İsmayıllıda turizmin inkişafından danışanlar, burunlarının ucundakı çirkabı görmürlər?
Bolge
Oxunub: 1 303
12 iy 2021 | 23:14
İsmayıllıda turizmin inkişafından danışanlar, burunlarının ucundakı çirkabı görmürlər?




İsmayıllı rayonu günü-gündən gözəlləşir, rayonda tikinti quruculuq və abadlıq işləri aparılır. Rayonda iş yerləri açılır, rayonda turizmin inkişafı üçün geniş imkanlar var və bu istiqamətdə hər gün yetərli tədbirlər həyata keçirilir. Bu kimi boş-boş boğazdan yuxarı sözləri eşitməkdən yorulmuşuq. Uzun illər görsənən reallıq bundan ibarətdir ki, rayonda tikilən hər -hansı obyektin arxasında hansısa məmurun adı, yaxud yaxın adamının adı çıxır. Rayonda iş yerləri ilə bağlı deyilənlər absurddur. Rayonda əhalinin mütləq əksəriyyəti işsizdir və bütün günü boş bekar gəzməklə vaxtını öldürənlər, ömrü küləyə verənlər var. Rayonda işsizliyin aradan qaldırılması üçün heç bir tədbir görülmür və ümumiyyətlə, bu sahədə heç bir strategiya da mövcud deyil. Rayonda turizm deyilən bir şey ancaq Lahıc qəsəbəsi ilə məhdudlaşır. Rayonda yalnız dövriyyəyə buraxılmış böyük yalanlar var. Bu yalanlar ancaq insanları yola vermək, şikayətçiləri sakitləşdirmək və icra hakimiyyəti başçısı Nahid Bağırovun ilahiləşdirilməsinə xidmət edir. Məsələn Nahid müəllim heç bilirsiniz kimdir? Oooo nə əcəb bilmirsən? Ə sən lap fil qulağında yatmısan ki, "Oyyy daa Tofiq" Nahid müəllim prezidentin ən yaxın adamıdır. Yaxşı oğlandır nə bilim filandır. İnsanlara yağlı vədlər verməklə vaxtı udmağa çalışan məmur paçkası. Adama deyərlər ki, kimdir ə bu Nahid müəllim? Uçastkovudur? Pahh yavaş ə qorxdum. Qoymayın ə, qoymayın ə kişilər, üstümə İrasım gəlir. Yumoru kənara qoyub keçək mətləbə. Əvvəla Nahid Bağırov bu xalqa xidmət etməli olan, məhz İsmayıllı əhalisinə qulluq etmək üçün dövlət tərəfindən ideoloji rəhbər təyin edilmiş bir şəxsdir. Yəni camaata həqiqi iş yerlərinin yaradılması, onlara layiqli həyat səviyyəsini təmin etmək Nahid Bağırovun birbaşa vəzifə borcudur. Ancaq görünən budur ki,cənab yalnız selfi çəkdirmək, lent kəsməklə işini bitmiş hesab edir. Bundan əlavə rayonda turizmin inkişafına dair ağız dolusu danışan başçı bilməlidir ki, turizmə şərait həm də hər bir məntəqədə mütəmadi şəkildə həyata keçirilən təmizlik və antisanitariya tədbirlərindən də aslıdır. Yəni təmizlik, sanitar normalara riayət olunmayan ərazilərə turist axını da az olur. Qısası rayonun lap mərkəzi, icra hakimiyyəti binasının lap qarşısında əhalinin istirahəti üçün nəzərdə tutulan fontanlar bağında hovuzlarda uzun müddət qalaraq iylənmiş və ətrafa üfunət saçan pis biz mənzərə kimin, hansı bir turistin ürəyini açar? Adam sadəcə xəcalət çəkir. Atalar deyib, əvvəl evin içi, sonra çölü. Yalnız bir dəfə imkan edib qeyd edilən əraziyə getdik.Mənzərə göz qabağındadır. Yəni bu nöqsanları aradan qaldırmaq lazımdır. Ucuz, bayağı təbliğat aparmağa nə var ki, savadsız kütlədə sabaha inam yaratmaq olar, ancaq bunu yerinə yetirəcək, sözünü tutmağı bacaran rəhbər lazımdır. İnanırıq ki, səmimi tənqidlərimizdən Nahid Bağırov nəticə çıxaracaq. Tənqidlərimizi məhz cənab Nahid Bağırova ünvanlayırıq. Çünki rayonun rəhbəri odur,rayonun pisinə də, yaxşısına da məhz o, cavabdehdir. Bir də ki, tənqid dostlar üçündür. Sonda Nahid müəllimin diqqətinə çatdırmaq yerinə düşərdi. Sizin vəzifələrə irəli çəkdiyiniz kadrlarınız işləmir. Ya vəzifələrinin öhdəsindən gələ bilmir, ya da onları başqa şeylər maraqlandırır.

Elçin İsmayıllı.


İsmayıllıda turizmin inkişafından danışanlar, burunlarının ucundakı çirkabı görmürlər?
İsmayıllıda turizmin inkişafından danışanlar, burunlarının ucundakı çirkabı görmürlər?
İsmayıllıda turizmin inkişafından danışanlar, burunlarının ucundakı çirkabı görmürlər?
İsmayıllıda turizmin inkişafından danışanlar, burunlarının ucundakı çirkabı görmürlər?
İsmayıllıda turizmin inkişafından danışanlar, burunlarının ucundakı çirkabı görmürlər?
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR