Masallının Məşhuru üçün seçici önəm daşımır... - Mebel sənayesindən deputatlığa gedən yol...
Bolge
Oxunub: 394
17 avq 2020 | 20:17
Masallının Məşhuru üçün seçici önəm daşımır... - Mebel sənayesindən deputatlığa gedən yol...


“Ən yeni deputat” rubrikamızın bu sayında anons etdiyimiz kimi, tanış olacağınız deputat Məşhur Məmmədovdur.
Milli Məclisin qeyri-məşhur millət vəkili sayılan Məşhur Məmmədov deputat yox, daha çox mebel sənayesindəki fəaliyyəti ilə məşhurdur.
Reportyor.info xəbər verir ki, Masallıdan olan deputatı istərsə yerli camaat, istərsə ölkə ictimaiyyəti “Embawood” mebel şirkətinin sahibi kimi tanıyır. Yəni, bu qeyri-rəsmi deyil, M.Məmmədov faktiki şirkətin təsisçisidir.
O, eyni zamanda Azərbaycan Mebel İstehsalçıları Assosasiyasının sədridir. 1996-2011-ci illədə “Embawood” mebel şirkətinin təsisçisi və baş direktoru olub.

2011-2013 dövründə “Embawood”un Gürcüstan şirkətinin baş direktoru olub. 2013-2015 illərində “Embawood” şirkətinin təsisçisi və direktor müavini olub.
İlk dəfə Milli Məclisə düşən, digər biznesmen – “Ştutqart” mağazalarının sahibi olan keçiş deputat Nəriman Əliyevi əvəzləyən Məşhur Məmmədov fəaliyyətinə görə hələ ki həmyerlisindən ciddi şəkildə fərqlənmir.
Millət vəkili ən yeni mandat sahiblərindən olsa da, seçilmək, etimadı doğrultmaq, həm seçicinin, həm siyasi rəhbərliyin qarşısında özünü təsdiqləmək üçün heç bir səy göstərmir.
Elə deputatlar ki, dəridən-qabıqdan çıxır, fəallıq göstərir, tez-tez müsahibələr verir, telekanallara çıxır, seçiciyə səslənir, hansısa probleminə yardımçı olur sosial şəbəkədə aktiv olur, ən əsası parlamentdə çıxışları, təklifləri ilə gözə girir, amma bu sadalanan amillərin demək olar heç biri Məşhur Məmmədovda yoxdur.

Deputatın kifayət qədər problemləri olan Masallı camaatının arasında seçicilərinin müraciətləri ilə maraqlanmır, parlament iclaslarında səsini eşidən olmayıb, ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrlə bağlı açıqlamasını görməmişik, xüsusən Tovuz döyüşlərindən, türk generalitetin Bakıya gəlməsindən, şəhidlərimizdən, rusların və serblərin ermənilərə silah ötürməsindən deputat olaraq ağzını açıb bir kəlmə söyləməyib.
Halbuki, həmkarlarından – Aydın Mirzəzadə, Siyavuş Novruzov, Fazil Mustafa, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Asim Mollazadə və digərləri davamlı olaraq açıqlamalar verir, media ilə sıx əməkdaşlıq edir, gündəmdə olan dövlət üçün vacib əhəmiyyətli məsələlərə reaksiya verirlər.
Məşhur Məmmədovun millət vəkili kimi həmkarlarından fərqi nədir ki, belə passiv mövqedədir və ictimai fəallıq nümayiş etdirmir? Axı prezident deputatları aktiv olmağa çağırmışdı.
İnternet resurslarında da onun adını axtarış verəndə barəsində milyonçu olması, amerikalı senatla əlaqələri haqda danışılır.
Sən demə, “Embawood’ şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib.
İş adamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir.
Amma deputat senatorun “ala gözünə, qara qaşına vurulmayıb”. O, Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee ünvanında villa alıb və bunun üçün 1 140 000.00 dollar ödəyib. Beləliklə, parlamentin daha bir ən yeni deputatı ilə tanış oldunuz. Gələn rubrikamızda isə…
REPORTYOR.info
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi