Daxili işlər naziri narkomaniyaya qarşı mübarizə elan edib - Ancaq İsmayıllı polisi biznesə girişib
Bolge
Oxunub: 474
15 iy 2021 | 23:28
Daxili işlər naziri narkomaniyaya qarşı mübarizə elan edib - Ancaq İsmayıllı polisi biznesə girişib




Daxili işlər naziri Vilayət Eyvazov cənabları ölkədə narkomaniyaya qarşı mübarizə ilə bağlı sözün əsl mənasında müharibə elan edib. Artıq bu istiqamətdə ölkə polisi ciddi və təqdirəlayiq işlər görür. Azinfo.tv olaraq cənab Vilayət Eyvazovun bu addımını dəstəkləyir və hesab edirik ki, hər bir vətəndaş bu prosesdə fəal iştirak etməli və prosesə öz töhfəsini verməlidir. Çünki bu vətən,bu millət hər birimizindir. Əgər belədirsə onda vətənin, vətəndaşların taleyinə, bu gününə, gələcəyinə biganə qalmamalı və bu kimi, ümummilli bəlaların aradan qaldırılması istiqamətində səylərimizi əsirgəməməliyik.

Qeyd edilən prosesin gedişində xoşagəlməz fəaliyyəti ilə gündəm yaradan polis şöbələri də var. Məsələn: İsmayıllı polisi narkotikdən istifadə edən şəxslərə qarşı mübarizəni çox zəif və könülsüz aparır. Elə bil ki, bunların narkomanlardan hansısa asılılığı var. Bu istiqamətdə aparılan işlər rayon sakinləri arasında bəzi söz-söhbətlərə səbəb olub. Deyirlər yerin də qulağı var.
Bu günlərdə rayon polisi karantin qaydaları ilə bağlı rayonda keçirilən toy məclislərində daha da fəallaşıblar. Rayonda yerləşən şadlıq saraylarında toy danışmaq üçün gedəndə menyudan əlavə 500 AZN pul, polis puludur deyərək toy sahiblərindən tələb olunur. Bəli, bu hesabı elə şadlıq saraylarında toy sahiblərinə, saray sahibləri oxuyur. Bundan əlavə küçə ticarəti ilə məşğul olan hər bir şəxsdən aylıq 250-300 AZN pul yığılır. Pulu yığan polis əməkdaşları məlumdur ancaq etik normalara əsasən hələ ki, onların adlarını qeyd etmirik.
Bütün bunları qeyd etməkdə məqsədimiz odur ki, hazırki dönəmdə belə işlər polis adına yalnız mənfi fikir formalaşdırır. İsmayıllı polisi yaxşı olardı ki, nazir Vilayət Eyvazov cənablarının göstərişlərinə əsasən narkomaniyaya qarşı mübarizəyə girişsin. İsmayıllı polisində bu proses ilə bağlı atılan bütün addımlar barəsində kifayət qədər məlumatımız var. Prosesin gedişatına uyğun olaraq növbəti saylarımızda ictimaiyyətə açıqlama verəcəyik.

Redaksiyadan: Yazı ilə bağlı İsmayıllı rayon polis idarəsinin də mövqeyini dərc etməyə hazırıq.

Elçin İsmayıllı.
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq