Astara rayon prokuroru cənab Əli Əliyevə
Bolge
Oxunub: 4 224
3 iy 2021 | 12:01
Astara rayon prokuroru cənab Əli Əliyevə


Məlum edirəm ki, redaksiyamıza “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Astara Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafovun qanunsuz əməlləri, vəzifəsindən sui-istifadə etməsi barədə məlumat daxil olmuşdur. İdarə rəisinin qeyri-konstruktiv mövqeyi, jurnalistlərə “Kütləvi informasiya vasitələri haqqında” AR Qanununun verdiyi hüquqlara hörmətsiz yanaşması üzündən aşağıda sadaladığımız həmin məlumatları yerində araşdırmaq istəyimiz baş tutmamışdır:

- İdarənin balansında olan 2 ədəd suayırıcı, 15 ədəd suölçən, xeyli sayda digər hidrotexniki qurğuların cari və əsaslı təmirinə vaxtaşırı ayırılan pullar mənimsənilsə də, təmir işləri yalnız kağız üzərində həyata keçirilir; - Kollektor-drenaj şəbəkəsinin təmizlənməsi, sahil mühafizə bəndlərinin möhkəmləndirilməsi adı altında xeyli vəsait iş görülmədən silinib; - Lovayın su anbarını qidalandıran, ümumi uzunluğu 5 kilometr olan Şüvi-Lovayın sugətirici kanalın işlək vəziyyətdə saxlanılması, kanalın üzərində olan düker və akvedukların təhlükəsizliyinin təmin edilməsi üçün 3 kilometr məsafədə təmir-bərpa işləri görülməsi, uzunluğu 22 min poqonmetrə yaxın kanallar lildən təmizlənməsi, qapalı boru kəmərlərinin nasaz yerlərinin qaynaq edilməsi və yararsız hissələrinin yenisi ilə əvəz olunması barədə idarə rəisinin verdiyi hesabatlar da yalandır; - Subartezian quyularının qazılması üçün müraciət etmiş fermerlər arasında ayrı-seçkilik edilir, rəisin korruptiv tələblərinə boyun əyməyənlər arzularına yetmirlər; - İdarənin balansında olan texnika, maşın-mexanizmlər təyinatı üzrə istifadədən yayındırılaraq, ayrı-ayrı şəxslərin sifarişlərinin yerinə yetirilməsinə cəlb olunurlar, bu mənbədən əldə olunan gəlirlər idarənin hesablaşma hesabına deyil, rəisin cibinə axır; - İş həcmini əks etdirən “forma-2” sənədlərində “şişirdilmiş” rəqəmlərlə ifadə olunan artıq materiallar, o cümlədən, yanacaq və sürtgü materialları, ehtiyat hissələri kənar şəxslərə satılır; - İdarənin ştat cədvəlində adı gedən, özləri işə çıxmayan xeyli sayda əməkdaşın maaşını rəis özünə götürür...

Odur ki, ümid edirik, Astara Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafovun dövlət büdcəsinə, iqtisadiyyata, kənd təsərrüfatı məhsulları istehsalçılarının mənafeyinə ziyan vuran əməlləri haqda qeyd olunan faktlrın yerində yoxlanılmasını məqsədəmüvafiq hesab edəcəksiniz.

Hörmətlə,

Baş redaktor: İbrahim Hümbətov
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"