HƏM SAYCA, HƏM KEYFİYYƏTCƏ 1-Cİ MƏKTƏB
Bolge
Oxunub: 865
15 in 2021 | 13:55
HƏM SAYCA, HƏM KEYFİYYƏTCƏ 1-Cİ MƏKTƏB


Şükürlər olsun ki, hökumətimizin həyata keçirdiyi effektiv tədbirlər sayəsində hazırda Covid-19 infeksiyası səngiyib, bir çox müəssisələrin, eləcə də məktəblərin fəaliyyətinə məhdudiyyətlər aradan qaldırılıb. İyunun 14-də Azərbaycanın orta məktəblərində “son zəng” çalındı. Bildiyimiz kimi, pandemiya səbəbindən keçən ilin yayında bu tədbir də onlayn keçirilmişdi. Doğrudur, bəzi şərtlər gözlənildi: Tədbirlər açıq havada keçirildi, say məhdudiyyəti nəzərə alındı, sosial məsafəyə əməl edildi. Tədbirlərdə “Məktəblinin dostu” və könüllülülər də çalışdılar. Amma əlbəttə, uzun müddət məktəbdən kənar qalmış minlərlə şagirdimizə “Son zəng”i qeyd etmək hədsiz sevinc bəxş elədi. Bu sevinci yaşayan Qax rayon Dilarə Əliyeva adına 1 saylı tam orta məktəbin pedaqoji kollektivi və şagird kontingenti ümid edirlər ki, 2020/2021-ci tədris ilinin tezliklə açıqlanacaq yekunları uğurlu göstəricilərlə yaddaqalan olacaq, əvvəlki illərdə olduğu kimi builki məzunların da çoxu qəbul imtahanlarını müvəffəqiyyətlə verib yüksək bal toplayacaq, respublikanın nüfuzlu ali və orta ixtisas məktəblərinə daxil olacaqlar.

HƏM SAYCA, HƏM KEYFİYYƏTCƏ 1-Cİ MƏKTƏB


Məktəb kollektivinin gələcəyə nikbin nəzərlərlə baxmağa haqqı çoxdur. Əvvəla xatırlatmağa dəyər ki, Qax təhsili özünəməxsus tarixi ənənələri ilə həmişə seçilmişdir. Rayonun pedaqoji kollektivləri bu ənənələri nəsildən-nəslə yaşatmış, qabaqcıl müəllimlərin iş üsulları yeni nəsillərə örnək olmuşdur. Qax rayonunda ilk təhsil işığını yandıranlar, təhsil ənənələrini sonrakı nəsillərə ötürənlər daim məhəbbət və ehtiram hisləri ilə xatırlanır, yad edilir. XIX əsrin sonlarında Qaxda ilk dünyəvi təhsil məktəbləri açan, bir sıra yeni dərsliklərin müəllifləri Harun bəy Sultanov, İslam bəy Qabulov, Həmzət bəy Əfəndiyev, habelə İsa bəy Abakarov, Şərif Əfəndiyev, Məmməd Əfəndiyev, Molla Əhməd Əfəndi və digər tanınmış pedaqoqların adları rayonda həmişə iftixarla çəkilir. Qax şəhər Dilarə Əliyeva adına 1 saylı tam orta məktəbi də maarifçilik sahəsində tarixi ənənələri şərəflə davam etdirir.

2019/2020-ci tədris ilinin yekunlarına görə rayonun ən yaxşı iki məktəbindən biri olan bu təhsil ocağı daha əvvəllər “İlin ən yaxşı məktəbi”, məktəbin direktoru, təcrübəli pedaqoq, ixtisasca şərqşünas, dil-ədəbiyyat müəllimi olan Mədinə Heydərova isə “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibi olmuşdur. Məktəbin 9-10 yaşlı yeniyetmələrindən ibarət “Evrika” komandası dəfələrlə “Xəmsə” milli intellektual oyunu üzrə keçirilən Qax şəhər birinciliyində qalib adını qazanıb.

2006-cı ildə Heydər Əliyev Fondu həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının ikinci mərhələsi çərçivəsində Qax şəhərindəki Dilarə Əliyeva adına 1 saylı orta məktəb üçün 240 yerlik yeni bina istifadəyə vermişdir. Xüsusi layihə əsasında müasir standartlara uyğun inşa edilən birmərtəbəli yeni binada 12 sinif, habelə kompüter və digər otaqlar vardır. 195 nəfər şagirdin təlim-tərbiyəsi ilə 40 nəfər müəllimin məşğul olduğu məktəb lazımi avadanlıqla, habelə müasir istilik sistemi ilə təchiz olunmuşdur.

HƏM SAYCA, HƏM KEYFİYYƏTCƏ 1-Cİ MƏKTƏB


Direktor Mədinə Heydərova deyir ki, ötən il xalqımız, eləcə də yetişməkdə olan nəslin nümayəndələri, uşaq və gənclərimiz üçün ağır sınaq ili olub: “Pandemiya xeyli insanın, o cümlədən, müəllim həmkarlarımızın həyatına son qoydu, əhalinin rifah səviyyəsinə mənfi təsir göstərdi. Amma 2020-ci il Azərbaycan tarixinə həm də “Zəfər ili” kimi daxil oldu. Əgər indiyədək məktəblərdə torpaqlarımızın, şəhər və rayonlarımızın işğal olunduqları günləri kədərlə qeyd edirdiksə, indi təqvimimizə həmin ərazilərin işğaldan azad olunduqları günlər də qırmızı hərflərlə daxil oldular. Artıq siniflərdə "Qələbə tarixi" mövzusunda dərs keçirilir”.

Mədinə müəllimə qeyd edir ki, pandemiya dövründə şagirdlərin təhsil prosesindən kənar qalmaması üçün hökumət lazım olan hər şeyi etmişdir: “2020-ci ilin mart ayından Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına başlanıldı. Bununla bağlı rayonumuzda da təbliğat işi aparıldı. Təhsil Nazirliyi tərəfindən aprel ayının 2-də "Virtual məktəb" layihəsi start götürdü. Layihə məsafədən tədris imkanlarını genişləndirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə 10 sentyabr 2020-ci il tarixli qərarına uyğun olaraq pandemiya dövründə məktəbimizin müəllimləri müxtəlif proqramlar vasitəsi ilə təhsil prosesinin davamlılığının təmin edilməsi məqsədilə onlayn dərslər keçirdilər. Koronavirus infeksiyası ilə əlaqədar olaraq rayonun bütün ümumtəhsil məktəblərində olduğu kimi, bizim məktəbdə də mütəmadi dezinfeksiya işləri aparılmış, xəstəliyin aşkar olunması və virusun yayılmasının qarşısının alınması üçün məktəb lazımi vasitələrlə təmin edilmişdir. 2020-ci ilin noyabr ayının 2-dən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən bizim məktəbdə də təlim-tərbiyə işi distant formada aparılmışdır. Bütün bunların nəticəsi olaraq, şagirdlərimiz Təhsil Nazirliyi tərəfindən keçirilən virtual müsabiqələrdə iştirak edərək bir sıra uğurlar qazanmışlar.

Məktəbin feyzbuk səhifəsindəki xəbər başlıqlarına nəzər salanda aşkar görünür ki, təhsil müəssisəsi dərs ilinin son günlərinədək gərgin və məhsuldar iş reqlamentinə sadiq qalmışdır: “VIII sinif şagirdlərinin rayon ərazisində fəaliyyət göstərən Səyyar Asan Xidmətə ekskursiyası təşkil olunub”; “V sinifdə riyaziyyat fənnindən görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinə həsr olunmuş "Müasir elmin korifeyi" adlı bilik yarışı keçirilib”; “VIII sinifdə "Sosial şəbəkələrdən necə istifadə etməli?" mövzusunda maarifləndirici tədbir keçirilib”; “Bacarıqlı əllər dərnəyinin xətti ilə "Nağıllar aləminə səyahət" adlı onlayn tədbir keçirilib”; “Sinif təşkilat saatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar "Müasir Azərbaycanın qurucusu"mövzusunda söhbətlər aparılıb”; “Məktəb Kiçik Akademiyasının dil-ədəbiyyat bölməsinin üzvü Nəsibli Nərminin "Dünya poeziyasının dahisi- Nizami Gəncəvi" mövzusunda təqdimatı keçirilib”; “Kitabxana xətti ilə VIII sinifdə"Nizami yaradıcılığında humanizm" mövzusunda söhbət təşkil olunub”; “13 mart 2021-ci il tarixdə məktəbin psixoloqu N.Rəhimova tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.02.2021-ci il tarixli 14-14-88/13 qərarına əsasən şagirdlərlə "Sağlam gələcəyə gedən yol" adlı onlayn tədbir keçirilib”; “Həyat bilgisi fənnindən IV vəVI siniflərdə "Qələbə tarixi" mövzusunda dərs keçirilib” və s.

Cəmiyyətin bütün sahələrində baş verən yeniliklərin təhsilə də sirayət etdiyini deyən Mədinə müəllimə bu fikirdədir ki, hər bir yenilik köhnəlikdən irəli getmək deməkdir və bu baxımdan heç bir yenilik insanları qorxutmamalıdır. O, milli təhsilimizdə müşahidə olunan nöqsan və çətinlikləri də cəsarətlə öz çıxışlarındsa qeyd etməkdən çəkinməyib, mətbuatdakı müsahibə və çıxışlarında məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar çətinliklərdən danışıb, hər kurikulum sinfinin fənn kabineti olmasının gərəkliyindən danışıb,dərsliklərlə bağlı iradlarını bildirib, şagirdlərin çətin mənimsəyəcəyi mövzuların dəyişdirilməsini, valideyn-məktəb münasibətlərnini təkmilləşməsi üçün mexanizm hazırlanmasının, məktəb psixoloqlarının daha yaxşı işləməsinin vacibliyini vurğulayıb.

İnanırıq ki, təcrübəli pedaqoq Mədinə Heydərovanın düşərli rəhbərliyi altında həm sayca, həm də keyfiyyətcə 1-ci olan Qax şəhər Dilarə əliyeva adına 1 saylı tam orta məktəbi həmişə rayonun, eləcə də respublikamızın ümumtəhsil müəssisələri arasında avanqard mövqeyini qoruyub saxlaya biləcəkdir.

İbrahim Qubadoğlu


HƏM SAYCA, HƏM KEYFİYYƏTCƏ 1-Cİ MƏKTƏB
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...