Tovuzun icra başçısını “Tender kralı” ilə nə birləşdirir? - Şübhəli müqavilə
Bolge
Oxunub: 444
22 in 2021 | 22:22
Tovuzun icra başçısını “Tender kralı” ilə nə birləşdirir? - Şübhəli müqavilə


Tovuz Rayon İcra Hakimiyyəti “İnşaatçı-57” MMC və “Azərtranss” MMC ilə satınalma müqaviləsi imzalayıb.
“İnşaatçı-57” MMC ilə bağlanan müqavilədə Tovuz rayonunda mənzil fondunun əsaslı təmiri nəzərdə tutulur. Qurum bunun müqabilində şirkətə 99 000 AZN ödəyəcək.

“Azərtranss” MMC ilə bağlanan müqavilənin maliyyə dəyəri isə 560 012 AZN təşkil edir. Şirkət Tovuz rayonunda yolların əsaslı təmirini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “İnşaatşı-57” MMC 14 sentyabr 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Tovuz rayonunun Abulbəyli kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Əmiraslanov Toqif Yusif oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.

“Azərtranss” MMC-yə gəlincə, şirkət 17 fevral 2010-cu ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Qazax rayonu, Heydər Əliyev prospekti, ev 58/5-də yerləşir. “Azərtranss”ın qanuni təmsilçisi isə Qasımov Adil Məmməd oğludur.

Açıq mənbələrdə Adil Qasımov barədə hər hansı məlumata rast gəlinmir. Amma “Azərtranss” MMC barədə internet resurslarında çoxsaylı məlumatlar var. Media bu şirkəti “Tender kralı” adlandırır. Çünki bir çox iri layihələr 20 manat nizamnamə kapitalı olan bu şirkətə həvalə edilib. Maraqlıdır ki, MMC əsasən Qazax və Gədəbəy rayon icra hakimiyyətlərinin elan etdiyi tenderlərin qalibi olur.

2019-cu ilin yanvar-dekabr aylarında “Azərtranss” MMC Qazax rayonunda 3 tenderin qalibi olub. Şirkət Qazax rayonundakı abadlıq işləri üzrə 791 158 manat, 8 ədəd binanın dam örtüyünün təmiri üçün 669 467 manat və yolların təmir işləri üçün isə 530 040 manatlıq tenderlərin qalibi olub. Beləliklə, “Azərtranss”ın qalibi olduğu tenderlərin ümumi dəyəri 1 990 665 manat edir.

Bundan bir qədər əvvəl isə MMC Gədəbəy Rayon İcra Hakimiyətinin 933 623.8 manatlıq tenderini udub. 3 ay sonra sözügedən icra hakimiyyəti növbəti dəfə “Azərtranss”la 288 215 manatlıq müqavilə bağlayıb. Budəfəki müqavilə icra hakimiyyəti binasının təmiri ilə bağlı olub.

2020-ci ilin mart ayında Gədəbəy Rayon İcra Hakimiyyəti ilə “Azərtranss” MMC arasında toplam 1 666 081 manat 66 qəpiklik müqavilə bağlanıb. Müqavilədə şəhərdaxili küçə, meydan və parkların abadlaşdırması, həmçinin asfaltlanması nəzərdə tutulub.

2019-cu ildə isə “Azərtranss”ın Meliorasiya və Su Təsərrüfatı ASC-nin 3 milyona manata yaxın dəyəri olan tenderlərinin də qalibi olub.

Hit.az
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq