“Qızılqum” qaçqınlarından MÜRACİƏT – “Xahiş edirik, bizi xilas edin”
Bolge
Oxunub: 408
22 in 2021 | 17:45
“Qızılqum” qaçqınlarından MÜRACİƏT – “Xahiş edirik, bizi xilas edin”


Pirşağı qəsəbəsində yerləşən “Qızılqum” sanatoriyasında məskunlaşan məcburi köçkünlərin bir hissəsinin köçürülmədiyini xəbər vermişdik. Xüsusilə birotaqlı mənzillərdə Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Xocalı və digər işğal edilən rayonlarımızdan olan 12 ailənin hələ də uçulub-dağılmış və xarabalığa çevrilmiş binada yaşayamaq məcburiyyətində qaldığını qeyd etmişdik. Həmin ailələr yenidən etiraz edərək, köçürülmə ilə bağlı prosesin sürətlənməsini tələb ediblər. Onların arasında şəhid ailələri də var.

“Məsuliyyəti öz üzərinə götürən yoxdur”

Bizim.Media-ya şikayətlənən köçkünlər binada insanın yaşaması üçün heç bir şəraitin olmadığını və hər an hansısa faciə baş verə biləcəyindən ehtiyatlandıqlarını söyləyiblər:

“Bura sanki bir cəhənnəmdir, xəstəlik və cinayət ocağıdır. Evlərin işıqları günün günorta çağı kəsilib aparılır. Hansı ki, bu dağıntıya insanlar ordan köçürülərkən yerli icra hakimiyyətinin, Qaçqınkomun göstərişi ilə başlanıb. Guya bu ona görə edilirdi ki, gedənlər dönməsin. Şahidiyik ki, insanlar köçüb getmədən qaldıqları evlərinin qapılarının necə sındırılmasına baxıb ağlayırdılar. Qaçqınların suyu, kanalizasiya və işıq xətləri, binanın fasadı, pilləkənləri dağıdılıb, daşları, taxtaları, dəmirləri kəsilib satılır. Biz bu barədə 1 aydan çoxdur ki, sanatoriyanın müdiri, komendantı, ərazinin polisi, eləcə də Qaçqınkomun bu əraziyə baxan rəsmilərinə, ərazi üzrə millət vəkillərinə bildirmişik. Amma heç biri dəqiq söz demir, məsuliyyəti öz üzərinə götürən yoxdur”.

“Gözləyin, deyirlər...”

Şikayətçilərin dediyinə görə ölkə başçısı İlham Əliyevin “Qızılqum”dakı qaçqınların köçürülməsi ilə bağlı verdiyi sərəncam məmurlar tərəfindən yarımçıq həyata keçirilib:

“Bizlə görüşə gələn Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, yaxud digər aidiyyatı orqanlar iddia edirlər ki, "birotaqlı mənzil yoxdur", "mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib, onlar verməlidir", "səbrli olun, gözləyin" deyirlər. Sanki heç kəs vəziyyətin nə dərəcədə ağır olduğunun fərqində deyil”.

Bu gün "Qızılqum Sanatoriyası" demək olar ki, zibilxanaya çevrilib. Azərbaycan dövləti şanlı qələbədən sonra ölkədə böyük bərpa işlərinə başlayıb. Dövlətimiz keçmiş qaçqınlara ermənilərin dağıtdığı, viran qoyduğu o yerlərə gedib ağır şəraitdə yaşamasını rəva görmədiyi halda, öz insanına sahib çıxıb onun hüquqlarını qoruyub hörmət etdiyi halda, Bakının bir kəndində, bir neçə ailənin hələ də dağıdılmış, üfunət saçan bir məkanda saxlanması heç bir ağıla sığmır”.

“Yeni yaşayış azad edilmiş yerlərdə tikiləcək”

Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi saytımıza açıqlamasında 12 ailənin yaxın günlərdə yeni mənzillə təmin ediləcəklərini bildirmişdi.

Qurum Komitənin mənzil fondunda boş yaşayış sahələrinin olmadığını, məcburi köçkünlər üçün yeni yaşayış sahələrinin bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcəyini qeyd etmişdi:

“Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ən ağır vəziyyətdə və adıçəkilən yataqxanada müvəqqəti məskunlaşmış köçkünlər yeni yaşayış sahələri ilə təmin olunacaqlar”, deyə qurumdan bildirilmişdi.

Müraciət...

Qeyd edək ki, “Qızılqum” sanatoriyasında yaşayan və hələ də köçürülməyən 12 ailə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də Sabunçu Rayon İcra Hakimiyyətinə şikayətlərinə baxılması üçün müraciət ediblər.
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan