Qazimiz günlərdir ac-yalavac küçələrdə dolaşır... - İcra Hakimiyyəti isə ona torpaq satmaq istəyir
Bolge
Oxunub: 652
19 may 2021 | 20:23
Qazimiz günlərdir ac-yalavac küçələrdə dolaşır... - İcra Hakimiyyəti isə ona torpaq satmaq istəyir


Ağcabədi rayonu, Hüslü kənd sakini, II Qarabağ Müharibəsi Qazisi Elçin Verdiyev çarəsiz durumda qalıb. JAMAZ.İNFO xəbər verir ki, Verdiyev müharibədə kəllə-beyin travması alıb və bu səbəbdən də bir müddət Maştağada yerləşən Ruhi-Əəsəb Dispanserində müalicə olunub.

Qeyd edək ki, Qazimiz hazırda valideynləri ilə birgə yaşamır və özünə kirayə ev tutub. Lakin işsiz qalan Verdiyev evin kirayəsini ödəyə bilmədiyi üçün oradan çıxmaq məcburiyyətində qalıb. Üstəlik, onun çörək almağa belə imkanı yoxdur.

JAMAZ.İNFO xəbər verir ki, Elçin Verdiyev işlə təmin olunmaq üçün əvvəlcə Ağcabədi rayon İcra Hakimiyyətinə müraciət edib. Oradan bildiriblər ki, ona aylıq 150 manat müqabilində süpürgəçi işi verə bilərlər. Qəribə olan odur ki, kontuziya almış birinə yayın istisində, qışın soyuğunda yer süpürtdürməyi rəva bilən İcra Hakimiyyəti hansı məntiqə əsaslanıb? Qazimizin aldığı xəsrətdən dolayı iş vaxtı vəziyyəti pisləşərsə, buna kim cavabdehlik daşıyacaq? Digər tərəfdən, aylıq 150 manat maaşla Elçin Verdiyev evinin kirayə haqqını ödəsin, dərmanlarını alsın, yoxsa ən azı gündəlik qidalanmasını təmin etsin?

Qazimiz günlərdir ac-yalavac küçələrdə dolaşır... - İcra Hakimiyyəti isə ona torpaq satmaq istəyir


Ağcabədi İcra Hakimiyyəti ayıbına kor olmaq yerinə Elçin Verdiyevə daha bir təklif verib. Bu dəfə ona bildiriblər ki, rayonda qaziyə 2 sot torpaq veriləcək. Amma həmin torpağın sənədləşdirilməsi üçün hər sotuna 150 manat pul lazımdır. Yəni, ara yerdə İcra Hakimiyyəti 300 manat qazanmağa çalışır. Sual eləmək lazımdır ki, Qarabağda döyüşmüş və imkansızlıqdan dad çəkən bir qazi 300 manat pulu hardan tapsın? Digər tərəfədən, Ağcabədi İcra Hakimiyyətində müftəyeyənlərdən heç birinin 300 manatı yoxdur ki, bu xərci qarşılasın? Və ya rayonda qazimizə aylıq 300-400 manat civarında maaşı olan iş yoxdurmu? Təbii ki, sualların cavabı var, lakin İcra Hakimiyyəti onu cavablandırmaz. Çünki bu, onların marağında deyil.

Bildirək ki, Elçin Verdiyevlə bağlı Ağcabədi rayonundan deputat seçilmiş Tahir Rzayevlə də əlaqə saxlanılıb. Deputatın köməkçisi Eldar Məmmədov qaziyə yardım edəcəyini desə də, sözünün üzərində durmayıb.

JAMAZ.İNFO xəbər verir ki, hal hazırda Elçin Verdiyev bir neçə gündür ac-yalavac küçələri dolanır. Ara-sıra səhhətinin pisləşdiyi də deyilir. Günün birində, Allah iraq eləsin, Elçin də özünə qəsd eləsə, bunun günahını kim daşıyacaq? “Daha bir qazimiz intihar etdi” xəbəri yayılanda, kimlər məsuliyyət daşıyacaq?

Xatırladaq ki, Ağcabədinin icra başçısı Rafil Hüseynovdur. İcra başçısının adı indiyə qədər bir çox qalmaqallarda hallanıb. Lakin prezidentin köməkçisi Kərəm Həsənovun əməyi sayəsində hər dəfə işlərin içindən sıyırıb. Hüseynovun oğlu Şəhriyarın da adı dəfələrlə qalmaqallara qarışıb. Onun Masallıda bir sıra hadisələrə səbəb olması, xaricdə külli miqdarda pul qazanması, hətta özünün Facebook hesabında “Gündə 3000 manat pul xərclərimi qarşılamır” yazması, ən sonda isə polisdən qovulması bunlardan bir neçəsidir. Görünür, Rafil Hüseynov oğlunun xərclərini qarşılaya bilmədiyi üçün Qazimizin problemini həll etməyə vaxt tapmır. Elə ara yerdə kontuziya almış bir döyüşçüyə sotu 150 manatdan torpaq satmaq istəyib.

P.S. Qarabağ Qazisi Elçin Verdiyevə kömək etmək məqsədi ilə bank kartının fotosunu yayırıq. Çarəmiz yoxdur, Qazimizə özümüz köməklik göstərməliyik.

Qazimiz günlərdir ac-yalavac küçələrdə dolaşır... - İcra Hakimiyyəti isə ona torpaq satmaq istəyir
Qazimiz günlərdir ac-yalavac küçələrdə dolaşır... - İcra Hakimiyyəti isə ona torpaq satmaq istəyir
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh