İcbari Tibbi Sığorta 34 ilin işçisinə əmək haqqı vermir – Tovuzda maaş qalmaqalı
Bolge
Oxunub: 355
7 avq 2021 | 16:38
İcbari Tibbi Sığorta 34 ilin işçisinə əmək haqqı vermir – Tovuzda maaş qalmaqalı


Tovuz rayonunun Əyyublu kəndində fəaliyyət göstərən tibb məntəqəsinin əməkdaşı Sadıqova Almaz Ağakişi qızı əmək haqqı ala bilmir.

Bu barədə HİT.az-a Almaz Sadıqovanın qızı Reportyor.info saytının baş redaktoru Arifə Əliyeva bildirib.

Onun sözlərinə görə, anası 34 ildir ki, həmin tibb məntəqəsində tibb bacısı işləyir.

“May ayında anam sertifikasiya imtahanı verib. Lakin imtahandan keçə bilməyib. Sertifikasiya imtahanı ilə bağlı qanunvericiliyə görə, 6 ay müddətində ikinci dəfə imtahan vermək mümkündür. Bu müddət ərzində isə həmin şəxsin əmək haqqı ödənilir. Lakin anam may ayından bu yana əmək haqqını ala bilmir”, – deyə jurnalist əlavə edib.

Onun sözlərinə görə, tibb məntəqəsindən anasına bildirilib ki, artıq o əmək haqqını İcbari Tibbi Sığortadan istəməlidir:

“Həmin qurum isə heç bir səbəb göstərmədən anamın maaşını verə bilmir. Yeri gəlmişkən, anam 5 il əvvəl də sertifakisya imtahanı verib. Həmin vaxt birinci imtahandan kəsilib, ikinci dəfə imtahan verib və keçib. Bu müddət ərzində anamın əmək haqqı ödənilib. Amma bu dəfə bildirirlər ki, əmək haqqını İcbari Tibbi Slğorta ödəməlidir.Anam ağır şəkər xəstəsidir. Həm imtahana hazırlaşmalı, həm də müalicəsini davam etdirməlidir. Əmək haqqını ala bilmədiyinə görə bunları etməyə imkanı yoxdur”.

Arifə Əliyeva hesab edir ki, bu, sadəcə anasının halal maaşını mənimsəmək cəhdidir.

“Bu ölkə qanunlarla idarə olunur. Qanunvericilikdə də aydın şəkildə göstərilib ki, maaş ödənməlidir. Digər tərəfdən, anamla bağlanan əmək müqaviləsinə xitam verilməyib. Yəni, anam faktiki olaraq Əyyublu kənd tibb məntəqəsinin işçisidir. Yaxşı, bəs onda niyə əmək haqqı ala bilmir? Bəlkə qanunlar dəyişib və artıq dövlət qurumlarının əməkdaşları havayı işləməlidir?! Belədirsə, desinlər bilək”, – deyə jurnalist vurğulayıb.

Baş redaktor məsələ ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyi düşünür:

“Anamın təqaüdə çıxmağına çox az vaxt qalıb. Əvvəla, bir neçə ildən sonra təqaüdə çıxacaq 34 ilin işçisindən imtahan götürmək başa düşülən deyil. İkincisi, qeyd etdiyimi İcbari Tibbi Sığorta faktiki olaraq qanunsuzluq edir. Hər halda Tovuz Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi məsuliyyəti bu qurumum üstünə atır. Ona görə də düşünürəm ki, məsələnin nəzarətə götürülməsi və özbaşınalığa son qoyulması üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etməyi düşünürəm. Paralel olaraq müvafiq qurumları məhkəməyə verəcəm”.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimizə cavab verən olmadı.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR