"Torpaq sahəmi əlimdən alıblar..." - GİLEY
Bolge
Oxunub: 407
31 may 2021 | 18:20
"Torpaq sahəmi əlimdən alıblar..." - GİLEY


Qax rayonunun Əmircan kənd sakini Elşən Mahmudlu ailəsinə məxsus pay torpaq sahəsinin ələ keçirildiyini iddia edir. Deyir ki, əmlakının zəbt olunması bir yana, üstəlik, təzyiqlərə məruz qalır.

DİA.AZ-ın məlumatına görə, Elşən Mahmudlu danışır ki, 1998-2000-ci illərdə Qax rayon Aqrar-İslahat Komissiyası atası Hacıvəli Mahmudova iki dəfə pay torpaq sahəsi verib. Ailə əvvəlcə 1.1, sonra isə 0.71 hektar əraziyə sahib çıxıb. İlk dəfə verilən topaq sahəsi üçün dövlət aktı, çıxarış almaq mümkün olub. Amma ikinci islahat zamanı ərazi ilə bağlı boşluq yaranıb. Sonradan Elşən Mahmudlunun bələdiyyədən aldığı sənəddə də bu məqam əksini tapıb. Əslində, Mahmudovlar ailəsinə ümumilikdə 2.64 hektar ərazi verilməliymiş.

“Biz torpaqdan 2011-ci ilə qədər istifadə eləmişik. 2011-ci ildə rayonun baytar həkimi kimi tanıdığımız, indi “Uludağ” turizm kompleksinin rəhbəri olan Zabit Əhmədov gəldi, fermer tərəsərrüfatı yaratmaq istədiyini dedi. Adamlardan torpaq sahələri almağa başladı. Bunu da müəyyən təzyiqlərlə həyata keçirdi. Təxminən 70-80 hektar torpaq sahəsi aldı. Mən məcbur olub 1.09 hektar torpaq sahəsini ona satdım. O da ümumi sahəni çəpərlədi”.

Elşən Mahmudlu deyir ki, problemlər də bundan sonra yaranıb. Əmircan sakininin iddiasına görə, Zabit Əhmədov fermer təsərrüfatındakı mal-qarasını onun torpaq sahəsində otarmağa başlayıb: “Neçə dəfə çağırıb çobanlarına dedim ki, bura atamın yeridi, heyvanları başqa yerə aparın. Dedilər, yaxşı. Beş-on gün sonra gedəndən sonra it əlindən ora heç yaxınlaşmaq mümkün olmadığını gördüm. Zabit Əhmədova zəng vurub dedim ki, mənim torpağıma əl vurmayın. Dedi ki, get, sənəd gətir. Ona belə səlahiyyəti olmadığını başa salmağa çalışdım. Alınmadı. Bundan sonra məhkəməyə müraciət elədim. Amma üz tutduğum Şəki İnzibati-İqtisad Məhkəməsi bu işə baxmadı. Yalnız şifahi dedilər ki, Aqrar-İslahat Komissiyasının arxivlərində torpağın sənin adına olması əksini tapıb. Məsləhət gördülər ki, bələdiyyədən arayış alıb kadastr xidmətinə təqdim edim, çıxarış alım”.

Elşən Mahmudlu ikinci islahat zamanı əldə etdikləri torpağa çıxarış almaq üçün çox çalışıb. Təkcə bələdiyyə sədri Sahil İsrafilovdan arayış almaq iki il çəkib. Kənd sakini bu müddətdə vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasına müraciət edib. Cavab məktublarında yerli icra strukturlarından vətəndaşa kömək etmək tövsiyə olunub: “Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bir dəfə kəndimizə gələndə onunla üz-üzə söhbət elədim. İcra nümayəndəsi İsmayıl Qasımova göstəriş verdi ki, get, vətəndaşın torpağını ölçüb-biçib ver. Getdik əraziyə. İcra nümayəndəsi dedi ki, torpaq sənindi, get istifadə elə. Onda bələdiyyə sədri artıq vəzifəsindən imtina eləmişdi. Çünki ondan prokurorluğa çoxlu şikayətlər olmuşdu. İcra nümayəndəsinin sözündən sonra mən traktor götürüb ora getdim. Əlimdə torpaq sahəsinin mənə aid olduğuna dair arayış vardı. Gedib görürəm ki, fermanın briqadiri traktorla ot biçir. Bu şəxs də Zabit Əhmədovun qohumudu. O da məndən sənəd tələb elədi. Briqadir mənə şillə vurdu, təhqir elədi. Bundan Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət elədim...”

Elşən Mahmudlu deyir ki, Zabit Əhmədov topaq sahəsini 3 il əvvəl Zaqatalanın Bəhmətli kənd Ruslan Məmmədova satıb. Fermanın sahibi də odur: “Hadisədən sonra şikayətimiz Qax rayon Polis Şöbəsində araşdırılır. Şöbənin rəis müavini anamla məni qəbul elədi. Bizi polis əməkdaşı ilə birlikdə əraziyə göndərdi. Tapşırdı ki, bizim ərazidə ət biçməyimizə şərait yaradılsın. Qarşı tərəf bizə problem yaratmasın. Təsəvvür edin, Ruslan Məmmədov gəlib elə polisin gözü qarşısında gəlib bizi hədələdi”.

"Torpaq sahəmi əlimdən alıblar..." - GİLEY
"Torpaq sahəmi əlimdən alıblar..." - GİLEY
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”