Göyçayda əməlli-başlı talançılıq var... - GİLEY
Bolge
Oxunub: 385
20 may 2021 | 19:44
Göyçayda əməlli-başlı talançılıq var... - GİLEY


Göyçay rayonu Çərəkə kənd sakini Kərimov Samir Adil oğlu tərəfindən
ŞİKAYƏT MƏKTUBU
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən "ATF" MMC və 17 saylı Yol İstismar İdarəsinin rəhbəri dövlət əmlakını və vəsaitirini talan edirlər.
Belə ki, "ATF" MMC Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olur.Bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar.Şirkətin adıda onların adlarının baş həriflərinin birləşməsindən yaradıblar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsi altında yaranmış bu şirkət nəinki Göyçayda həttda Azərbaycanın müxtəlif yerlərində İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman kəndlərində, Göranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görürlər.
Yol tikintisi üçün ayrılan milyonlarla manatı rahat şəkildə talan etmək üçün Saleh Məmmədovun saxta tender oyunlarını demək olar ki, ancaq "ATF" MMC şirkəti udur.
Həttda iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxardıb yerinə"ATF" MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehranı ora müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları "ATF" MMC-nin tenderdə udub apardığı yol tikintisi işlərinə qanunsuz olaraq cəlb edilmişdir.Bu isə korrupsiya cinayətidir ki, başında Saleh Məmmədov dayanıb.
Mən 03 dekabr 2013-cü il tarixdən 17 saylı Yol İstismarı İdarəsində sürücü vəzifəsində işləmişəm.İşimdə heç vaxt nöqsana yol verməmişəm, verilən tapşırıqları layiqincə yerinə yetirmişəm. ."ATF" MMC-nin İsmayıllı rayonunun Basqal kəndində apardığı yol tikintisi işlərinə cəlb edilsəmdə yüksək qan təzyiqinə görə orada işləyə bilmədiyim üçün Tehran Muradov 31 avqust 2020-ci il tarixdə qanunsuz olaraq Əmək Məcəlləsinin 70 -ci maddəsinin "Ç" bəndi ilə məni işdən çıxarmışdır.Ancaq əmək məcəlləsinin tələblərinə görə mənə son haqq-hesab pulu ödənilməli olsada indiyə qədər verilməmişdir.
Bu isə cinayət əməlidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsi altında 17 saylı Yol İstismarı İdarəsinin müdiri Tehran Muradov həyata keçirir. Mənim son haqq-hesab pulumun ödənilməməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdim.Bundan sonra nazirliiik mənə cavab verib bildirdi ki, sizə qarşı qanunsuzluq edilib, qanuna müvafiq qaydada tədbir görüləcək.Ancaq heç bir tədbir görülmədi.Çünki Muradovlar nəslinin gücü qanunlardan üstün tutulur. 17 saylı Yol İstismarı İdarəsində texnikalar xarab olanda onu sürücü öz vəsaiti hesabına təmir etdirir.Dövlətin bunun üçün ayırdığı vəsaiti isə Tehran Muradov talan edir.
Hansı qanuna əsasən dövlətin idarəsi olan 17 saylı Yİİ-nin teknikaları "ATF" MMC-nin apardığı yol tikintisi işlərinə cəlb edilib ?
Hansı yüksək göstəricilərə görə bir çox yerlərdə yol tikinti işlərinin tenderini ancaq "ATF" MMC udur yayihəni icrasını həyata keçirir ?
Ağdaş, Ucar, İsmayıllı, Göyçay, Yevlax, Balakən, Zaqatala, Şəki və sairə rayonlarda "ATF" MMC tərəfindən çəkilmiş yollar tez bir zamanda bərbad vəziyyətə düşmüşdür.Belə nümunələr soxlusaydadaır ki, şikayətim yerində araşdırılan zaman göstərəcəyəm..
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən "ATF" MMC-nin rəhbərliyi Muradov qardaşları işçilərin əməyini istismar edir onların pulunu kəsirlər, gün ərzində 15 -16 saat işlədilirlər.Həttda şənbə və bazar günləridə işçilər işə cəlb edilirlər.Mənim kimi etiraz edənlər isə qanunsuz işdən çıxarılır və həttda son-haqq hesab pulu ödənilmir.
Qeyd edim ki, qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olundu. Və rəhbərlikdə onu qardaşı Azad əvəzlədi.
"ATF" MMC nin təsisçiləri olan Muradov qardaşları Azərbaycan Respublikasının dövlət büdcəsini talan etməklə milyonlara sahib olublar.Onlara məxsus Bakı şəhərində, Göyçay, İsmayıllı, Qəbələ və digər rayonlarda Yanacaq Doldurma Məntəqələri, ticarət obyektləri, şadlıq evləri və villalar var.
Bütün bunlar isə Saleh Məmmədovun himayəsi altında edilib nəticədə isə dövlətin büdcəsi talan olunub, inşa edilmiş yollar az bir zamanda bərbad vəziyyətə düşüb, insanların əməyi istismar edilib.
Prezident İlham Əliyevin tapşırığı əsasında respublikada korrupsiyaya qarşı mübarizə genişləndiyi vaxtda Saleh Məmmədovun himayəsi altında "ATF" MMC-nin rəhbərliyi və 17 saylı Yİİ-nin rəhbəri Tehran Muradov korrupsiya əməllərini dahada genişləndiriblər.
Muradov qardaşları etdikləri qanunsuzluqlara görə şikayət edəcəyim təqdirdə məni narkotika ilə şərlətdirib tutduracaqları ilə hədələyirlər.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Fuad Heydərovdan xahiş edirəm dövlət vəsaitini talan edən, insanların əmək hüquqlarını pozan, istismar edən bu vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görəsiniz.
Əalqə telefonu; (050) 822-00-23
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh