Yardımlı rabitə sistemində OYUNBAZLIQ... - "Aztelekom" "ədalət carçısı"nı niyə işdən qovur?
Bolge
Oxunub: 304
29 iy 2021 | 18:50
Yardımlı rabitə sistemində OYUNBAZLIQ... - "Aztelekom" "ədalət carçısı"nı niyə işdən qovur?


Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin xüsusi göstərişilə “Aztelekom” MMC-nin Yardımlı filialında aparılan yoxlamalar yekunlaşıb. İllərdir ki, qovşaqda baş verən özbaşınalıqlar və irimiqyaslı talama halları, eləcə də mənimsəmə və israfetmə, qovşaq rəisi olmuş Fərail Ağayevin işlərin təşkilindəki ağlasığmaz nöqsanları bir daha öz rəsmi təsdiqini tapıb.

"Demokratik.Az"-ın bu barədə əldə etdiyi məlumata görə, “Aztelekom” MMC-nin Yardımlı filialında yoxlama aparan işçi heyəti qovşaqdakı çatışmazlıqlar barədə şəxsən nazir cənab Rəşad Nəbiyevə məruzələr ediblər. Xüsusilə də, yoxlamada rabitəçi kimi qeydlər aparan və yekunda rəy bildirən Nəriman Salmanov (Hazırda Sumqayıt TKQ-nın rəisi-red) ucqar rayonda rabitəsizliyə yol açan səbəblər, eləcə də Yardımlı TKQ-dakı kadr çatışmazlıqlar barədə nazirliyə məlumatlar verib.

Əldə etdiyimiz məlumata görə, nazirin yekun qərarından sonra Yardımlı TKQ-dakı yoxlamalar üzrə toplanmış sənədlərin hüquqi qiymət verilməsi, idarənin yarıtmaz rəhbərliyinə cinayət işi açılması və cəzalandırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi istisna deyil. Mənbənin sözlərinə görə, Rabitə sahəsində aparılan islahatlar fonunda Yardımlı rayon TKQ-da qeydə alınan nöqsanlar dövlətin uğurlu siyasətinə kölgə salmaqla bərabər, eyni zamanda dövlət əmlakına qarşı küllü miqdarda zərərlə müşahidə edilir.

"Demokratik.Az" olaraq qürurla xatırladırıq ki, yoxlamadan öncə sözügedən ünvanda konkret faktlar üzrə sadalanan nöqsanların aradan qaldırılması məqsədilə tənqidi məqalələrlə çıxış etmişik, eləcə də nazir cənab Rəşad Nəbiyevdən yoxlama aparılmasını xahiş etmişik. Müstəqil media olaraq səsimizə dərhal səs verən cənab nazirə minnətdarlığımızı bildiririk, lakin, “Aztelekom “MMC-nin Yardımlı filialının qaranlıqdan aydınlıığa çıxmasını istəyən əməkdaşı Aydın Abdullayevin də vətəndaşlıq mövqeyini, müsbət rolunu unutmaq olmaz. Çünki, “Aztelekom” MMC-nin Yardımlı Filialında Əməyin Mühafizəsi və TT mühəndisi Abdullayev Aydın Piriş oğlu keçmiş rəis Fərail Ağayevin rəis işlədiyi dövrdə idarənin mal-materialını istədiyi kimi satışa qoymasını, xidmət idarəsi olaraq abunəçilərə xidmətin gündən-günə keyfiyyətinin aşağı düşməsini, idarə rəhbərliyi ilə işçi heyətin arasında münasibətlərin pisləşməsini və digər mühüm amillərin ifşasını reallaşdıran vicdanlı və məsuliyyətli bir rabitəçidir.

Təəssüf hissilə bildiririk ki, Aztelekom MMC-nin başbilənləri "sağol" əvəzinə, hazırda hər vəchlə Aydın Abdullayevin işdən çıxarılmasına çalışırlar. Təmənnasız "ədalət carçısı"na qarşı çirkin niyyətlərin arxasında isə xüsusilə "MTN olayları" zamanı ad çıxarmış Nəriman Salmanov və onun yaxını, Yardımlı TKQ-ya yeni təyin olunmuş içraçı rəhbər Xəzər Nuriyev dayanır. Aydın Abdullayev ya işdənçıxma ərizəsi yazacağı, ya da ləkələnərək işdən qovulacağı ilə hədələnir. Öz işlədiyi təşkilatı dağılmaqdan, talanmaqdan qorumağa çalışan və bunlar barədə səhih məlumatlar verən bir işçinin hədəfə alınmasının heç bir məntiqli açıqlaması yoxdur.

Özünün bildirdiyinə görə, ona qarşı təyziqlər 23 iyul 2021-ci il tarixdən başlayıb. Belə ki, “Aztelekom” MMC-nin Yardımlı Filialına rəhbər gətirilən Xəzər Nuriyev həmin gün Aydın Abdullayevlə qışqır-bağırla danışıb, ondan işdən çıxmasını tələb edib, nəticədə sonuncunun qan təzyiqi yüksəlib, 24.07.2021-ci il tarixdə evinə təcili yardım çağrılıb. Özünün saytımıza bildirdiyinə görə, hətta bugünlərdə infarkt səviyyəsinə gəlib. Baş verənlər barədə Yardımlı Rayon Prokurorluğuna 26 .07.2021-ci il tarixdə şikayət də edib. Ardınca isə, növbəti iş günlərində işinə belə buraxılmayıb.

Baş verənlərdən yalnız bunu şərh etmək olar ki, Yardımlı TKQ-da sular durulmur. Və görünür birbaşa nazirin etibar etdiyi Nəriman Salmanov öz yaxını Xəzər Nuriyevi dağılıb şikəst olmuş, az qala ləğv edilib Masallıya birləşmək təhlükəsi olan bir rabitə qovşağına rəis qoydurmaqla şəffaflığa deyil, sabiqlər kimi talançılığa və maxinasiyalara qulluq etmək istəyirlər?! Yoxsa, bu yenilikçilər, bu islahatçılar nədən narahat olub Aydın Abdullayev kimi ayıq-sayıq işçini qovmağa çalışsınlar ki?! Əgər, X.Nuriyev və havadarları Yardımlı TKQ-dakı iqtisadi geriləmələri və yerli əhalinin rabitə problemlərini aradan qaldırmaq istəyirlərsə bunu hər kəsin gözü qarşısında və şəffaf üsullarla etməlidirlər. Aydın Abdullayev kimi şəxslərin qovulmasında maraqlı olmaq yalnız Fərail Ağayev kimi əməllərin gələcəkdə gizlədilməsi ola bilər. Faydalı məlumatlar verdiyinə görə A.Abdullayev əslində "Aztelekom" rəhbərliyi tərəfindən mükafatlandırılmaq əvəzinə, qovulmaqla hədələnməsi bəlkə də Nəriman Salmanovun zamanında Çovdarovçu-MTN-çilərdən öyrəndiyi metodologiyadır!

Əlavə məlumat üçün bildirək ki, "Aztelekom" MMC-də bir tüstü çıxanda digər rayonlara da nədənsə Nəriman Salmanov göndərilir və o özünü həm də çalışdığı sahə üzrə nazirliyin ştatdankənar "otdelkadr"ı kimi aparır. İmranovun özü barədə ictimaiyyətdə yaratdığı mənfi reputasiyalı zəngin rəy, oliqarx həyat tərzi isə heç bir halda Yardımlı TKQ-ya da şəffaflıq ovqatı bəxş eləmir.

Aydın Abdullayevin "Demokratik.Az"-a göndərdiyi videomüraciətdən də görünür ki, məsələ xeyli ciddidir.
İnanırıq ki, nöqsanlarla mücadilə edən hörmətli rabitə naziri cənab Rəşad Nəbiyev "sağol" yerinə, "Aztelekom" MMC tərəfindən hansısa vicdanlı rabitəçinin işdən qovulmasına imkan verməyəcək. Azından, bütün ölkənin rabitə sahəsinə qənim kəsilmiş "hörümçək toru" şəbəkəsi Yardımlıda təmizlənəcək...
(mövzu diqqətimizdədir)

Demokratik.Az

Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib