Dövlətin mənə 7 ayda verdiyi yalnız ağrıkəsici dərmanlar oldu - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Bolge
Oxunub: 390
24 iy 2021 | 19:23
Dövlətin mənə 7 ayda verdiyi yalnız ağrıkəsici dərmanlar oldu - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR


“Ordudan tərxis olunandan azı 7 ay keçib. Bu 7 ay ərzində heç bir müalicə almamışam. Həftədə iki dəfə hospitala gedirəm, dövlət hesabına ağrıkəsici dərman verilir, çıxıb gəlirəm. Bu ayın əvvəlindən ayaqlarımın dizdən aşağı hissələrini hiss etmirəm. Həkimlər deyir ki, ayaqlarında quruma gedir. Bir neçə gün əvvəl vəziyyətim ağırlaşdı, dostum məni Binədəki xəstəxanaya götürdü, orda da ağrıkəsici vurdular”.

Astaranın Ərçivan kəndindən olan İlkin Tağızadə İkinci Qarabağ Müharibəsi qazisidir. Ötən il sentyabrın 29-dan müharibəyə yollanıb, oktyabrın 4-də Füzulidə başından qəlpə yarası alıb, oktyabrın 17-də öz ərizəsiylə döyüşlərə qayıdıb. Cəbrayılda, Qubadlıda, Şuşada, Laçın dəhlizində vuruşub. Yanvarın əvvəli Astaraya – yaşadığı kəndə qayıdıb. Günbəgün artan ağrıları ona rayonda duruş gətirməyə imkan verməyib. Deyir ki, Astara Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə Bakıya - Mərkəzi Hərbi Hospitala üz tutub. Orda isə ona yalnız ağrıkəsici preparatlar təklif olunub.

“Mənə ağrıkəsici yox, müalicə lazımdır”

“Rayonda dedilər, sən müharibə döyüşçüsü olduğuna görə, hərbi hospital müalicə etməlidir, göndərişlə gəldim, hospitalda bütün ağrılarımı sadaladım. Kontuziyam var, baş ağrılarından göz aça bilmirəm, beynimin içində uğultu var, möhkəm ürək ağrılarım tutur, bədənimdə, əsasən də ayaqlarımda güclü ağrılar olur. Hər dəfə otağın birində ağrıkəsici dərman resepti yazılır, aparıb o biri otağa verib, dərmanı alıb, elə ordaca qəbul edib, qayıdıram. Mənə ağrıkəsici yox, əsaslı müalicə lazımdır”, - qazi deyir.

“Ayaq damarlarımda quruma gedir”

İyulun əvvəlindən İlkinin ayaqlarında şiddətli ağrılar başlayıb. Yaxın dostları onu Binə qəsəbəsindəki xəstəxanaya götürüblər. Ağrıkəsici iynə vurulub və ona tezliklə müalicə olunmasa, ayaqlarındakı damarların tamamilə sıradan çıxacağı deyib:

“Hamısı stress, sinir pozğunluğu nəticəsində ortaya çıxan fəsadlardır. Müharibə bitəndən sonra bizi evə yox, əsaslı müalicəyə göndərməli idilər. Hazırda əsayla gəzirəm, müalicə olunmasam, ayaqlarım funksiyasını həmişəlik itirə bilər. Hazırda Bakıda elə bir döyüş yoldaşımın evində qalıram, hər dəfə rayondan Bakıya gəlib-getmək olmur. Bir sözlə, qalmışam ortalıqda, axırım necə olacaq, bimirəm”.

İlkin yaddaş və nitq pozğunluğundan da əziyyət çəkir, danışanda kəkələyir. Kontuziyalıdır, tez-tez ürək tutmaları, qıcolmalar baş verir. Deyir, səhhəti ona əmək fəaliyyətiylə məşğul olmağa da imkan vermir.

“Deyirlər, gözlə, bəlkə sağaldın”

“İşləyə bilmirəm, dediyim kimi, dostumun evində qalıram, onun yediyinə-içdiyinə şərikəm, utanıram, ancaq məcburam belə yaşamağa. Əlillik təyin olunması üçün bəzi sənədlər lazımdır, deyirlər, hələ gözləmək lazımdır, bəlkə sağaldın. Dövlətimdən narazı deyiləm, döyüşmək lazım idi, getdim, döyüşdüm, ancaq heç olmasa nəzərə alsınlar ki, bu da bir insandır”, - qazi bildirib.

Meydan TV İlkin Tağızadənin müalicəsi ilə bağlı dəfələrlə Mərkəzi Hospitalla əlaqə saxlamağa çalışıb, ancaq baş tutmayıb.

2020-ci ilin sentyabrında Azərbaycanla Ermənistan arasında müharibə başlayıb və 44 gün davam edib. Müharibə iştirakçılarının və qazilərinin çoxlu sosial, tibbi problemləriylə bağlı narazılıqları isə post-müharibə dövründə üzə çıxıb.
Bu gün, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü