Şamaxı rayonundan olan, Qarabağ qaziləri, AAYDA-NİN yarıtmaz fəaliyyətindən prezidentə şikayət etdilər
Bolge / Video
Oxunub: 1 316
21 in 2021 | 09:37
Şamaxı rayonundan olan, Qarabağ qaziləri, AAYDA-NİN yarıtmaz fəaliyyətindən prezidentə şikayət etdilər



Vətən hamımız üçün ana, qeyrət,namus və ümumi evimiz anlamına gəlir.Bəli, vətənin dar günündə onun problemini öz problemi hesab edən hər bir qeyrətli,namuslu vətəndaş ayağa qalxmalı,sılaha sarılıb döyüş meydanına atılaraq ölümə belə hazır olmalıdır.Bütün bu söylədiklərimiz zaman-zaman baş verib.Xalqımız həmişə mərdliyini,vətənsevərliyini döyüş meydanlarında sübut etmək iqtidarında olub.Son illərin tarixinə nəzər salsaq görərik ki,bu xalq həm birinci Qarabağ savaşında,həm də ikinci 44 günlük vətən savaşında döyüşdü,şəhid verdi, minlərlə qazi qazandı və bir sözlə xariqələr yaratdı.
Ancaq günümüzdə qazilərə qarşı bir sıra dövlət qurumlarının, məmurların sərgilədiyi münasibət insanda böyük təəssüf hissi yaradır.Adam şübhələnir ki,bəlkə həmin məmurlar xalqımızın parlaq qələbəsinə sevinmirlər?Bəlkə həmin məmurların ermənilərlə hansısa qohumluq əlaqələri mövcuddur?Bəlkə həmin məmurların qanının tərkibini yoxlamaq lazımdır?Bəlkə,bu bəlkələr o,qədər çoxdur ki, adam cavab tapmaqda çətinlik çəkir.Axı vətən savaşında canından keçən qazilərə belə ögey münasibət haradan qaynaqlanır? Kimdir bu kompaniyaya dəstək verən? Məmurlar niyə belə arxayın, ictimai rəyi nəzərə almayacaq dərəcədə azğındırlar?Məlumdur ki, vətən savaşında bir nəfər də olsa məmur övladı savaşa qatılmayıb,heç onları səfərbərlik idarələri çağırmayıb.Kifayət qədər faktlar var ki, xeyli məmur övladları savaş dönəmində covid 19-a yoluxublar.Nəysə keçək mətləbə.

Vətənin ağır zamanında Şamaxı rayonundan bir qrup vətən fədaisi də bu savaşa qoşulublar.Həmin qazilər AAYDA-nin tərkibində olan 3-saylı xüsusi təyinatlı MMC-NİN əməkdaşları olub.Onlar idarə etdikləri texnikaları ilə birlikdə savaşa qatılıblar.Onlar əsgərlərin daşınması,ərzaq, silah-sursat və sair döyüş tapşırıqlarını canla-başla yerinə yetiriblər.Hətta onlardan biri, birinci Qarabağ savaşında vuruşaraq yaralanmış Ağayev Malik İsa oğludur.Malik İsayev ikinci vətən savaşında avtomobili ilə qaynar nöqtələrdə xidmət aparan zaman yenə ayağından qəlpə yarası alıb.Yəni bu adam hər iki müharibə şəraitində döyüşür və yaralanır.Bu insanın fədakarlığı kifayət etmirmi ki,ona münasibət fərqli olsun?
Redaksiyamıza müraciət edən əslən Şamaxı rayonundan olan qazilərin siyahısını təqdim edirik.
1.Mədətov Anar Mədət oğlu.
Müharibə iştirakçısı avtomobil sürücüsü.
2.Agayev Malik İsa oğlu.Hər iki müharibə zamanı yaralanıb.
3. Ağayev Məhərrəm İsa oğlu.İkinci Qarabağ müharibəsinin iştirakçısı,sürücü.
4.Məmmədov Adil Agazeynal oğlu.İkinci Qarabağ müharibəsinin iştirakçısı sürücü.
5. Kərimov Səxavət Əlibala oğlu.İkinci Qarabağ müharibəsinin iştirakçısı sürücü.Ehtiyyatda olan sürücü.Zəfər yolunda işləyib.Bu insanlar AAYDA-NİN tərkibində olan 3- saylı xüsusi təyinatlı MMC-NİN əməkdaşlarıdır.Sürücülərə döyüşlərdə iştirak etdiklərinə görə, dövlət tərəfindən ayrılan pul vəsaitlərinin böyük hissəsi verilməyib.Onlara verilən cüzi miqdarda vəsaiti,onları aldadaraq avtomobillərinə xərclətdiriblər.Deyiblər ki,avtomobilləri qaydaya salın,nə çatmırsa alın,qoyun ki,döyüşə hazır olsun.Bütün xərcləriniz ödəniləcək.Ancaq sürücülər bütün pullarını idarənin avtomobillərinə xərclədikdən sonra onlara pul verilməyib.Hətta rəhbərlik onları şikayət edəcəkləri halda dövlət qurumlarının adı ilə hədələyirlər.
Qeyd edək ki,AAYDA-nın sədri Saleh Məmmədov baş verənlərdən xəbərdardır.
Şikayətçilər AAYDA-NİN tərkibində olan 3-saylı xüsusi təyinatlı MMC-NİN rəisi Elşən Cəfərovu günahlandırırlar.Eyni zamanda həmin təşkilatın məsul şəxsi olan, Məzahir Mahmudovu günahkar hesab edirlər.Şikayətçilər bildirirlər ki, Saleh Məmmədov cənablarının müavini Əvəz Qocayev onları dövlət qurumlarının adı ilə hədələyərək,şikayətlərindən əl çəkməyə çağırır.
Biz də öz növbəmizdə həmin qurumların rəhbərlərinə müraciət edərək qazilərin əməkhaqqının ödənilməsi üçün hərəkətə keçməyə çağırırıq.

Yazını diqqətimizdə saxlayacağıq.Şikayətçilərin video müraciətini təqdim edirik.

Elçin İsmayıllı.


Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib