Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Bolge
Oxunub: 518
13 apr 2021 | 20:23
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...


Gəncənin icra başçısı Niyazi Bayramovun tərcümeyi-halına baxanda bir məsələ diqqətimizi cəlb edir.
Cənab başçı Qarabağ müharibəsi veteranıdır, hətta polkovnikdir.
Sözün düzü, mənim şəxsən tanıdığım neçə vəzifəli şəxs, hətta nazir müavini var ki, cibində Qarabağ müharibəsi veteranı vəsiqəsi gəzdirir, veteranlar üçün nəzərdə tutulan güzəştlərdən istifadə edir. Hətta bir dəfə soruşdum ki, harada vuruşmusan ?
Cavabı bu oldu ki, 2 dəfə əsgərlərə dövlət yardımı aparmışam.
Axı, Qarabağa yardım aparmağın döyüşə, müharibəyə nə dəxli var ?
Hətta adam var ki, heç yardım da aparmayıb, ümumiyyətlə, Qarabağa ayağı dəyməyib, ancaq cibində veteran “knijkası” gəzdirir.
Yəqin ki, Gəncənin icra başçısı da Qarabağa yardım aparıbmış.
Bəs görəsən, polkovnik rütbəsini necə əldə edib ?
Bu adamın rəsmi ömür yoluna nəzər salaq.
1956-cı il martın 26-da Bakıda anadan olmuşdur.
1980-1986-cı illərdə vəkil işləyib.
1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012-2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
YAP-ın üzvüdür, Qarabağ müharibəsinin iştirakçısıdır. Polkovnikdir.
İndi özünüz deyin, bu adam hansı ildə, hansı ayda Qarabağda vuruşub? Hələ üstəlik də polkovnik rütbəsi var.
Amma Niyazi Bayramovun ən böyük “zvaniyası” bilirsiniz nədir ?
Gənclər və idman naziri Azad Rəhimovla quda olması. Bəli, Azad Rəhimovun oğlu Arif Rəhimov Niyazi müəllimin kürəkənidir.
Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır. Və hazırda ailəsi ilə Londonda yaşayır.
Son vaxtlar Azad Rəhimovun Amerikada müalicə olunması, hətta komaya düşməsi ilə bağlı xəbərlər yayılır. Əslində məsələ başqa cürdür. Belə ki, avtomobil idmanı üçün dövlətin ayırdığı milyonları Niyazi Bayramovun kürəkəni Arif Rəhimov mənimsəyib. Hazırda o pulların geri qaytarılması məsələsi gündəmdədir. Azad Rəhimovu da komaya salan odur.
Niyazi Bayramovun öz fəaliyyəti isə hazırda dövlət qurumları tərəfindən ciddi yoxlanılır.
Gəncə şəhərində tikinti və abadlıq işlərinə son 2 ildə ayrılan külli miqdarda vəsaitin mənimsənilməsi diqqətlə araşdırılır.
Dövlət başçısı Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 11 milyon, küçələrin əsaslı təmiri üçün 4 milyon, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon, ümumilikdə 22 milyon manat ayırıb.
Niyazi Bayramov isə bütün tenderləri öz yaxınlarının adına yaratdığı MMC-lərə verib.
Hazırda Niyazi Bayramovun həbsi gündəmdədir.
Qudaların başının üstündə qara buludlar dolaşır. //gundelik-baku.com//
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq