NIYƏ TAHIR YUSIFOV ADLI ŞƏXSIN ÖLÜM XƏBƏRI ÇIXANDA SALYANLILAR SEVINMIŞDILƏR
Bolge
Oxunub: 471
5 may 2021 | 19:21
NIYƏ TAHIR YUSIFOV ADLI ŞƏXSIN ÖLÜM XƏBƏRI ÇIXANDA SALYANLILAR SEVINMIŞDILƏR


ALLAHA acıq getməsin, üç ay əvvəl Tahir Yusifov adlı şəxsin koronavirusdan dünyasını dəyişməsi xəbəri yayılanda Salyan rayon sakinlərinin bir çoxu, əksərən də əkin təsərrüfatları suvarma suyu ilə təminat sarıdan korluq çəkən kəndli-fermerlər sevinmişdilər. Amma tezliklə məlum olanda ki, vəfat edən Taimex” şirkətinin və Ağsudakı “Qradus-40” araq zavodunun sahibi, “Turan” futbol komandasının rəhbəri olmuş məşhur iş adamı Tahir Yusifovdur, salyanlılar tovuzlulardan heç də az kədərlənmədilər. Bəli, Salyan Suvarma Sistemləri İdarəsinin rəisi rəhmətlıik adaşından fərqli olaraq həmyerlilərindən belə nifrin dolu münasibəti özü qazanıb, qol qoyduğu xoşagəlməz işdəycələri ilə.

NIYƏ TAHIR YUSIFOV ADLI ŞƏXSIN ÖLÜM XƏBƏRI ÇIXANDA SALYANLILAR SEVINMIŞDILƏR


Elə həmin ərəfədə KİV-də başqa bir məlumat dolaşdı ki, Salyan Suvarma Sistemləri İdarəsi bir gündə nə az – nə çox, düz 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min 514 manatlıq olan müqavilə bağlayıb və bu 5 müüqavilənin hamısı “Sevinc-96” Məhdud Məsuliyyətli Cəmiyyətlə imzalanıb. Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə İdarə Şirkətə 279447.39 AZN, Elektrik və mexaniki avadanlıqların təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 263401.88 AZN, Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 279447.39 AZN, Mexanizmlər, təkərli traktor və avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 197079.06 AZN, Təmir tikinti işləri üçün tikinti materiallarının satınalınması adlı tenderə görə isə 266140.27 AZN ödəyəcək.

İdarəyə uzun illərdir rəhbərlik edən Tahir Yusif oğlu Yusifov bölgədə “Dollar Tahir” ləqəbi ilə məhşurdur. Onun rayondakı suvarma sistemlərini məhv etməsindən, böyük maliyyə maxinasiyaları və hətta icra başçısı olmaq üçün vaxtilə çabalar göstərdiyi, bir ara qumara qurşandığı haqda məlumatlara rast gəlmək mümkündür.

T.Yusifovun tender — satınalma sövdələşmələrindən əlavə, son vaxtlar idarənin balansındakı maşın-mexanizmləri ehtiyat hissələrinə bölərək satdığı haqda informasiyalar vardır. Vaxtaşırı olaraq lildəntəmizləmə, sahilbərkitmə işləri adı altında xeyli vəsaitin “təyinatı üzrə” silinərək “səmərəli” xərclənməsi də Tahir bəyə az haram qazanc gətirmir. Beləliklə, Tahirin Salyanda malik olduğu 100 kvadrat-metr sahəsi olan iri topdansatış ərzaq ticarəti mərkəzinin, yenə orada icarəyə verdiyi müasir pal-paltar mağazasının, Salyanda və Bakıda bahalı evlərinin, dəyərli avtomobillərinin, dəyəri yüz min manatlarla ölçülən digər daşınar və daşınmaz əmlaklarının mənbəyi haqda təsəvvürlər dəqiqləşir.

Mövzuya qayıdacağıq.

Deryaz.az
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO