“24 il orduda xidmət edib, amma ailəsi hələ də mənzillə təmin edilməyib...” - Şəhid zabitimizin qardaşı...
Bolge
Oxunub: 345
3 may 2021 | 20:48
“24 il orduda xidmət edib, amma ailəsi hələ də mənzillə təmin edilməyib...” - Şəhid zabitimizin qardaşı...


Vətən müharibəsində qəhrəmancasına şəhid olan peşəkar zabitlərimizdən biri də kəşfiyyyatçı Hüseynov Nazim Yaqub oğludur.

N.Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Ordumuzun peşəkar zabitlərindən biri olan Nazim, hələ 2016-cı il Şanlı aprel döyüşlərinin iştirakçısı olub.

Ordu sıralarından tərxis edilərək ehtiyata buraxılan N.Hüseynov Vətən müharibəsi başlayarkən yenidən ordu sıralarına yollanıb. O, Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 8-də isə Hadrut uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. N.Hüseynov doğulduğu Bəhrəmtəpə qəsəbəsində böyük izdihamla dəfn edilib.

Şəhidimizin qardaşı Xanış Hüseynov Moderator.az-a açıqlamasında bildirib ki, bu gün ən böyük arzuları şəhid qardaşının adının yaşadılmasıdır:

“Yaşadığımız küçəyə Nazimin şəkilini vurmuşuq. Qəbirüstü abidəsində yenidən bərpa işləri aparılıb. Arzumuz odur ki, Nazimin adı yaşadılsın. Yaşadığımız küçəyə, təhsil aldığı məktəbə Nazimin adının verilməsini istəyirik. Nazim Bakı şəhərinin Xətai rayonunda yaşayıb. O, 24 il ordu sıralarında xidmət edib və hələ də ailəsi mənzillə təmin edilməyib. Nazimin orduda çox böyük fəaliyyətləri olub. Onlar canlarından keçib torpaqlarımızı işğaldan azad etdilər”.
Qeyd edək ki, şəhid zabitimizin bir oğlu yadigar qalıb. N.Hüseynov göstərdiyi şücaətə görə ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

“24 il orduda xidmət edib, amma ailəsi hələ də mənzillə təmin edilməyib...” - Şəhid zabitimizin qardaşı...
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb