Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Bolge
Oxunub: 521
12 may 2021 | 20:19
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY


Əsli- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Surətləri- Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım M.Əliyevaya

Azərbaycan Respublikasının Baş naziri cənab Ə.Əsədova,

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə,

Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab V. Eyvazova,

Azərbaycan Respublikasının Ekologiya naziri cənab M. Babayevə,

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisinə,

Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab Əli Nağıyevə,

DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə,

Qəbələ rayon İcra Hakimiyyətinin başçısına,

Qəbələ rayon prokuroruna, Qəbələ Rayon Polis Şöbəsi rəisinə,

Ombudsman Aparatının rəhbərinə, Mətbuat orqanı rəhbərlərinə.

Qəbələ rayonun Həmzəli kənd sakini, Qəbələ Reginal Meşə Təsərrüfatı İdarəsinin sabiq meşə gözətçisi Hacıyev Həsrət İsfəndiyar oğlu tərəfindən

Ş İ K A Y Ə T

Çoxhörmətli cənab Prezident İlham Əliyev! Mən, Qəbələ rayonun Həmzəli kəndində yaşayıram.Oğlum Asif Heydərov Qəbələ rayon Meşə Təsəsrrüfatı İdarəsində işləyir.Onun qoruduğu 06 saylı dolayı bir neçə aydır ki, saxta qırma sahəsi adıyla küləvi şəkildə qırır və sonra isə həmin ağacların kötüyünə damqa vururlar. Guya ki. ağaclar qanuni odun üçün kəsilibmiş. Həmin qırılan ərazilərədə bu işi direktor, idərədəki əmək müfəttişi işləyən Kənan Fətullayevə tapşırırdı. Kənan da bir peşəkar olduğu üçün idarəyə təzəcə işə gətirdiyi Elmar adlı qohumunu və idarəyə məxsus UAZ markalı maşını meşənin yanında saxlayaraq URAL və ZİL markalı maşınları ağac kəsib daşımaq üçün meşəyə buraxaraq hər maşın reysi üçün 500 manatdan pul yığdırırlar. Təxmininən son aylarda bu vaxta kimi 220 reys material ( hər URALa ən azı 10 kub m material yığmaqla) tək oğlumun meşəsindən odun adı altında materialı çıxarıb daşıyıb satıblar. Mən dəfələrlə bu işə öz narazılığımı bildirsəm də Kənan və direktor mənə bildirmişlər ki, sənlik deyil, özümüz qaydasına qoyacağıq. Mən meşə sahə müdirinin köməkçisi Özala dedim ki, oğlumun gözətçisi olduğu meşədə qalan bir neçə daqa vurulmamış ağaclara da damqa vurmaq vur. O gecə saatlarında direktorun ( Alim Əlizadə) şoferi Cəsarətlə meşəyə özləri qəsdən maşın buraxıb sonra həmin maşını da özləri saxlayıblar. Guya mənim oğlum bu maşını meşəyə buraxdırıbmış.Amma teatr qurublar. Mən bir peşəkar meşə işçisi kimi yazdıqlarımı tam şəkildə sübut etməyə hər vaxt hazıram. Həm də idarə rəhbərliyi tərəfindən kəsilən hər bir ağac kötüyünü dəqiq göstərməyə hazıram. Bu hal bütün meşələrdə də baş verməkdədir.

Əlavə olaraq onu da qeyd edim ki, müharibədən sonra noyabr ayında biz hamılıqla şəhid olmuş qardaş oğlumun axtarışına başımız qarşıq olduğu zamanda da idarə rəhbərliyinin göstərişilə Həmzəli meşəsində qanunsuz ağac kəsimlərini davam etdirib pul qazanıblar. Dedim ki, axı bu baş qarışıqlığında belə olmaz. O da məlum olmuşdur ki, həmin Kənan Fətəliyev hazırda Oğuz rayon Məhkəməsində davam edən kütləvi ağac kəsimilə bağlı açılan cinayət işi üzrə məhkəməyə cəlb edilmişdir. Belə ki, o Oğuz rayonun Xaçmaz meşəsindən pul verib 2 nəfərə kəsdirdiyi 29 yekə diametrli fısdıq ağaclarıilə bağlı başlanan cinayət işinə cəlb olunub. Yəni bu adam əhbərinin tapşırığı əsasında bütün region meşələrində qanunsuz ağac kəsdirib satmaqla pul qazanmaqla nəticədə dövlətə külli miqdarda ziyan vurmaqla məşğuldur. Və maraqlıdır ki, bu dəstə Bakıdakı adamlarına güvənib heç nədən qorxmurlar. Çox arxayındırlar. Belə olmasaydı əvvəl də qanusuz ağac kəsilməsinə görə etdiyim şikayətə Nazirlik heç bir cavab vermədi. Yəni əlbirdirlər.Belə olmasaydı 220 reys maşın ağac daşınan ərazidə Nazirliyin inspektorları hər dəfə 06 saylı dolaya gəlib heç bir ağac kəsintisnə rast gəlmədikləri barədə yalan məlumat veriblər.Və qarşılığında rüşvətlərini alıb gediblər.

Cənab Prezident Sizdən xahiş edirəm ki, hazırda istintaqı aparılan Qəbələ Regional Meşə Təsərrüfatı direktoru olmuş İlqar Qəribovun yolunu davam etdirən tör-töküntü dəstəsinin də çoxsaylı ağac kəsimləri hesabına milyonlarla pul qazanan cinayətkarların və himayədarlarının da cəzalanmasına göstəriş verəsiniz.

Qoşmalar: Meşədən maşınla çıxarılan qanunsuz daşınan materialların reys və tarix siyahıları. Fotolar.

İmza: Hacıyev H.İ. 08 may 2021. Mob. 070-835 07 77.

Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Qəbələdə narazılıq yaradan kimdir? - GİLEY
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu