Ağcabədidə büdcə pullarına ŞƏRİK OLAN MƏMUR... - İTTİHAM
Bolge
Oxunub: 345
31 may 2021 | 17:23
Ağcabədidə büdcə pullarına ŞƏRİK OLAN MƏMUR... - İTTİHAM


Dəryaz qəzetinin redaksiyasına məlumat verən mənbə onu bildirir ki, Ağcabədi rayon 33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Hüseynov ötən əsrin 90-cı illərində dövlət əmlakını mənimsəmə ittihamı ilə məhbəs həyatı yaşayıb. Sonradan cismi türmədən azad olsa da, ruhu şeytandan qurtula bilməyib. Hansısa kanallarla avtoyol təsərrüfatına “xod” tapıb və 33 saylı Yİİ-nə qənim kəsilib. Görünür, azadlıqdan məhrum olunma cəzası onu islah etmədiyindən, cəmiyyətdən təcrid edildiyi müddətdə itirdiklərini qısa müddətdə kompensasiya etmək üçün iki-üç qat artıq səylə çalışıb, köhnə metodla işdəycələrini davam etdirərək, nəhayətsiz kapitala yiyələnib. Ağdam yolunun üstündə özünə yanacaqdoldurma məntəqəsi, asfalt zavodu, karxanalar açıb, Bakıda “novostroykalarda” bir neçə mənzil alıb, Binəqədidə böyük ticarət mərkəzi inşa etdirib icarəyə verib, özünə və korrupsiya ortağı olan oğlu Fərid Cavadova bahalı avtomobillər kolleksiyası yığıb. Sözsüz ki, siyahısı natamam olan bütün bu sadaladığımız daşınar və daşınmaz əmlakı idarə rəisinin quru maaşla aldığını düşünmək sadəlövhlük olar.

33 saylı Yİİ-nin demək olar bütün tender və kotirovkalarının bir qayda olaraq daimi “qalibi” Vidadinin oğluna məxsus, 10 manatlıq nizamnamə kapitalı ilə yaradılmış “Fərid Ağcabədi” MMC-dir. Belə çıxır ki, Yİİ-nin sifarişini həmin firmaya “pas etməklə”, yaxud, idarənin texnikasını firmaya “icarəyə” verməklə Vidadi Hüseynov özü — özü ilə müqavilə bağlayır, dövlət vəsaitini sağ cibindən çıxarıb sol cibinə qoyur. Həmçinin, V.Hüseynovun rəhbərlik etdiyi idarənin ştat cədvəlində adı olan “ölü canlar”ın maaş kartlarını özündə saxladığı da bildirilir.

Bir müddət əvvəl isə söz yayılmışdı ki, Vidadiyə məxsus Qarqarçay üzərindəki karyerdəki quyulardan birinə iki azyaşlı uşaq düşüb. Amma uşaqların ölüm faktını Vidadi Hüseynov ört-basdır etməyə nail olub. Məsələdən xəbər tutan əhali etiraz edərək, idarə müdirindən ya karyeri bağlamağını, ya da təhlükəsizlik qaydalarını gücləndirməyi tələb ediblərsə də, hərçənd bu haqlı tələbə məhəl qoyan olmayıb.

Hadisə ilə bağlı verilən məlumatlarda bildirilirdi ki, dövlət qeydiyyatı olmayan həmin karyerdən idarə müdiri 24 saat dayanmadan qum və çınqıl çıxartdıraraq, satmaqla məşğuldur. Nəticədə, qazıntılar zamanı əmələ gələn böyük çalalara Qarqarçayın suyu dolur və ərazidə çoxlu sayda dərin gölməçələr əmələ gəlib.

Bütün bu məsələlərlə bağlı V.Hüseynovla telefon əlaqəsi saxlamaq, mövqeyini öyrənmək istədikdə zəngimizi cavablamadı. Suallarımızı onun vatsap nömrəsinə mesaj kimi göndərdikdə isə, nömrəmizi bloka saldı.

Maraqlıdır, görəsən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri hörmətli Saleh Məmmədovun islaholunmaz kadr Vidadi Hüseynovu vəzifədə saxlamaqda məqsədi nədir? Cavabını gözləyən əsas sual elə budur.

Deryaz.az
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”