Oğuz rayon sakini: Oğlum qatil deyil -Video+müsahibə
Bolge / Video
Oxunub: 1 604
1 avq 2021 | 22:33
Oğuz rayon sakini: Oğlum qatil deyil -Video+müsahibə


Oğuz rayon Yemişənli kənd sakini Qədimova Qəşəng Nəcəf qızı Azinfo.tv, Kendtv.info və sair KİV-lər vasitəsilə video-müsahibə verərək oğlu Qədimov Fəhmin Etibar oğlunun günahsız olduğunu və aldadılaraq on doqquz (19) il altı ay müddətinə azadlıqdan məhrum olunduğunu bildirir.

Mən Qədimova Qəşəng Nəcəf qızı Oğuz rayon Kərimli kəndində qeydiyyatda olmaqla, Yemişənli kəndində qoca anamla birlikdə yaşayıram.
Oğlum Qədimov Fəhmin Etibar oğlu 1994-cü il təvəllüdlüdür. Oğlum 20 avqust 2016-cı ildə ölüm işinə görə həbs olunub.
Həmin qətli oğlum törətməyib. Hadisəni Bayramov Xalid Heybət oğlu törədib.Qeyd etdiyim şəxs biznes fəaliyyəti ilə məşğuldur və oğlum həmin vaxtlar onunla tanışlıq münasibətlərində olub. Xalid Bayramov yaxınlıq etdiyi qadını qısqanclıq zəminində amansızlıqla öldürmüşdür. Sonra oğluma deyib ki, mənim ailəm, uşaqlarım var, sən bu cinayəti boynuna al, mən səni ən uzağı 3 ilə pul verib azadlığa buraxdıracağam. Oğluma deyib ki, arxayın ol, evinizə də kömək edəcəm,sənə də baxacam və 3 ildən sonra azadlığa çıxan kimi, sənə 300.000 min manat pul verəcəyəm.Oğlum da sadəlövh gənc olaraq onun şirin vədlərinə inanıb.
Oğlumu Bakı şəhəri Binəqədi rayon polis şöbəsində döyərək işgəncə veriblər və daha sonra elektrik cərəyanına qoşublar. Oğlumu yenidən Binəqədi prokurorluğunda döyərək işgəncə veriblər. İsgəncənin başında prokurorluq müstəntiqi Asif Allahverdiyev dayanıb.
Mən bu haqsızlıqlara etiraz edirəm. Buna görə dəfələrlə, prezident administrasiyasına,baş prokurorluğa, Mehriban Əliyevaya, Ədliyyə nazirliyi və sair dövlət qurumlarına müraciət edib, şikayət vermişəm.Ancaq təəssüf ki, heç bir tədbir görülməyib.
Oğlum həbs olunduqdan sonra həmin Xalid Bayramov yoxa çıxdı. Bir dəfə də olsun hər-hansı kömək etməyib. Əksinə oğluma xəbər göndərir ki, əgər adını çəksə həbsxanada başına oyun açdıracaq.
Məni 2016- cı ildə Mehriban Əliyevanın köməkçisi qəbul etdi, ancaq heç bir nəticəsi olmadı.
Hazırda Oğuz rayonunda uşaq bağçasında paltar yuyan işləyirəm. Aylıq əməkhaqqı 200 manatdır. Anam qoca və xəstədir. Ali məhkəmə üçün vəkil tutmağa imkanım yoxdur. Mən dövlət qurumlarına müraciət edərək kömək istəyirəm. Niyə Xalid Bayramov məhkəmə prosesinə cəlb olunmur? Məhkəmə əgər düzgün araşdırma aparsa əsl qatilin kimliyini müəyyənləşdirmək mümkün olacaq. Mən prezident İlham Əliyev cənablarına müraciət edib, kömək istəyirəm. Həyat yoldaşım yoxdur, bu həyatda bir oğlum var. Mənim oğlum qatil deyil. Köməksiz qadınam, xahiş edirəm ki, bu məsələ ciddi və ədalətli şəkildə araşdırılsın. Oğlum hazırda, Şəki penitensiar müəssisəsində cəza çəkir.

Redaksiyadan:Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Sonda Qəşəng Qədimovanın Video-müsahibəsini dinləyin.
Kanalımıza abunə olmağı unutmayın. Video-müsahibələri Facebook, Instagram və sair sosial şəbəkələrdə paylaşmağı unutmayın.

Elçin İsmayıllı.


Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib