Beyləqan: Dünyamalılar bələdiyyəsi yerli əhəmiyyətli məsələlərin həllində hökumətə və rayon rəhbərliyinə etibarlı tərəf müqabili kimi çıxış edir
Bolge
Oxunub: 835
15 in 2021 | 16:01
Beyləqan: Dünyamalılar bələdiyyəsi yerli əhəmiyyətli məsələlərin həllində hökumətə və rayon rəhbərliyinə etibarlı tərəf müqabili kimi çıxış edir



Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafını, dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, ədliyyə sahəsində də islahatlar həyata keçirilir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə sosial-iqtisadi sahədə uğurlu islahatların aparılması, sahibkarlığın, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı üzrə davamlı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan dünyada ən islahatçı dövlətə çevrilib və bələdiyyələr tərəfindən də bu inkişafa əhəmiyyətli töhfələr verilir.

Beyləqan rayonunun Dünyamalılar bələdiyyəsinə Yalçın Ağayev sədrlik edir. Yalçın müəllimlə söhbətimizin qayəsini ümumən respublikamızda bələdiyyə fəaliyyətinin vəziyyəti, sosial məsələlərin həllində yerli özünüidarə qurumlarının hökumətə nə dərəcə etibarlı tərəf müqabili kimi çıxış etməsi mövzusu təşkil etdi.

Yalçın müəllim söhbətinin əvvəlində bildirdi ki, əgər 2019-cu il yerli özünüidarəetmə orqanlarının formalaşmasının 20 illiyi, eləcə də bələdiyyə seçkilərinin uğurla keçirilməsi ilə yadda qalmışdısa, 2020-ci il isə yerli özünüidarəetmə orqanlarının pandemiya ilə mübarizə tədbirlərinə dəstək verməsi və əlbəttə ki, qələbə ilə nəticələnən Vətən müharibəsinin qayğıları ilə əlamətdar olub. Həmsöhbətimiz xüsusi vurğuladı ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət sahəsində davamlı tədbirlər görülüb. Mərkəz bələdiyyələrin maarifləndirmə tədbirlərinin həyata keçirilməsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə, həmçinin yerli özünüidarəetmə sahəsində bələdiyyələrin milli assosiasiyaları, vətəndaş cəmiyyəti institutları, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla, eləcə də xarici dövlətlərin aidiyyəti qurumları ilə səmərəli əməkdaşlıq edib.

Yalçın Ağayev həmçinin qeyd etdi ki, Dünyamalılar bələdiyyəsinin üzv və qulluqçuları müəyyən edilmiş vəzifələrin icrası, vətəndaşların müraciətlərinə xüsusi qayğı ilə yanaşılması, etik davranış qaydalarına dönmədən əməl edilməsi, 2020-ci il “Könüllülər ili” çərçivəsində gənc könüllülərin ədliyyə fəaliyyətinə daha geniş təşviq olunması ilə bağlı verilmiş tapşırıqları layiqincə yerinə yetirib.

Sədr bizim xahişimizlə kəndin tarixindən və iqtisadiyyatından danışdı: ”Dünyamalılar Beyləqan rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşən kənddir. Mil düzündədir. Yaşayış məntəqəsi Mil düzündə yayılmış Xələc tayfasının Dünyamalılar nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin keçmiş adı da Xələc olmuşdur. 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən - Əhmədli - Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə iki milyon manat ayrılmışdır. Dünyamalılar kəndində illik istehsal gücü 626 min şərti banka olan Konserv zavodu fəaliyyət göstərir”.

Öyrəndik ki, keçən il Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə ahıl yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Beyləqan rayonunun Dünyamalılar bələdiyyəsi də yaxından iştirak etməklə dəstək vermişdir. Bələdiyyəsi tərəfindən 65 yaşdan yuxarı insanların siyahısı tərtib edilərək, onlara bələdiyyənin rəsmiləri və bələdiyyə qulluqçularının iştirakıyla ərzaq bağlamaları təqdim olunmuşdu. Bununla yanaşı, onların hər birinə görüşdə bir daha dövlət tərəfindən atılan addımlar izah edilmişdi.

Qələbədən ötən yarım il ərzində Dünyamalılar bələdiyyəsi xidmət etdiyi ərazidə şəhid ailələrini, əlil və qazilərini diqqət mərkəzində saxlayıb, onların problemlərinin həlli üçün mümkün olan hər şeyi edib. Kənddəki Şəhidlər Xiyabanında səliqə-səhman təmin olunur, burada uyuyan həm Birinci, həm İkinci Qarabağ müharibəsi, eləcə də aprel döyüşləri şəhidlərinin məzarların daim abad və təmiz vəziyyətdə saxlanılmasına diqqət yetirilir.

Gəlin, Yalçın Ağayev başda olmaqla, Dünyamalılar bələdiyyəsinin üzv və qulluqçularına uğurlar arzulayaq və ümid edək ki, bu kollektiv Beyləqanın tərəqqisi naminə fəaliyyət müstəvisində hökumətə və rayon rəhbərliyinə etibarlı tərəf müqabili kimi hələ çox köməklik göstərəcəkdir.

İbrahim Qubadoğlu
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA