Quba bələdiyyəsindən şikayət var - “Kim danışır, hədələyirlər...”
Bolge
Oxunub: 442
5 may 2021 | 18:20
Quba bələdiyyəsindən şikayət var - “Kim danışır, hədələyirlər...”


Qubanın Dəvədabanı kəndi ərazisində Quba bələdiyyəsi “Xan arxı” deyilən arxın axarını dəyişib. Bundan başqa, səki, su, kanalizasiya xətlərinin üstündə və yüksək gərginlikli elektrik naqillərinin altında yerləşən torpaq sahələrini də ayrı-ayrı şəxslərə ayırıb.

Dəvədabanı yaşayış massivinin sakini Əzizə Bağırova deyir ki, baş verən qanunsuzluqlarla bağlı bir çox ünvanlara üz tutub, lakin nəticə yoxdur. O, baş verən qanunsuzluqlarda Quba bələdiyyəsinin sədri Himayə Məmmədovanı günahlandırır: “Düz həyətimin qarşısında az qala yolu bağlayıb Quba şəhər sovetində işləyən Ədalət Quliyevaya torpaq ayırıblar. Təsəvvür edin ki, torpaq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağının altındadır. Su, kanalizasiya xətlərinin isə üstündədir. Piyada yolu da düz o torpağın ərazisinə düşür. Mənim həyətimə gedib-gəlmək də müşkülə çevrilib. Eni 4 metr ola bir yol qoyublar. Ədalət Quliyevə deyirəm ki, sadaladığım səbəblərdən bu torpaq kimsəyə ayrıla bilməzdi. Cavab verir ki, ”mənim nəyimə lazımdır, bələdiyyə satıb, mən də almışam". Biz soruşanda isə bələdiyyə cavab verir ki, xəbərmiz yoxdu. Lakin bələdiyyə sədrinin köməkçisi Azad Daşdəmirov mənə deyir ki, mən vermişəm, əcəb eləmişəm, qaziyə vermişəm. Müharibə oldu, övladlarımız ermənidən torpağı almaq üçün canlarından keçdilər, qazi oldular. Təsəvvür edin ki, bu adamlar indi Vətən uğrunda can qoyan övladlarımızın adından danışır, onların statuslarını önə çəkib öz qanunsuzluqlarını ört-basdır edirlər. Mən ədliyyə naziri Fikrət Məmmədovdan, ölkə rəhbərliyindən xahiş edirəm ki, Quba bələdiyyəsinin törətdiyi qanunsuzluqların araşdırılmasına göstəriş versinlər".

Əzizə Bağırova deyir ki, müvafiq orqanlara baş verən qanunsuzluqlarla bağlı şikayət edib, lakin heç bir nəticə olmayıb: “Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Qədir Paşayevə də baş verən qanunsuzluq haqda yazdım. Quba Rayon Prokurorluğuna da, Quba Polis Şöbəsinə də müraciət edib qanunsuzluğu dayandırmağı xahiş etdim. Kimsə Quba bələdiyyəsinin sədri Himayə Məmmədovaya söz demir. Himayə Məmmədova bələdiyyə sədri olandan sonra Qubadan olmayan, özünün dost-qohumunu bələdiyyəyə yerləşdirib. Oğlunun dostlarını bələdiyyə üzvü edib. Bahar Həsənova, müavini Əlövsət Ağarəhimov Qubada ”bunt" hazırlayırlar. Kim danışır, hədələyirlər. Qapımın ağzına dəmir basdırıb həmin yerin koordinatlarını müəyyən ediblər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Kamil mənə deyir ki, sizin üçün 4 metr yol qoyuruq. O ərazidən su, kanalizasiya xətləri keçir. Soruşuram ki, burada ev tiksələr, özül atmaq üçün qazıntı aparsalar, su, kanalizasiya xətləri necə olacaq? Mən tikinti aparmaq istəsəm, həyətimə maşın necə keçəcək? Dəvədabanıda Xan arxının axarını dəyişiblər. Orada park salıblar. Soruşuruq ki, suyu kəsdiz, bəs əkdiyimiz tərəvəz məhsullarını necə sulayaq? Necə dolanaq? Kimsənin vecinə deyil. Qubann icra başçısı Ziyəddin Əliyevin qəbuluna getdim, qəbul etmədi. Dərdimizi kimə deyək bilmirik, Dəvədabanıda zülm ərşə qalxır".

Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.
“Yeni Müsavat”
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü