İsmayıllıda orta əsr dövrünü yaşayan kənd - VİDEO
Bolge / Video
Oxunub: 1 404
17 in 2021 | 10:49
İsmayıllıda orta əsr dövrünü yaşayan kənd - VİDEO



Müasir günümüzdə hələ də keçmişdə qalan, müasir dövrün qaydalarından məhrum olan insanlarımız, yaşayış məntəqələrimiz var. Bəli, bu yaşananlar ona görə deyil ki, bu insanlar müasir yaşam tərzini qəbul edib, əxz edə bilmirlər. Məsələ bunda deyil. Bu insanlar müasir düşüncəli, inkişaf, tərəqqsevər insanlardır. Problem bundan ibarətdir ki, bu toplumun başında duran məmurlar, rəhbərlik postuna dürtülmüş məmurlar, geri zəkalıdırlar və şəxsi maraqları onları ümumi maraqlardan, xalq maraqlarından uzaq salıb. Söhbət açacağımız kənd İsmayıllı rayonu Aşağı Zərnava barəsindədir. Bu kənd Sovet dönəmlərində İsmayıllıda ən qonaqpərvər, ən zəhmətsevər kənd olub. Burada insanlar bu gün də torpaqla əlləşir, halal əməklə yaşayırlar. Ancaq təəssüf ki, rayon məmurlarının yarıtmaz fəaliyyəti nəticəsində bu kənd müasir dünyadan geridə qalıb. Kənddə hazırda 60 ev 250-nəfərə yaxın əhali yaşayır. Kənd Göyçay, Ağsu Bakı magistral yolunun lap üzərində yerləşir. Bu kəndi lazımi vacibatlarla təmin etmək üçün çox cüzi maliyyə vəsaitləri lazımdır. Ancaq rayon rəhbərliyi bu istəkdə görünmür. Ya qərəzdən, ya görməməzlikdən, fakt budur ki, kənd sosial problemlər içərisində boğulur. Bu kəndin əhalisi rəhbərliyin yadına yalnız seçkidən, seçkiyə düşür. Yalnız seçki ərəfəsi bu insanlara yağlı vədlər verilir, ancaq seçkidən sonra bu vədlər elə vəd olaraq qalır. Kəndin uzun illərdir ki, qaz problemi var. 80-ci illərin sonlarından sonra bu kənddə mavi yanacağın verilməsində fasilə yaranıb. Kəndin qaz xəttlərinin bir hissəsi oğurlanaraq aparılıb. Kəndin dörd bir tərəfində Qubaxəlilli, Külüllü, Kəlbənd, Gəraybəyli kəndlərində qaz yanır ancaq bu kənddə qaz yoxdur. Qeyd edilən kəndlərdə asfalt örtüyü olsa belə bu kəndin yolları bərbad vəziyyətdədir. Kəndin telefon xətti, interneti yoxdur. Pandemiya dövründə kənddə şagird, tələbə kontingenti onlayn təhsil almaqdan məhrum olublar. Qeyd edirəm ki, aşağı Zərnava kəndi, Yuxarı Zərnava kəndinin bir növ filialıdır. Buradan insanlar qışlaq kimi istifadə edirlər və mal, qoyun saxlayır, əkinçiliklə məşğul olurlar. Yuxarı Zərnava kəndinin bələdiyyəsi bu vaxta kimi bu ərazi ilə maraqlanmayıb, gördüyü işlər barədə heç bir hesabat verməmişdir. Əhali rayon rəhbərliyinin, millət vəkilinin, kənd icra nümayəndəsi və bələdiyyə sədrinin fəaliyyətindən narazılıq edir və bu problemin kiv-lərdə ictimailəşməsini istəyirlər. Vətən qazisi qeyd edir ki, icra başçısı Nahid Bağırov cənablarının Facebook səhifəsində işsizlik bərədə tənqidi fikirlər yazdığı üçün icra nümayəndəsi onu danlayıb. Elə kı, qeyd edilən yazını silib, daha onunla heç kim maraqlanmır. Kəndin cavanları işsizlik ucbatından kəndi tərk edib müxtəlif yerlərə gedirlər. Əhali KİV vasitəsilə ölkə başçısından kömək istəyir.

Elçin İsmayıllı.


İsmayıllıda orta əsr dövrünü yaşayan kənd - VİDEO


Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib