Adil Vəliyev Sabunçuda “rüzigar əsdirir” - Biznesmen, yoxsa icra başçısı?
Bolge
Oxunub: 504
17 may 2021 | 23:39
Adil Vəliyev Sabunçuda “rüzigar əsdirir” - Biznesmen, yoxsa icra başçısı?


Vətəndaşları narazı salan, vəzifəsini korrupsiya vasitəsinə çevirən icra başçılarının “təmizlənməsi” siyasəti davam edir. Amma hələ də icra başçılarından vəzifə borcuna və ümumilikdə prosesə laqeyd yanaşanlar var. Bəziləri ümumiyyətlə, köhnə adətlərindən əl çəkmək haqqında düşünmür.

Hər halda bəzi icra başçılarının özfəaliyyəti bunu deməyə əsas verir. Bu gün ən çox şikayət olunan rayonlar sırasında ilk yerlərdən birini Sabunçu rayonu tutur. Sabunçu rayonuna 9 ildir rəhbərlik edən Adil Vəliyev isə səslənən şikayətlərdən, iradlardan nəticə çıxarmaq əvəzinə, yenə də öz fəaliyyətini davam etdirir.

Adil Vəliyev məmur kreslosuna biznesdən gəlib. 2003-2012-ci illərdə özünün təsis etdiyi “Euro Style” LTD şirkətinin rəhbəri olub. 2012-ci ilin aprel ayında icra başçısı təyin olunub və təsisçisi olduğu şirkəti oğlu Ənvər Vəliyevə “verib”. Təbii ki, şirkətin rəsmi rəhbəri Ənvər Vəliyev olsa da, qərarlar icra başçısı tərəfindən verilir. Bugünlərdə yayılan məlumata görə, “Euro Style” LTD MMC-nin nəzdində olan "Volkswagen Bakı Mərkəzi" fəaliyyətini dayandırıb. Səbəb Almaniyanın "Volkswagen" şirkətinin istehsal etdiyi avtomobilləri İran İslam Respublikasına satması olub. Adil Vəliyev bir icra başçısı kimi fəaliyyətindən daha çox qalmaqallarla gündəmə gəlib.

Hələ 2019-cu ildə onun həbs olunacağı ilə bağlı ciddi iddialar səslənirdi. Söhbət həmin dönəmdə onun “sağ əli” hesab olunan Həbib adlı şəxsin rüşvət alma ittihamı ilə həbs olunması və onun İcra Hakimiyyətindəki otağından 280 min manatın maddi sübut kimi götürlməsindən gedir. Həbs olunan Həbib adlı şəxsə 4 ay istintaq müddəti təyin edilib, amma sonradan Adil Vəliyev böyük səy göstərərək “sağ əlini” dəmir barmaqlıqlar arxasından azad etdirib. Hələ o zaman iddia olunurdu ki, Adil Vəliyev bu işi əslində özünü qorumaq üçün edib.

Görünən odur ki, Adil Vəliyev belə “gedişlərlə” özünü qoruya bilib. Adil Vəliyev Həbibdən sonra özünə qısa zamanda daha bir “tikinti maqnatı” tapdı. Bu dəfə ona Sabunçu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Fərid Məmmədəliyev kömək etməyə başlayıb. Sonradan Fərid Məmmədliyevlə bağlı şikayətlər artdığına görə Adil Vəliyev hədəfə gəlir. Ancaq icra başçısı yenə çevik davranaraq Fərid Məmmədliyevi baş məsləhətçi vəzifəsindən azad edib. Hazırda Fərid Məmmədliyev Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edir. Pandemiya dövründə də Adil Vəliyev gündəmə gəlməyə başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin elan etdiyi günlərdə icra başçısı özünü koronavirus təhlükəsindən qorumaq üçün seçdiyi üsulla digər vəzifə sahiblərindən fərqləndi. Belə ki, o, Mərdəkan qəsəbəsi, Baba Əli küçəsi 4 ünvanında yerləşən və öz adına qeydiyyatda olan bağ evinin qarşısında polis postu qurdurmaqla ölkə gündəminə çevrildi.

Bu məsələ ilə bağlı ən çox səslənən sual isə icra başçısının qiyməti milyonlarla ölçülən bağ evinə necə sahib olması və şəxsi mülkinin qarşısında polis postu qurdurmaq kimi səlahiyyətə sahib olub-olmaması idi. Son günlər isə Adil Vəliyev Sabunçu rayonunun ərazisində yaşayan şəhid ailələri, qazilər və müharibə iştirakçılarına qarşı hörmətsizlik də ittiham olunur. İcra başçısı şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə bağlı İcra Hakimiyyətinin üzərinə düşən vəzifələri icra etmir, onları get-gələ salır.

Qeyd edək ki, Adil Vəliyev məmur statusu daşısa da, onun qeyri-rəsmi bizneslə məşğul olması da sirr deyil. Sabunçu qəsəbəsində 4 hektarlıq ərazidə mərmər sexi, “Sarı gəlin” şadlıq sarayı, “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdəki rəsmi importyoru olan “Euro Style” LTD şirkəti Adil Vəliyevə məxsusdur. Hazırda məmur statusu daşıdığı üçün rəsmi olaraq bu biznesə oğlu Ənvər Vəliyev rəhbərlik etsə də, bütün tapşırıqlar və icazələr birbaşa Adil Vəliyev tərəfindən verilir.

Qeyd edək ki, Ənvər Vəliyev əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu rayon şöbəsinin rəis müavini olub. 2018-ci ilin noyabrda isə DTX rəisi Mədət Quliyev onu tutduğu vəzifəsindən azad edərək sərəncama göndərib.
Cebhe.info
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu