Xaçmaz təhsili: başa çatan dərs ilinin yekun göstəriciləri ürəkaçan olacaqdır
Bolge
Oxunub: 610
17 in 2021 | 23:28
Xaçmaz təhsili: başa çatan dərs ilinin yekun göstəriciləri ürəkaçan olacaqdır


Ölkənin təhsil ictimaiyyətinin nümayəndələri birmənalı olaraq hesab edirlər ki, 2020/2021-ci tədris ilində prosesə biri mənfi, digəri müsbət olmaqla iki mühüm hadisə əhəmiyyətli dərəcədə təsir etmişdir. Bunlar əlbəttə ki, pandemiya və Qələbə ilə nəticələnən Vətən müharibəsidir. Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev ilə söhbətimizin qayəsini də məhz bu mövzu təşkil etdi.

Bəri başdan qeyd edək ki, İnqilab müəllim hazırki vəzifəsinə 2020-ci ilin noyabr ayında irəli çəkilib. Ona qədər məktəb direktoru olub. Təcrübəli pedaqoq əməkdaşımızla söhbətinin əvvəlində qeyd edib ki, pandemiya dövründə şagirdlərin təhsil prosesindən kənar qalmaması üçün hökumət lazım olan hər şeyi etmişdir: “2020-ci ilin mart ayından Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına başlanıldı. Bununla bağlı rayonumuzda da təbliğat işi aparıldı. Təhsil Nazirliyi tərəfindən aprel ayının 2-də "Virtual məktəb" layihəsi start götürdü. Layihə məsafədən tədris imkanlarını genişləndirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə 10 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq pandemiya dövründə məktəbimizin müəllimləri müxtəlif proqramlar vasitəsi ilə təhsil prosesinin davamlılığının təmin edilməsi məqsədilə onlayn dərslər keçirdilər. Koronavirus infeksiyası ilə əlaqədar olaraq rayonun bütün ümumtəhsil məktəblərində olduğu kimi, bizim məktəbdə də mütəmadi dezinfeksiya işləri aparılmış, xəstəliyin aşkar olunması və virusun yayılmasının qarşısının alınması üçün rayon məktəbləri lazımi vasitələrlə təmin edilmişdir. 2020-ci ilin noyabr ayının 2-dən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Xaçmaz məktəblərində də təlim-tərbiyə işi distant formada aparılmışdır. Bütün bunların nəticəsi olaraq, şagirdlərimiz Təhsil Nazirliyi tərəfindən keçirilən virtual müsabiqələrdə iştirak edərək bir sıra uğurlar qazanmışlar. Şübhə etmirəm ki, dərs ilinin tezliklə açıqlanacaq yekun göstəriciləri ürəkaçan olacaq, Xaçmaz məktəblərinin məzunlarının əksəriyyəti qəbul imtahanlarını müvəffəqiyyətlə verib ölkəmizin nüfuzlu ali və orta ixtisas məktəblərinə qəbul olunacaqlar.

İnqilab Musayev Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyətinin ölçüyəgəlməz olduğunu vurğulayaraq, xatırlatdı ki, qələbə ilə başa çatsa da, müharibənin acı nəticələri uşaqlardan da yan ötməyib: “Xailn düşmənin dinc şəhər və kəndlərə atdığı raket və mərmilər nəticəsində xeyli vətəndaşımız şəhid oldu ki, onların arasında azyaşlı və məktəbli uşaqlar da vardır. Neçə-neçə məktəb yaşlı uşaq valideynini itirdi. Doğrudur, dövlətimiz şəhid övladlarını hər cür qayğı ilə əhatələyib, onlara təhsil haqqında güzəştlər şamil edilir. Şükürlər olsun ki, indi artıq məktəblərimizdə “Qələbə dərsləri” keçilir, milli tarix dərsliklərimiz yenidən yazılır. Sevinirik ki, biz müəllimlərin illər boyu şagirdlərimizə verdiyimiz vətənpərvərlik dərsləri hədər getmədi. Onlara aşıladığımız Vətən sevgisi müharibədə karlarına gəldi, döyüş meydanında şücaət göstərdilər. İndiki şagirdlər Vətən müharibəsi qəhrəmanlarının adlarını, keçdikləri şərəfli döyüş yolunu əzbər bilirlər...”

RTŞ müdiri fürsəti dəyərləndirib saytımızın tribunasından məktəblilərə yay tətili ilə bağlı tövsiyələrini də verdi: “Məlum olduğu kimi, pandemiya şəraitində cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilmişdi. Nəticədə məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış oldu. Mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulub. Bu məktəblər ödənişsiz və könüllüdür. Şagirdlərin uzun bir tədris ili və qış mövsümündən sonra yay tətilinə çıxma sevinci çox təbiidir. Lakin əksər valideynlərdən yay tətili ilə bağlı ən böyük problemlərinin nə olduğu soruşulduqda, "Uşaqlarım çox yatır, hər zaman televizora baxır və kompüterdə oyun oynayır və heç nə etmirlər" deyə cavab verirlər. Bu problemi həll etmək üçün ilk növbədə tətili valideynlə uşağın bərabər həm əyləncəli, həm də faydalı zaman keçirə bilmələri üçün birlikdə planlaşdırmaları məsləhətdir. İstirahət və əyləncə ilə yanaşı dərslərə də diqqət ayrılmalıdır. Dərs ili müddətində şagirdin hansı dərslərdə zəif nəticə göstərməsi, həmin dərslərin daha yaxşı mənimsənilməsi üçün tədbir görülməsi, uşaqların incəsənət, idman və sosial yönlərini inkişaf etdirmək üçün bir fürsətdir. Yay tətili zamanı şagirdləri yaşlarına uyğun kitab oxumağa təşviq etmək çox vacibdir. Yeni sinifə keçən uşaqlar tətil zamanı mövzuları təkrarlayaraq köhnə biliklərini möhkəmləndirə və yeni tədris ilinə daha uğurlu başlaya bilərlər. "Tətil" ifadəsi "heç bir şey etmədən oturmaq" mənasını verməməlidir. Tətilin dəyəri, insan gündəlik fəaliyyətlərindən fərqli bir şey etdikdə və ya hobbilləri ilə məşğul olduqda, bədəni və beynində istirahət etdikdə aydın olur. Bu mənada uşaqların bütün tətili boş oturaraq, yatarkən televizor və ya kompüter qarşısında keçirmələrini tövsiyə etmirik”.

Söhbətləşdi: İbrahim Qubadoğlu
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib