətdə deyilir.

Müraciət müəllifləri yazırlar: "Bir az ətraflı məlumat verək. Deputat köməkçisi işləyən Elçin Cahangirov kimdir? Goranboy rayonunun Bəşirli kəndində anadan olmuş, orta məktəbi güc bəla ilə bitirmiş Azərbaycan Texnologiya Universitetinin "Yüngül sənaye" ixtisasına qiyabi yolla düzəlmiş və oranı sürünə-sürünə güc bəla ilə bitirmiş cahil bir insandır. O, ali məktəbi qurtardıqdan sonra hərbi xidmətə getmək əvəzinə Moskvaya alverə getdi. Moskvada xarici vətəndaşın əmlakını dələduzluqla ələ keçirərək, yenidən Azərbaycana qaçmışdır. Nə Elçin Cahangirov, nədə ki, onun qardaşlarının heç biri Qarabağ döyüşlərində iştirak etməmişdir. Nə üçün? Bu suala aidiyyatı olan dövlət orqanları cavab verməlidirlər. Ancaq bütün bunlara baxmayaraq hansısa qara qüvvələrin əli ilə, heç bir elmi, siyasi biliyi olmayan və mənəvi haqqı olmadığı halda onu Goranboy rayonunun icra başçısına I müavin

təyin etdirdilər. (Bu məsələ çox vacib məsələdir, araşdırılmalıdır ki, belə mənəviyyatsız, savadsız, tüfeyli həyat keçirən qabiliyyətsiz adam bu vəzifəyə neçə təyin olundu?).

Goranboy rayonun sabiq icra başçısı Nizaməddin Quliyevlə baş-başa verərək rayonda soyğunçuluğa başladı. Külli miqdarda əmlaka sahib oldu. İnsanlardan müxtəlif adlarla pul topladı. Məsələn: Dəliməmmədli şəhər sakini Malikli Arzu Əkbər oğlundan 14 min manat alaraq, onun oğluna iş verəcəyini demişdir. Ancaq Nizaməddin Quliyevin həbsindən sonra əsas rüşvət toplayan, rayon sakinləri ilə dövlət arasında inamsızlıq yaradan bu adam həbsdən qıraqda qaldı. Niyə? (Bu suala hüquq-mühafizə orqanlarının rəhbəri cavab verməlidirlər). Rayona yeni təyin olunmuş icra başçısı Məhərrəm Quliyev onu tutduğu vəzifədən azad etdi. Ancaq müxtəlif yollardan istifadə edərək həbs olunmaqdan hələki canını qurtarıb. O, sakinlərdən topladığı pulları geri qaytarmadı. Yenidən həmin qara qüvvələr onu rayonda başqa vəzifəyə gətirdilər. Yeni vəzifədə də köhnə ən-ənələrini davam etdirdi. Hətta iş o, yerə çatdı ki, şəhidlərin dəfnində onlara olunan yardımlara da əl uzatdı. İcra başçısının sabiq I müavini Ceyhun Həsənov bu işin üstündə onu möhkəm döymüşdü. İcra başçısı Məhərrəm Quliyev onu yeni vəzifəsindən də qovdu. Ancaq az bir müddətdən sonra həmin qara qüvvələr onu rayondan seçilmiş deputat Anar Məmmədova köməkçi təyin etdilər. Elçin Cahangirov hər yerdə qeyd edir ki, mən dövlət məmuruyam, heç kəs mənə toxuna bilməz. Bu ildə Elçin Cahangirov və qardaşı Ruhin Cahangirov kənd sakinlərindən taxıl biçinindən xeyli əvvəl onları aldadaraq sizə biçin vaxtı ucuz qiymətə taxıl verəcəyəm adı ilə Bəsirli kənd sakinləri Lalə Rəhimova, Dilarə, Natiq Məmmədovdan, Xınalı kənd sakini Azərdən, Çaylı kənd sakinləri Mahir və Nəsibdən xeyli miqdarda pul almışlar. Biçin qurtardıqdan sonra həmin adamların nə taxıllarını verdilər, nədəki pullarını. Bu kənd sakinləri rayon polis şöbəsinə şikayət etdilər. Ancaq onların şikayəti cavabsız qaldı. İşi o, yerə çatdırıblar ki, Ruhin Cahangirov şikayətçiləri hədələyərək deyir ki, kim bizdən təkrar şikayət etsə, onun maşınına, həyətinə, cibinə narkotik qoyaraq həbs etdirəcəyəm.

Bizi maraqlandıran bir məsələ də odur ki, son vaxtlar “Narkotik” satışı ilə məşğul olan adamlar həbs olunurlar. Görəsən bunlara nə zaman bəsdir deyən tapılacaq.

Hörmətli məmurlar!

Sizdən artıq dərəcədə xahiş edirik, Siz öz xəttinizlə Elçin Cahangirovun kimliyini, birdəki onun etmiş olduğu cinayətləri dəqiq araşdırıb tədbir görəsiniz.

Belə bir savadsız, əqidəsiz, cinayətkar,ona buna atan bir adamın rayon sakinlərinin təmsilçisi olması yol verilməzdir. Onun deputat köməkçii olması Azərbaycan Respublikasının Milli Məclisinə qarşı bir təxribat kimi qiymətləndirilməlidir.

Hörmətlə,

Goranboy rayon şəhid ailələri adından

Musa Sabir oğlu Əliyev,

Elnur Akif oğlu Dadaşzadə,

Elşən Sabir oğlu Əliyev"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...