"Mən bir gün işləməsəm, hamı pis günə qalır..." - Göyçayda bir ailənin FACİƏLİ DURUMU
Bolge
Oxunub: 395
2 avq 2021 | 22:22
"Mən bir gün işləməsəm, hamı pis günə qalır..." - Göyçayda bir ailənin FACİƏLİ DURUMU


Göyçayın Bığır kəndində yaşayan İbrahimovlar ailəsinin 5 üzvündən ikisinin əlillik dərəcəsi var. Üç uşaq atası Kamil İbrahimov sağlamlığında problem olduğundan, işləyə bilmir. Ailədəki yeganə oğlan övladı isə hidrosefaliya (hərfi tərcüməsi “beyində su”) xəstəliyindən əziyyət çəkir.

“Demişik, gəlib işıq çəkmirlər”

Kamil İbrahimov özünü sərbəst ifadə etməyə çətinlik çəkir. Köməyə ikinci qrup əlilin qardaşı Tural İbrahimov çatır. 27 yaşlı kənd sakini deyir ki, qardaşının ailəsi böyük çətinliklərlə üz-üzə qalır:

“Uşağın beyninə su yığılır. Özünün vəziyyəti də göz qabağındadı. Uşağa 150 manat pensiya verirlər, bu, heç müalicə pulu eləmir. Kamil özü də 130 manat alır. Bununla ailə dolanmaz. Mən valideynlərimlə yaşayıram. Əvvəl bizimlə qalırdılar. Atamın səhhətindəki problemlər artandan sonra oradan köçdülər. Onun tamamilə sakitliyə ehtiyacı vardı. Qardaşımgil bundan sonra qaraltdığımız komaya getdi. Amma yeməyi bizdə yeyirlər. Sonra evlərinə gedirlər”.

"Mən bir gün işləməsəm, hamı pis günə qalır..." - Göyçayda bir ailənin FACİƏLİ DURUMU


O, qardaşına ev tikməyə kömək edib. Ancaq burada lazımi şərait yoxdur.

“Evi əlimizə pul düşdükcə, yavaş-yavaş tikmişik. Şəraitsizlikdi. Su yoxdur. İçməli suyu vedrə ilə daşıyırlar. Halbuki imkan olsa, 150-200 metrdən su çəkmək mümkündür. Evə işıq çəkilməyib. Qaranlıqda yaşayırlar. İşıq idarəsinə demişik, gəlib çəkmirlər. Torpaq özümüzündü, o vaxt bələdiyyədən tikinti üçün icazə almışdıq. Qaz da çəkilsə, pis olmaz. Çünki qabaqdan qış gəlir. Qışı belə vəziyyətdə keçirmək çətin olacaq”.

“Uşaq ayaqüstə güclə dayanır”

İbrahimovlar ailəsi xəstə uşağı müalicə etməyə də böyük güc sərf edib. Tural İbrahimov deyir ki, bunun üçün keçən il bankdan kredit götürüblər:

“3 min manat verdilər. Uşağı müalicəyə apardıq. Amma bu il imkan olmadı. Mütəmadi müalicə görmür deyə, uşaq yaman günə qalır. İnkişaf getmir. Danışır, amma düz-əməlli yeriyə bilmir. Sanki bu dəqiqə yıxılacaq. Ayaqüstə güclə dayanır”.

Tural İbrahimov krediti özü ödədiyini deyir. Bunun üçün günəmuzd fəhlə işləmək lazım gəlir.

“Ayda 146 manat kredit ödəyirəm. 5 manata, 10 manata – neçəyə oldu işləyirəm. Təki pul versinlər, krediti ödəyə bilim. Atamda böyrək çatışmazlığı var. İnkişaf yoxdu, sıradan çıxır. Mən bir gün işləməsəm, hamı pis günə qalır. Yaş ötür. Yaxın gələcəkdə evlənməyim isə mümkünsüz görünür. Çünki yaxınlarımın problemlərini həll eləməyə çalışıram. Bilmirəm bankın kreditini ödəyim, atamın dərmanlarının pulunu qazanım, yoxsa qardaşımgilə əl tutum…”

"Mən bir gün işləməsəm, hamı pis günə qalır..." - Göyçayda bir ailənin FACİƏLİ DURUMU


“Evi əlimizə pul düşdükcə, yavaş-yavaş tikmişik”

“Aptekdən dərmanı nisyə götürürük”

Bığır kənd sakini başqa çətinliklərdən də danışır. Atasını həftədə üç dəfə Ağdaşa dializ üçün aparır. Xeyli pul xərcləyir. Bu isə işləməyinə mane olur:

“Düzdü, heç hər gün iş də tapılmır. Amma mən mütləq işləməliyəm. Valideynlərim pensiya alır. Onun da bir hissəsini qardaşımın ailəsinə sərf eləyirlər. Kamilgil çox ağır vəziyyətdə yaşayır. Böyük qızı üçüncü sinfə keçib. İmkan olmadığından, dərslərə mütəmadi gedə bilmirdi. Bunun paltarı, çantası var. Məktəb də uzaqdadı. Kamilin evindən ora 3 kilometr məsafədi. Mən maşınla həftədə uzağı iki dəfə apara bilirəm. Vaxt olmur. Atamın müalicəsi ilə məşğul oluram”.

Tural İbrahimov xatırlayır ki, bir dəfə qardaşının ailəsinə baş çəkən olub. Ərzaq, paltar gətiriblər:

“Üç-beş günə qurtardı o ərzaq. Sosial yardım versələr, çox yaxşı olardı. Üç uşağı böyütmək olmur. Evə daimi pul gəlməlidir. Kart açdırmışıq. Bəlkə imkanı olanlar kömək eləyə”.

Hər ayın sonu Tural üçün lap ağır keçir. Çünki Göyçaydakı bir aptekdən dərmanları nisyə götürürlər. Aptek sahibi ayın sonuna qədər vaxt qoyur. Yenə 170 manat borc yığılıb…

İcra nümayəndəsi nə deyir?

Göyçay rayonunun Bığır kənd icra nümayəndəsi Elgünəş Qurbanov Meydan TV-yə bildirib ki, İbrahimovlar ailəsinin durumundan xəbərdardır və imkan olduqca da, bu ailəyə yardım göstərməyə çalışır:

“Evdəki çatışmazlıqlar da bir neçə aya, yavaş-yavaş düzələcək. İcra hakimiyyəti bu cür ağır vəziyyətdə olan ailələri unutmur, əlindən gələn yardımı edir. Bayramlarda sovqat çatdırırıq, ərzaq yardımı olunur. İmkan nəyə çatırsa, dəqiqliyilə hamısı yerinə yetirilir”.

Meydan TV
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib