Regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir
Bolge
Oxunub: 575
23 apr 2021 | 14:55
Regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir




“Regionların sosial iqtisadi inkişafının Dövlət Proqramı”nın icrası nəticəsində regionlarda işlər uğurla həyata keçirilmişdir. Belə ki, regionda qazlaşma səviyyəsi 95%-ə çatdırılmış, sənayenin, kənd təsərrüfatının, o cümlədən sosial sahənin elektrik təchizatı ilə yaxşılaşdırılması sahəsində əsaslı tədbirlər həyata keçirilmişdir. Bu da yeni iş yerlərinin yaradılmasına, əhalinin özünə məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Təhlillər göstərir ki, kənd yollarının 80%-dən çox hissəsi yenidən çəkilmiş, səhiyyə, mədəniyyət obyektləri tikilib istifadəyə verilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Bu da əhalinin sosial rifahının yaxşılaşdırılmasına, büdcə gəlirlərinin artmasına səbəb olmuşdur. İnfrastruktur lahiyələrinin icrası biznes şəraitinin yaxşılaşdırmışdır. Yeni yaradılan istehsal və sənaye obyektlərinin işləməsi regionların gələcək iqtisadi potensialını gücləndirəcəkdir.

Kənd təsərrüfatı sahəsində aparılan innovativ islahatlar bu sahənin dayanmadan şaxələnməsinə şərait yaratmışdır. Belə ki, kənd təsərrüfatında ixrac yönümlü məhsulların istehsalı artmış, yaxın xarici ölkələrə məhsul ixracının dövriyyəsi genişlənmişdir. Bu da iqtisadi rentabelliyin, sahibkarların gəlirlərinin artması ilə nəticələnmişdir.

Böyük aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına, sahənin sənayələşdirilməsinə, emal sənayesinin yaradılmasına səbəb olmuşdur. Kiçik fermer təsərrüfatlarının yeni texnologiyalarla, iqtisadi resurslarla təmin edilməsi üçün praktiki işlərin görülməsi, iri və xırda təsərrüfatların intensiv üsullarla inkişafı məhsul istehsalının artmasına, respublikada ərzaq təhlükəsizliyinin tamamlanmasına böyük təkan vermişdir.

Aqroparkların yaradılması kənd təsərrüfatının qloballaşmasına, məhsuldarlığın artmasına, əkinçiliyin və heyvandarlığın intensiv inkişafına şərait yaradır. Yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin olunur, onların sosial şəraiti yaxşılaşır.

Aqrar sahənin inkişafı üçün ümumi investisiya qoyuluşlarının artması, güzəştli şərtlərlə kreditlərin verilməsi, yeni subsidiya proqramlarının həyata keçirilməsi məhsul istehsalının artmasına, keyfiyyətli məhsulun istehsalına zəmin yaradır. Regionlarda sənaye sahələrinin yenidən qurulması, xarici investisiyaların regionlara cəlb olunması regionların iqtisadi inkişafının əsasını təşkil edir.

Regionlarda aqrar sahənin intensiv inkişafı kənd təsərrüfatının suvarma və əhalinin içməli suya olan təlabatının yeni texnologiyalarla təmin edilməsinə səbəb olacaqdır. İnkişaf etmiş ölkələrdən bu sahədə yeni texnologiyaların respublikanın regionlarına cəlb olunması torpaqlardan səmərəli istifadənin, orqanik və ixrac yönümlü kənd təsərrüfatı məhsullarının istehsalını təmin edəcək, sahənin iqtisadi gəlirliyini artıracaqdır.

Beləliklə, dövlət proqramları sayəsində həyata keçirilən bütün bu tədbirlər respublikamızı dünya miqyasında stabil, dayanıqlı inkişaf dinamikasına malik ölkə kimi tanıtmış, dövlətlərin ən yüksək beynəlxalq iqtisadi meyarları təyin edən qurumlarının reytinqində yüksək mövqelər tutmuş və beynəlxalq donorların və investorların ölkəyə marağı xeyli artmışdır.

Aləddin Abbasov,

Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib