İsmayıllıda Təzəkənd sakinlərindən tələb - Bələdiyyənin son 15-illik fəaliyyəti yoxlanılsın
Bolge
Oxunub: 1 031
28 in 2021 | 17:51
İsmayıllıda Təzəkənd sakinlərindən tələb - Bələdiyyənin son 15-illik fəaliyyəti yoxlanılsın


İsmayıllı rayonunda sosial problemlər bitməz həddədir.Bu fikrimizlə ağlı başında olan,məntiqlə düşünə bilən hər kəs razılaşar.Rayon rəhbərliyi və sair hökumət nümayəndələri bu fikrimizi həmişəki kimi yenə yalanlamağa çalışacaq və bizi qərəzdə suçlayaraq rayondakı inkişafı görməməkdə qınayacaqlar.Ancaq görünən kəndə nə bələdçi lazım? İsmayıllı rayonunda bu kimi problemlərin əsası hələ uzun illər öncə qoyulub.Ömür boyu ona-buna nökərçilik edənlər,evində sayılıb-seçilməyən,keçmişi ləkəli,bir sözlə danqaz adamlar İsmayıllıda vəzifələrə dürtüldülər.Öz şəxsi problemlərini həll etmək iqtidarında olmayan, şəxsi keyfiyyətləri sıfıra bərabər olan şəxslərə 86.000 min nəfər əhalisi olan bir rayonun taleyi tapşırıldı.Nəticə isə göz qabağındadır.Rayon daxil olmaqla bütün kəndlərdə hər şey satıldı,hərraca çıxarıldı.Təsəvvür edirsinizmi,rayonun kəndlərində yerli əhali üçün torpaq yoxdur.Oliqarxlar,imkanlı şəxslər rayonu bütünlüklə işğal ediblər.Bütün bu kimi işlər ayrı-ayrı məmurların şəxsi maraqlarına xidmət edib.Artıq insanların səbri tükənib.Azərbaycanda şikayətçilərin şikayətinə baxan ünvan yoxdur.Bu gedışlə ölkədə növbəti sosial təlatümlər qaçılmazdır.Elə bu faktlar ilə əlaqədar, İsmayıllı rayon Təzəkənd sakinləri Azinfo.tv saytına müraciət edərək yerli bələdiyyə,icra nümayəndəliyi və sair dövlət qurumlarının onların başına açdığı oyunları ictimaiyyətə çatdırılması üçün hərəkətə keçməyimizi xahiş edirlər.



Şikayətçilər:Bizim kəndin bütün torpaqları çöldən gələn imkanlı şəxslərə satılıb.Kəndimizdə onlarla yeni ailə quran, şəxslər var, vətən qaziləri var ki, dəfələrlə müraciət etmişik bələdiyyə sədri Azər Bağırov deyir ki,perspektivdə torpaq yoxdur.Azər Bağırov özünə də bütün övladları üçün də torpaq sahəsi alıb.Niyə ona, övladları üçün olar,ancaq bizlərə olmaz?
Kənd susuzluqdan yanır.Bələdiyyə sədri,icra nümayəndəsi Feyruz Kərimov ilə birlikdə kəndin suyunu imkanlı şəxslərə satıblar.Hətta qəbirstanlıq üçün ayrılan su xəttini də satıblar.Kənddə satılmamış heç bir şey yoxdur.Biz tələb edirik ki, Təzəkənd bələdiyyəsinin son 15-illik fəaliyyəti dövrü yoxlanılsın.Burdan prezidentimizə müraciət edirik.Sizi İsmayıllıda eşitməyən, qeyri-qanuni işlərlə məşğul olan,nəticədə vətəndaşları sizdən narazı salan, bələdiyyə sədri Azər Bağırov kimi,icra nümayəndəsi Feyruz Kərimov kimi və sair məmurlar var.Bu məmurlar o qədər harınlayiblar ki, artıq ölülərimiz üçün ayrılan qəbirstanlıq üçün ayrılmış su xəttini belə kəsib satıblar.Axı o,qəbristanlığda vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimiz də uyuyur.Bu onların ruhuna təhqir deyilmi?Cənab prezident: Sizdən xahiş edirik bizə kömək edəsiniz və Təzəkənd bələdiyyəsinin son 15-illik fəaliyyəti dövrünün araşdırılması üçün müvafıq göstəriş verəsiniz.
Mövzunu diqqətdə saxlayacağıq.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Elçin İsmayıllı.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...