Masallıda narazılıq yaradan kimdir? - GİLEY
Bolge
Oxunub: 403
11 in 2021 | 17:47
Masallıda narazılıq yaradan kimdir? - GİLEY


Masallı rayon Ərkivan qəsəbəsinin sakini, meşə təsərrüfatı mütəxəssisi Atakişiyev Namiq Balağa oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin sabiq direktoru Ağaqardaş Qaraşovun himayəsi altında çalışan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi rəhbərliyinin ona qarşı qərəzli münasibətindən şikayətçidir.
Namiq Atakişiyev 1991- ci ildə Rusiya Federasiyasının Voronej şəhərində Meşə Təsərrüfatı İnstitutunu mühəndis - mexanik ixtisası üzrə bitirib.1993 - cü ildə Qarabağ uğrunda aparılan müharibədə Murovdağdakı savaşlarda iştirak edib. 2 - ci qrup Qarabağ müharibəsi əlilidir. İxtisasına uyğun olaraq 2000 - ci ilin oktyabr ayından etibarən Masallı Meşə Təsərrüfatı İdarəsində işləməyə başlayıb və müxtəlif vəzifələri icra edib. 01 aprel 2015 - ci ildən 2018 - ci ilin oktyabr ayına kimi Xüsusi vəsait üzrə mühasib vəzifəsində işləyib. 2018 -ci il oktyabr ayının 1- də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin "b" bəndinə əsasən işdən azad edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin və Masallı Meşə Təsərrüfatı Mərkəzinin rəhbərlikləri ali təhsilli mütəxəssis olmasını, Qarabağ müharibəsi əlili və veteranı olaraq dövlətin ona verdiyi imtiyazları nəzərə almamış, mövcud qanunvericiliyə zidd olaraq onun hüquqlarını kobud şəkildə pozmuşlar. Üzləşdiyi haqsızlıqla bağlı ölkə Prezidenti İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə və Masallı rayon İcra Hakimiyyətinin sabiq Başçısı Rafil Hüseynova müraciətlər etsə də Masallının "meşə legionerləri" onun yenidən işlə təmin olunmasına imkan verməmişlər. Sadəcə olaraq, yerli hakimiyyət orqanlarının səlahiyyət sahibləri meşələri nüfuz dairələrində saxlayan "işgüzar qrupların" maraqlarına xidmət edərək Namiq Atakişiyevin pozulmuş hüquqlarının bərpa olunmasına biganə münasibət göstərmişlər. İşdən qanunsuz olaraq azad edilməsindən 2 il keçdikdən sonra Masallı rayon İHB -nın müavini Adəm Məhərrəmovun imzası ilə 30 iyul 2020- ci il tarixdə ona göndərilən məktubda bildirilir ki, pozulmuş hüquqlarının bərpa edilməsindən ötrü Masallı Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyindən məhkəməyə müraciət edə bilər. Namiq Atakişiyev təəssüf edir ki ,Adəm Məhərrəmovun göndərdiyi "tövsiyyə" məktubu məsuliyyətdən yayınmağa təşəbbüs, səriştəsizlik , insan hüquqlarına aşkar hörmətsizlikdir. Namiq Atakişiyev bildirir ki, onunla eyni vaxtda struktur islahatına görə ixtisara salınan ali təhsili olmayan mühəndis, Ağaqardaş Qaraşovun qudası Adil Quliyev, iqtisadçı Şükürov Ayaz, yanğın keşikçiləri - Qılıncov Faiq və Nuriyev Rəvan yenidən həmin vəzifələrinə işə bərpa ediliblər. Ağaqardaş Qaraşovun yeznəsi, Adil Quliyevin oğlu Sadiq Quliyev özəl şirkətdə işlədiyi halda , Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində də mühasib kimi qeydiyyatdadır.
Mərkəzin direktoru Adəm İsmiyev Namiq Atakişiyevə fəhlə kimi işləməyi də rəva görmür. Halbuki, ali təhsilləri olmayan, 2011 - ci ildə Əmək Məcəlləsinin 70 - ci maddəsinin "c" bəndi ilə işdən azad olunan iki nəfər - Abturab Bağırov meşə mühafizə mühəndisi, Oqtay Tağıyev isə meşəbəyi vəzifəsində işləyir. Adəm İsmiyev Meşə Təsərrüfatı Mərkəzinin ali təhsilli kadrlar üçün vakant iş yerləri barədə Məşğulluq Mərkəzinə məlumat vermir və ya məlumatları gizlədir. Meşə Təsərrüfatı mütəxəssisi və ali təhsili olmayan adamlar rəhbər vəzifələrdə çalışırlar. Namiq Atakişiyev bildirdi ki, Adəm İsmiyev də meşə təsərrüfatı sahəsində mütəxəssis deyil. Namiq Atakişiyev pozulmuş hüquqlarının bərpa edilməsinə kömək göstərmələri üçün Milli Məclisdə Masallını təmsil edən deputatlara və rayon İHB -sı Şahin Məmmədova da müraciət etmişdir. Lakin ərizə və şikayətləri araşdırılmamışdır. Namiq Atakişiyev Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi rəhbərliyinin 01 oktyabr 2018 - ci ildə onu qanunsuz olaraq işdən azad etməsi ilə bağlı 2021 - ci ilin fevral ayında Masallı rayon Məhkəməsinə İddia ərizəsi ilə müraciət edib. Masallı rayon Məhkəməsinin hakimi Habil Bəhmənov 15 aprel 2021 -ci il tarixdə qəbul etdiyi Qətnamə ilə onun iddiasını rədd etmişdir. O, həmin qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayət ərizəsi yazıb. Namiq Atakişiyev müstəqil media orqanlarından və insan hüquqlarını müdafiə təşkilatlarından müraciətlərinə dəstək verilməsini xahiş edir. //gundelik-baku.com//
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan