"Kimə deyirik, inanmırlar ki, belə bir ağır xəstəyə əlillik təyin olunmayıb” - GİLEY
Bolge
Oxunub: 444
14 in 2021 | 18:20
"Kimə deyirik, inanmırlar ki, belə bir ağır xəstəyə əlillik təyin olunmayıb” - GİLEY


Ucar rayonunun Qarabörk kəndinin sakini Rövşən İsrafilovun şikayəti var. Deyir, 49 yaşlı qardaşı Elçin İsrafilov ruhi xəstədir, 2011-ci ildən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə olunur. Ancaq ona əlillik dərəcəsi təyin edilmir.

Ailə imkansızdır, hər dəfə Bakıya, Elçinin yanına gedəndə onun ehtiyaclarını alıb aparırlar. Qardaşı deyir ki, imkansızlıqdan bir dəfə gedəndə, iki dəfə gedə bilmir və bu, onu üzür: "İstəyirəm tez-tez gedəm, ona baş çəkəm, ehtiyaclarını alam. Amma imkanım yoxdur. Ona görə istəyirəm ki, bu adama pensiya təyin edilsin və mən onun öz pensiyası ilə tez-tez yanına gedəm və ehtiyaclarını qarşılayam”.

Rövşən İsrafilov deyir ki, artıq 10 ildir qardaşı cəmiyyətdən təcrid edilib. Bu da onun ağır dərəcəli ruhi xəstə olduğunu göstərir. Həkimlər də təsdiqləyib ki, onu ev şəraitində olan müalicələr sağalda bilməz və onu xəstəxanaya qəbul ediblər: "Ancaq bütün bu əsaslara baxmayaraq, ona indiyə qədər əlillik dərəcəsi təyin edilməyib. Elə yatdığı xəstəxananın həkimləri də bildirilər ki, bu, formal ruhi xəstəyə dərhal 1-ci qrup əlilik dərəcəsi təyin edilməlidir. Ancaq etmirlər”.

Rövşən İsrafilov qardaşına əlillik dərəcəsi təyininə görə Səhiyyə Nazirliyinə də ərizə ilə müraciət edib. Onu tibbi komisiyadan keçirib, əlillik dərəcəsi təyin edilməsini xahiş edib: "Ucar rayon xəstəxanası da deyir ki, xəstə bura gəlməlidir və ya orada həkim komissiyası özü rəy verməlidir ona. Qalmışıq məəttəl. Bilmirik hansını edək”.

Ailə süründürməçiliyə məruz qaldığını söyləyir. Evin xanımı Ləman İsrafilova deyir ki, qaynı əvvəllər arada evə gəlib-gedirmiş. Sonuncu dəfə anlaqsız halda oğurluq edəndən sonra təhlükəsizlik üçün birdəfəlik dispanserə yerləşdiriblər: "Məhkəməsi də oldu. Həkimlər rəy verdilər ki, həqiqətən bu işi anlaqsız vəziyyətdə görüb. Yoldaşım da himayəçisi kimi onu birdəfəlik xəstəxanaya yerləşdirdi. Özümüz də bilirik ki, çöl üçün yararsız insandır. Özünə belə baxa bilmir. Xəstədir, yazıqdır. Anası körpə olanda, atası da 9 il əvvəl ölüb. Bizdən başqa kimsəsi yoxdur. Bizim isə imkanımız yoxdur ona dəstək olmağa”.

Ləman İsrafilova deyir ki, rayon yerində iş tapmaq da çətindir. Elə onlar da günəmuzd çalışıb, aldıqları çox az əmək haqqına çalışırlar və azyaşlı, məktəbli uşaqlarına güclə baxırlar: "Çalışırıq Elçinin yanına hər ay bir dəfə gedək. Hər gedəndə də ehtiyacı olan şeyləri alıb aparaq. Çətindir, çatdıra bilmirik. Pensiyası olsa, heç olmasa hər ay yanına gedəndə aldığımız əşyaları çətinliklə almarıq. İnanın borcun-xərcin içində yaşayırıq. Üzləşdiyimiz bu problemlə bağlı da hər yerə müraciət etmişik, səsimizi eşidən yoxdur”.

Rövşən İsrafilov deyir ki, hazırda uzun müddətdir ki, daimi işi yoxdur. Həm ailəsini dolandırmaq, eyni zamanda da hər ay qardaşının yanına getmək onun üçün müşkülə çevrilib: "Fəhləyəm, iş olanda olur, olmayanda da çətinliklə dolanırıq. Qardaşımın yanına getmədiyim aylarda vicdan əzabı çəkirəm. Həkimi ilə əlaqəmiz var, danışırıq. Əsəbləri tamamilə korlanıb. Ciddi müalicə alır. Kimə deyirik, inanmırlar ki, belə bir ağır xəstəyə əlillik təyin edilmir. Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət edirik, deyirlər: "Bizlik deyil, yatdığı xəstəxana baxmalıdır bu işə”. Xəstəxana da deyir ki, Ucardan almalısınız. Qalmışıq arada, bilmirik hara müraciət edək”.

Ucar Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, artıq ucarlılara əlillik dərəcəsinin təyini ilə bağlı işə onlar baxmır: "Bir müddət öncə bizə məktub gəldi ki, bu iş sizdən alınır və verilir Göyçay Rayon Mərkəzi Xəstəxanasına. Əlillik dərəcəsi almaq istəyən ucarlılar həfənin 3-cü günü Göyçay xəstəxanasına müraciət etməlidirlər. Yəni artıq biz baxmırıq bu işə”.

Göyçay Rayon Mərkəzi Xəstəxanasından isə bildiriblər ki, ailə 3-cü gün saat 12-də bütün sənədləri ilə birlikdə xəstəxanaya müraciət etsin: "Biz baxaq, araşdıraq, həqiqətən xəstəliyi varsa və ona əlillik dərəcəsi düşürsə, mütləq həll ediləcək. Ancaq əvvəlcə ailə xəstəxanaya gəlməli, müraciət etməlidir. 3-cü gün komissiya günüdür və həkimlər xəstəxanada olur. Elə müayinə etmək imkanı da olar”..
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun