Həbs olunan başçının müavini şəhid ailəsini təhqir edibmiş - “Bilmək istəyirik ki, bu adam bizi ora təhqir etməyə çağırıb?”
Bolge
Oxunub: 396
21 may 2021 | 18:50
Həbs olunan başçının müavini şəhid ailəsini təhqir edibmiş - “Bilmək istəyirik ki, bu adam bizi ora təhqir etməyə çağırıb?”


Şəmkirin Ələsgərli kənd sakini, şəhid Zaur Nəbiyevin anası Lamiyə Nəbiyeva rayonun həbs edilən başçısı Alimpaşa Məmmədovun birinci müavini Qüdrət Nəbiyev tərəfindən təhqir olunduğunu iddia edir.

Redaksiyamıza təqdim olunan videoda Lamiyə Nəbiyeva deyir ki, övladı şəhid olandan sonra özü və digər övladları stress keçiriblər. Buna görə də Bakıda xəstəxanalardan birində müalicə olunublar. Həmin vaxt Şəmkir Rayon İcra Hakimiyyətindən dəfələrlə onunla əlaqə saxlayıblar. Ailəyə baş çəkmək istədiklərini deyiblər.

“İcra nümayəndəsi dəfələrlə zəng edirdi. İcra hakimiyyətində işləyən Tural müəllim dəfələrlə əlaqə saxlayırdı. Biz Şəmkirə qayıdandan sonra Tural müəllim 1 bağlama ilə gəldi, içində vermişel, makaron, yağ vardı. Evin qəzalı vəziyyətdə olduğunu gördülər. Mən kimsədən ev istəməmişəm. Uşağımın dərdi başımdan aşırdı. İcra nümayəndəsini göndərdilər, gəldi kağız verdi, dedi ki, təcili olaraq 3 gün ərzində evi tərk edin. Mən də dedim ki, Tural müəllim, hara tərk edək, hara gedək? Cavab vermədilər. Mənə ardıcıl zəng edib icra hakimiyyətinə çağırırdılar, deyirdilər ki, icra başçısı sizinlə görüşmək istəyir. Bir qohumuma zəng elədilər, o da zəng edib dedi ki, get bax nə deyirlər. Mən də getdim. Məni Alimpaşa Məmmədov deyil, 1-ci müavini Qüdrət Nəbiyev qəbul elədi. Tural isə mənə deyirdi ki, səni başçının qəbuluna aparıram. Otağa girəndə şalvarını çəkə-çəkə, əllərini ova-ova, ayağını ayağının üstünə qoyub ”mən pis adamam ki" yüksək səslə qışqırırdı. Deyirdi ki, başçı hər an dəyişə bilər, hər an gedə bilər, amma mən buradayam, mən sizin probleməri həll edəcəyəm. Sual etdi ki, nədir probleminiz? Dedim ki, mənim 18 yaşlı oğlum şəhid olub, bir yadigarı belə qalmayıb.

Onun adına Şəmkirdə bir küçə verin, onun adı yaşasın. Bunu istəyirəm. Hətta onu da dedim ki, bir bulaq çəkilsin, tikilsin, onun xərcini də özüm ödəyərəm. Birini çağırdı, dedi ki, get yaz. Sonra bildim ki, Qüdrət Nəbiyev 1 həftə əvvəldən başçının müavinliyindən çıxarılıb, təhsil şöbəsinin müdiri təyin olunub. Başladı ki, “sizin evinizin vəziyyətini görürəm, az qala deyim ki, gəlin bizim evdə yaşayın”. Bir tikinti şirkəti ilə uzun-uzadı danışıb “bunlara ev tikə bilərsənmi” dedi. Ardından da qızımdan soruşdu ki, işləyirsənmi. Qızım "Mən hərbiyə düzəlmək istəyirəm" dedi. Qüdrət Nəbiyev qızıma dedi ki, “Sənin qardaşın nə iş görə bildi ki, sən də gedib neyləyəsən? Uzağı gedəcəksən Kəlbəcərə, azərbaycanlı qadınların gündə birini əsir aparırlar, səni də əsir apara bilərlər. 1 aydan sonra minaya düşəcəksən, ya da orada ”voyenni" oğlanlar bilirsən hərbçi qızlara sataşır. Sonra da dedi ki, “sən də, anan da ərə gedin, bütün problemləriniz həll olunsun”. Qızım qalxıb cavabını vermək istədi, qoymadım. Bilmək istəyirik ki, bu adam bizi ora təhqir etməyə çağırıb?"

Şəhid anası baş verənləri özünə təhqir kimi qəbul edir və ölçü götürülməsini istəyir.

Yada salaq ki, Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir. Dövlət Təhlükəsizliyi Xidməti Şəmkir Rayon İcra Hakimiyyətində qurumun vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirib.

Yazıda adı hallanan Qüdrət Nəbiyevlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Bununla belə, onu da dinləməyə hazırıq.
“Yeni Müsavat”
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh