Lerikdə 1 manatlıq şirkətlə 100 minlik tender oyunu - İLGİNC FAKTLAR
Bolge
Oxunub: 343
16 iy 2021 | 20:00
Lerikdə 1 manatlıq şirkətlə 100 minlik tender oyunu - İLGİNC FAKTLAR


Lerik Rayon İcra Hakimiyyəti Pirzəkücə, Xəlifəkücə və Osnağakücə kəndlərinə gedən avtomobil yollarının təmiri üzrə satınalma müsabiqəsinə yekun vurub.JAMAZ.İNFO xəbər verir ki, tenderin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti olub. İcra hakimiyyəti yolların təmirinə görə şirkətə 124 697.97 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə,“Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1.60 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşir. Şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.

Açıq mənbələrdə “Elnur-2” şirkəti və onun qanuni təmsilçisi Zaur Abıyevin adı yalnız “MTN işi” ilə bağlı materiallarda keçir. Zaur Abıyev bu iş üzrə zərərçəkən kimi tanınıb. O, məhkəmə istintaqı zamanı ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar.

Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib.

Zaur Abıyevin sözlərinə görə, həmin dövrdə rəhbərlik etdiyi şirkət Saatlı Olimpiya kompleksinin tikintisini də həyata keçirib. “İntensiv-Servis” şirkətinin yerinə yetirdiyi işlər üçün “Elnur-2”nin təsisçisi öz vəsaiti hesabına tikinti materialları alıb, sonradan hesaba gələn pullar təchizatçıların hesablarına və əməkdaşların əməkhaqlarına xərclənib.

Fəqət, vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügdən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.

Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib.

“Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyevanın şahid qismində verdiyi ifadə isə bəzi mətləblərə aydınlıq gətirib.

Onun sözlərinə görə, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb. Şahid əlavə edib ki, sözügedən gün şirkətin ofisinə 3 nəfər MTN əməkdaşı gəlib və o zamankı direktor Əlizadə Abduləliyevlə görüşüblər. Mühasib şirkətdə 40-50 nəfər əməkdaşın çalışdığını sözlərinə əlavə edib.

Şahid Əlizadə Abduləliyev ifadəsində deyib ki, orta təhsilli olmasına baxmayaraq, 2005-ci ildən 2015-ci ilədək “Elnur-2” şirkətində direktor vəzifəsində çalışıb. Onun sözlərinə görə, şirkətdə 100 nəfərə yaxın əməkdaş işləyib və əməkhaqqı alıb. Yeri gəlmişkən, vəkil Adil İsmayılov sonradan sənədlərlə göstərdi ki, şirkətdə fəhlə kimi qeydiyyatda olan şəxslərin aylıq maaşı 90 manata bərabər olub. Ən yüksək maaş alan direktorun aylıq məvacibi isə 450 manat imiş.

Əlizadə Abduəliyevin sözlərinə görə, ofisə gələn MTN əməkdaşları arasında Zaur Məmmədovu xatırlayır və təqsirləndirilən vəsiqəsini göstərərək, özünü təqdim də edib.

Zaur Abiyev də iddia edib ki, həmin saatlarda MTN-də saxlanılıb və nazirlikdə olduğu bütün vaxt ərzində təqsirləndirilən Zaur Məmmədov onunla bir otaqda olub. İfadələrdəki bu uyğunsuzluğu “Elnur-2” şirkətinin əməkdaşları izah edə bilməyiblər.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO