İsmayıllı rayonu Quşencə kənd bələdiyyəsi vətəndaş İsfahan Əzizovla arasında davam edən məhkəməni uddu
Bolge
Oxunub: 1 291
25 iy 2021 | 22:53
İsmayıllı rayonu Quşencə kənd bələdiyyəsi vətəndaş İsfahan Əzizovla arasında davam edən məhkəməni uddu



Azinfo.tv-yə bir müddət əvvəl İsmayıllı rayonu Quşencə kənd sakini İsfahan Əzizovun şikayətindən dərhal sonra qeyd olunan bələdiyyə reaksiya verdi.Bələdiyyənin dəvəti əsasında biz qeyd edilən mübahisəli ərazidə olaraq hər bir şeyi obyektiv olaraq lentə almış və dərc etmişdik. Sonda tərəflər bizim neytral olduğumuzu qəbul edərək əlavə detallar barədə məlumat verəcəklərini bildirmişdilər.
Quşencə bələdiyyəsi məhkəmə prosesində qalib oldu.Vətəndaş İsfahan Əzizovun barəsində, onun qeyri-qanuni olaraq əhaliyə məxsus örüş yerlərinin zəbt etməsinin qarşısını almaq və həmin ərazilərin qaytarılması ilə bağlı müraciəti məhkəmə tərəfindən müsbət qarşılandı.

İsmayıllı rayon məhkəməsi 14 iyul 2021- ci il tarixində hakim Rəfael Şirinovun sədrliyi ilə işə baxmış və müəyyən etmişdir.
İsmayıllı rayon Quşencə bələdiyyəsi iddia ərizəsi ilə müraciət edərək Əzizov İsfahan Nəqram oğlu (cavabdeh) tərəfindən özbaşına tutulmuş torpaq sahəsinin İsmayıllı rayonu Quşencə bələdiyyəsinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, Zoğallıq kəndində yaşayır və heyvandarlıqla məşğuldur. Onun iddiaçı ilə əvvəlki dövrlərdə icarə müqaviləsi olmuş və hazırda isə müqavilə bağlanmamışdır. O, əhalinin narazılığından sonra onlara yer vermişdir.O,iddiaçıya müraciət edərək 8 hektar torpaq sahəsindən istifadə etmişdir. Mübahisəli torpaq sahəsi Zoğallıq kəndi camaatına aiddir. Bir qrup kənar şəxslər həmin əraziyə müdaxilə edir. Mübahisəli torpaq sahəsindən istifadə etməklə heç bir kəsə maneçiliyi yoxdur. İddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir.
27 aprel 2004-cü il tarixli 01 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin sürətindən görünür ki, İsmayıllı rayon Zoğallıq bələdiyyəsi tərəfindən Əzizov Nəqram Baxış oğluna 20 hektar torpaq sahəsi 3 il müddətinə icarəyə verilmişdir.
Məhkəmə qət etdi.
İddia tələbi təmin edilsin.
Cavabdeh Əzizov İsfahan Nəqram oğlu tərəfindən özbaşına tutulmuş torpaq sahəsi İsmayıllı rayon Quşencə bələdiyyəsinə geri qaytarılsın.
Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı rayon məhkəməsi vasitəsi ilə Şəki apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rəfael Şirinov.

Yazını ixtisarla hazırladı Azinfo.tv nin məktublar şöbəsi.


İsmayıllı rayonu Quşencə kənd bələdiyyəsi vətəndaş İsfahan Əzizovla arasında davam edən məhkəməni uddu
İsmayıllı rayonu Quşencə kənd bələdiyyəsi vətəndaş İsfahan Əzizovla arasında davam edən məhkəməni uddu
İsmayıllı rayonu Quşencə kənd bələdiyyəsi vətəndaş İsfahan Əzizovla arasında davam edən məhkəməni uddu
İsmayıllı rayonu Quşencə kənd bələdiyyəsi vətəndaş İsfahan Əzizovla arasında davam edən məhkəməni uddu
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü