İnam Kərimovun NƏZƏRİNƏ: Şəmkirdə fermerlər DAD DEYİR... - Şəmkir zibilliklərində ağlamalı mənzərə
Bolge
Oxunub: 366
30 in 2021 | 23:39
İnam Kərimovun NƏZƏRİNƏ: Şəmkirdə fermerlər DAD DEYİR... - Şəmkir zibilliklərində ağlamalı mənzərə


Hazırda Şəmkir rayonunun bir çox yerində eyni mənzərəyə rast gəlmək mümkündür - zibilliyə atılmış pomidorlar. Bu da Azərbaycanın ən kütləvi istixanalar olan rayonunda tərəvəzin satışında olan vəziyyətlə əlaqədardır.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində şəmkirli fermer Cavad Mürşüdlü vəziyyətin həddən artıq acınacaqlı olduğunu bildirib. O, becərdiyi 0.6 ha istixanada gün ərzində 1-2 ton pomidoru zibilə atmaq məcburiyyətində qaldığını deyib:

“Vəziyyət həddən artıq pisdir. Hər həftə 7-8 ton pomidor yığırıq. Ondan gün ərzində uzağı 50-100 kilo sata bilirik. Dünən 25 kiloluq 100 qutu pomidor qablaşdırıb bazara aparmışıq. Ondan yalnız 2 qutu sata bilmişik. 25 kiloluq qutunu 2 manata alan yoxdur. İstidir deyə saxlamaq olmur. 3-5 günə xarab olur. Hər gün 1-2 ton zibilə atırıq. Yalnız bu il 50 min xərc çəkmişəm, amma 1 manat gəlir götürmək mümkün olmayıb”.

Təsərrüfat sahibləri məhsulu ölkə xaricinə çıxarmağın da mənasız olduğunu bildiriblər. Sahibkar Vahid Əsgərov indiyədək pomidorun əsas alıcısı olan Rusiya bazarlarında da qiymətin aşağı olduğunu deyib: “Qiymət aşağıdan da aşağıdır. Lakin yenə alıcı yoxdur. Alanlar da onu satıb xeyir qazana bilmirlər ki, yenə gəlib alsınlar. Biz özümüz də bazarlara çıxara bilmirik. Ən yaxşı malı 10 qəpiyə zorla satırıq. O da heç dərmanın pulunu çıxarmır. Bir az Rusiyaya aparıldı. Orda da qiymət həddən artıq ucuzdur. Göndərilən malın yalnız kağızının, yeşiyinin pulunu çıxarmaq olur. Ya da günlərlə qalır sərhəddə keçə bilmir. Mal maşında xarab olur. Bu saat hamı müflis olmaq vəziyyətindədir. Sonu da bilmirik nə olacaq”, - deyə o bildirib.

Sahibkarlar hələ avqustun ortalarına kimi istixanalarda pomidorun yetişəcəyini deyiblər. Lakin bir çoxları artıq məhsul dəriminə də əlavə vaxt ayırmaq istəmirlər. Onlar indiyə kimi çəkdikləri xərcləri, aldıqarı borcları necə ödəyəcəklərini düşünürlər. Rayon sakini Seymur Xəlilov hazırda hər kəsin bir-birinə borclu duruma düşdüyünü bildirib. Bunun da gələcəkdə daha ciddi problemlərə səbəb olacağını deyib:

“İstixana işi elə qurulub ki, hər kəs nisyə işləyir. Dərmanın, digər lazımlı şeylərin pulunu pomidor satışına saxlayırlar. Artıq neçə illərdir iş belə qurulub. Bu gün nə qədər insan istixanalara ümidlənib, nisyə bazarlıq edirdi. Apteklərdən dərman alırdı. Fikirləşirdi ki, pomidor yetişəndə hesablaşaram. Amma indi məhsul yetişib, ortada heç nə yoxdur. Hamı bir-birinə borclu duruma düşüb. Gələcəkdə bu hal daha böyük problemlərə yol açacaq”, - deyə o, narahatlığını ifadə edib.

Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Araz Məmmədov problemi məhsulun ölkə xaricinə getməməsi ilə əlaqələndirib: “Bu il Şəmkirdə 5997 təsərrüfatda 960 hektar ərazidə pomidor əkilib. Satışda olan problem yolun bağlanması ilə əlaqədardır. Şəmkir fermerlərindən təxminən 25 nəfərinə Rusiyaya mal çıxarmağa icazə verildi. Nəticədə digər sahibkarlar məhsulunu sata bilmədi. Emal müəssisələrinin, konserv zavodların olmaması da təsərrüfat sahiblərini çətin vəziyyətə salır. Ölkədə olan məhsul bazar tələbatından çoxdur. Bununla əlaqədar mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir, onların yerli bazarlarda da tələbat olan digər tərəvəz bitkiləri becərməsi üçün tövsiyələr veririk”, - deyə o bildirib.

Müqayisə üçün deyək ki, 2019-cu ildə yerli bazarlarda pomidorun bir kiloqramı 3-4 manata, ötən il isə 1,5- 2 manata satılıb. Hazırda pomidorun bazardakı satış qiyməti təxminən 30-33 qəpik civarındadır.

Şəmkirli fermerləri və iş adamlarını el arasında "pomidor baronları" adlandırırlar. Çünki ölkə üzrə ən çox pomidor onların istixanalarında yetişdirilir və satış məqsədilə xaricə çıxarılır. Rusiyada pomidor bazarına da əsasən şəmkirli iş adamlarının nəzarət etdiyi bildirilir.İnam Kərimovun NƏZƏRİNƏ: Şəmkirdə fermerlər DAD DEYİR... - Şəmkir zibilliklərində ağlamalı mənzərə
İnam Kərimovun NƏZƏRİNƏ: Şəmkirdə fermerlər DAD DEYİR... - Şəmkir zibilliklərində ağlamalı mənzərə
İnam Kərimovun NƏZƏRİNƏ: Şəmkirdə fermerlər DAD DEYİR... - Şəmkir zibilliklərində ağlamalı mənzərə
İnam Kərimovun NƏZƏRİNƏ: Şəmkirdə fermerlər DAD DEYİR... - Şəmkir zibilliklərində ağlamalı mənzərə
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun