Samuxda SAXTA DİPLOM QALMAQALI... - İTTİHAM
Bolge
Oxunub: 343
30 in 2021 | 17:23
Samuxda SAXTA DİPLOM QALMAQALI... - İTTİHAM


Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev daha bir qalmaqallı addımı ilə gündəmə gəlib. Belə ki, o, təhsili olmayan şəxsi Körpələr evi-uşaq bağçasına müdirə təyin edib. Baxmayaraq ki,son illərdə təlim-tərbiyə müəssisələrinə müasir təlim texnologiyalarına yiyələnmiş kadrların təyin olunmasına üstünlük verilir. Xüsusən də məktəbəqədər təhsil ocaqlarında təlim-tədrisin prioritet sahə kimi diqqət çəkməsi son illər aparılan məqsədyünlü siyasətin bariz nümunəsidir. Bir sözlə, müasir təhsilə əsaslan vətəndaş cəmiyyəti kodeksinə də məhz hazırkı sağlam siyasət zəmin yaradır.Amma…Amması Samux rayon İcra Hakimiyyətinin timsalında qəbul edilmiş qərarın ciddi problemlərə yol açmasıdır.

Dünyanınsəsi.Az saytına Samux Rayon İcra Hakimiyyətinin başçısının idarəetmə sahəsindəki daha bir özbaşınalığı ilə bağlı ilginc məlumat daxil olub.Redaksiyanı məlumatlandıran mənbənin iddiasına görə, icra başçısı Alı Qocayev vəzifə səlahiyyətlərindən geninə-boluna istifadə edərək dövlətinin qanunlarını ayaqlar altına atır. Belə ki, uzun illərdir Bakıdan Samuxa mədəni “sürügün” olunmuş mister Qocayev hansısa şəxsi marağına görə ali təhsili olmayan Gəncə şəhər sakini Məmmədbəyova Şəms Elburus qızını Əhmədbəyli kəndindəki Körpələr evi-uşaq bağçasına müdirə təyin edib. Ancaq Alı Ocayevin bu təyinatı Əhmədbəyli kənd sakinləri arasında birmənalı qarşılanmayıb. Hələ bu azmış kimi İcra başçısı sanki kənd sakinlərinin acığına Şəms xanımın anası Səadət Məmmədbəyovanı da Sərkar kənd Musiqi məktəbinə direktor təyin edib. Alı Qocayevin bu ailəyə olan gözlənilməz (bəlkə də gözlənilən) diqqət və qayğısı bununla da yekunlaşmayıb. Samuxun bakılı xanı mister Qocayev 2 ildir ki, Əhmədbəyli kəndində müdirəlik edən Şəms xanım DİM-in imtahanından kənar şəkildə birdən-birə Gəncə Dövlət Universitetinə də qəbul etdirib.

Mənbə onu da iddia edir ki, Şəms Məmmədbəyova guya 2011-ci ildə Gəncə Musiqi Texnikumunu bitirib. Çünki o, BB-118511 saylı saxta diplomu qanunsuz yolla əldə edib.

Ən maraqlı və diqqətçəkən məqamlardan bir də ondan ibarətdir ki,qısa zaman kəsiyində Şəms Məmmədbəyova Körpələr evi-uşaq bağçasından aldığı maaşı qəpik-qəpik toplayaraq qiyməti 100.000 manat civarında olan “Nissan”(“Cip” tipli) avtomobil də ala bilib. 20- EF- 533 dövlət nömrə nişanlı bu “ağ ceyran”ı nə Samux polisi, nə də ki, ətraf rayonların Yol Paturul Xidmətinin əməkdaşları saxlaya bilir. Hətta 44 günlük müharibə zamanı Gəncəyə raket düşəndə evləri yararsız hala düşən Ş.Məmmədbəyova birdən-birə Gülüstan qəsəbəsində, məhz icra başçısı Alı Qocayevin qonşuluğunda qiyməti yüz minlərlə ölçülən vilaya da sahiblənib.

Bu sehirli xanımın qısa zaman kəsiyində geniş maliyyə imkanlarına sahiblənməsi və əldə etdiyi “uğurlar” istər-istəməz ciddi suallar doğurur. Əhmədbəyli sakinləri deyir ki,bəlkə Alı Qocayev bu haqda bir açıqlama versin, biz də sakitcə oturaq yerimizdə. Samuxdaki mənbəmiz onu da deyir ki, Şəms Məmmədbəyova ürəyi istədiyi vaxt Alı Qocayevin qəbuluna düşə bilir. Lap orada yüzlərlə adam gözləsə belə…

Görəsən, Şəms xanım bu təhsillə, bu yaşam tərzi ilə Əhmədbəyli kəndindəki körpələr üçün rəhbərlik etdiyi uşaq bağçasında elementar təlim-tərbiyə təşkil edə bilirmi?

Daha bir ilginc iddia: Samuxdakı mənbə deyir ki, Şəms Məmmədbəyovanın anası Sərkar kənd Musiqi məktəbinin direktoru Səadət Məmmədbəyova da saxta diplomla işləyir.O, 2007-ci ildə Gəncə şəhərində yerləşən Müəllimlər institutundan AKQ 087826 saylı saxta diplom əldə edib(TQDK-nın 2002-ci ildəki qəbul siyahısında bu şəxsin adı yoxdur). Səadət Məmmədbəyovanın həmin sənəddən istifadə edərək, adları məktəbdə gedən, amma faktiki olaraq işləmiəyən şəxslərin adına əmək haqqı yazır, uşaqların sayını artırmaqla əlavə sinif açır.Bununla da külli miqdarda dövlət vəsaitini mənimsəyir. Bu addım isə Azərbaycan Respublikası CM-nin 308-ci, (vəzifədən sui-istifadə), 320-ci (saxta sənəd əldə etmə və saxta sənəddən istifadə etmə),313-cü (vəzifə saxtakarlığı) və 179-cu (dövlət əmlakını mənimsəmə) maddələrinin tələblərini pozmaqla cinayət əməllərini törətməsinə dəlalət edir.

Məlumata üçün onu da bildirək ki,Məmmədbəyova Şəmsin saxta sənəd əldə etməsi və həmin sənəddən istifadə edərək rəhbər işləməsi də Azərbaycan Respublikası CM-nin 320-ci maddəsi ilə cinayət tərkibi yaradır. Eyni zamanda bu addım Korrupsiyaya qarşı Mübarizə haqqında qanunun tələblərinə də ziddir.

Redaksiya olaarq bildiririk ki, yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: dunyaninsesi.az
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...