Gəncə təhsilində daha bir BİABIRÇILIQ... - imtahan suallarını başqasına həll etdirmək istədi, amma…
Bolge
Oxunub: 421
16 iy 2021 | 16:16
Gəncə təhsilində daha bir BİABIRÇILIQ... - imtahan suallarını başqasına həll etdirmək istədi, amma…


Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin qanunsuz əməlləri ilə bağlı bir neçə gün öncə Hurriyyet.az-da məlum vermişdik.

Redaksiyamıza daxil olan şikayət məktubu əsasında qeyd etmişdik ki, A.Qədiməliyev müəyyən səbəblərdən bir sıra məktəb direktorlarının qanunsuz əməllərinə göz yumur. Bu təhsil ocaqlarından ikisində – 7 və 31 nömrəli məktəblərdə baş verən qanunsuzluqları da misal göstərmişdik. Eyni zamanda, Anar Qədiməliyevin vəzifə səlahiyyətlərindən istifadə edərək, yaxın adamlarını müəyyən idarələrdə işə götürtdüyü haqda da məlumat vermişdik.

Bu gün Gəncə şəhərindəki daha bir təhsil ocağında baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza informasiya daxil olub. Bildirilir ki, 37 nömrəli məktəbin direktoru Nail İmranov həyat yoldaşını (Gülnar İmranovanı) qanunsuz yollarla çalışdığı məktəbdə riyaziyyat müəllimə kimi işə götürmək istəyib. Belə ki, bu ayın 13-də Gəncə şəhəri 16 nömrəli məktəbdə müəllimlərin imtahanı keçirilib. Nail İmranov İmtahan komissiyasının sədri olub. Onun rəhbərlik etdiyi məktəbdə çalışan Venera adlı müəlliməni də nəzarətçi kimi təyin etdirib.

Mənbənin sözlərinə görə, Venera müəllimə imtahan zamanı riyaziyyatdan olan sualların şəklini çəkib başqa bir savadlı müəllimə göndərib ki, bunları həll elə, cavabları Gülnar İmranovaya verim. Həmin müəllim də bunu ictimailəşdirib. Nəticədə aidiyyəti qurumlar tərəfindən imtahan ləğ edilib, Venera müəllimə və Nail İmranovu da sözügedən məktəbdən qovublar.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...