“Prezident fərman verir, icra başçıları icra etmir” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Bolge
Oxunub: 407
30 apr 2021 | 16:08
“Prezident fərman verir, icra başçıları icra etmir” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR


Biləsuvarda məskunlaşmış Cəbrayıl köçkünü 23 yaşlı Novruz Novruzov İkinci Qarabağ Müharibəsi qazisidir. Sentyabrın 28-də Suqovuşan uğrunda döyüşlərdə yaralanıb və ordudan tərxis edilib. DİA.AZ bildirir ki, o, sağ ayağının dizdən aşağı hissəsini itirib. 45 gün M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində müalicə alıb. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bir ayağı dizdən aşağı amputasiya olunub. Bundan başqa, gözündən də əməliyyat olunub. Deyir, sağlamlığını itirdiyi üçün indi özünə iş tapa bilmir. O, iş üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət etsə də, imtina cavabı alıb.

“Rayonun icra başçısı, müavinləri bircə dəfə də olsa nə mənə, nə də mənim kimi başqa qazilərə baş çəkib hər hansı dəstək olublar. Nəinki qayğı görməmişik, heç başçının qəbuluna da yaxın düşə bilməmişik. Ali təhsilli iqtisadçıyam, işlə təmin olunmağım barədə dəfələrlə icra hakimiyyətinə müraciət etsəm də, məni işlə təmin etmirlər. Halbuki, Prezident icra hakimiyyətlərində şəhid ailələri və qazilərin işləri üzrə şöbə yaradılması üçün fərman verib. Həmin şöbədə iki vakant iş yeri olsa da, yalandan dedilər ki, bizdə iş yoxdur. İcra hakimiyyətində yaradılan həmin yeni şöbəyə kadrın seçilməsində şəhid ailə üzvləri və ya qazilərdən təyin edilməli olduğu halda, əlində işi, maaşı olan bir ingilis dili müəllimini gətirib bu şöbəyə müdir təyin etdilər”,- qazi deyir.

Novruz Novruzov deyir, müharibədən qayıtdıqdan sonra yalnız “Azərsu” ASC və Mərkəzi Bank rəhbərlikləri tərəfindən yardımlar görüb: “İcra hakimiyyəti isə özünü elə aparır ki, sanki biz bu torpağa görə vuruşmamışıq. Nə vaxt getsəm, qapıda deyirlər “başçının yanında qonaqlar var”. Etika xatirinə bircə dəfə də olsun qəbul etməyib, bir maraqlanmayıb ki, necə döyüşdün, necə yaralandın, necə dolanırsan, nə problemin var... Qohumunda-əqrəbasında müharibə, qan-qada görməyən adamın qaziylə, şəhid ailəsiylə belə davranışı əslində başadüşüləndir. Çünki nə özü, nə də yaxınları bu dəhşətləri yaşayıb, buna görə də belə soyuqqanlı davranırlar. Rayonda şəhid anası var ki, heç bir diqqət görmür, yaşlı qadındır, gündəlik 7 manata hardasa qab yuyur. Şəhid anası gündəlik 7 manata qab yumamalıdır. Bir məmur düşündürmür ki, axı bunun balası üstündə gəzdiyimiz torpağa görə qanını töküb, gənc canından keçib”.

“Prezident fərman verir, icra başçıları icra etmir” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı