Saatlıda büdcə vəsaitinin mənimsənilməsini görən yoxdur? - İTTİHAM
Bolge
Oxunub: 481
12 avq 2020 | 22:22
Saatlıda büdcə vəsaitinin mənimsənilməsini görən yoxdur? - İTTİHAM


"Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə Mədəniyyət Nazirliyinə də gəlib çatdı. Bu nazirlikdə başa alıb gedən korrupsiya və rüşvərxorluq hallarının üstünün açılmasından və maddi məsul şəxslərin həbsindən sonra düşünmək olardı ki, regionlarda mədəniyyət idarələrində büdcə vəsaiti qorunacaq, korrupsiyanın qarşısı qismən də olsa, alınacaq. Ancaq sən saydığını say, gör Sabirabad Regional Mədəniyyət İdarəsi və Saatlı Mədəniyyət Mərkəzi nə sayır. Mədəniyyət Nazirliyində baş verən həbslər sanki Mədəniyyət Mərkəzinin direktoru, əvvəllər bazarda variant yığan Bəylər Əliyevin və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanovun yadından çıxıb. Onlar vərdiş etdikləri əməllərindən hələ də əl çəkə bilmirlər. Rayonun mədəniyyət müəssisələri “varianyığan Bəylər”lə Apoşun oğlunun əsirinə çevrilib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir.

Daha sonra məqalədə deyilir: "Bu gün Saatlı rayonu ərazisindəki mədəniyyət evləri və klublara baxış keçirilsə, məlum olar ki, əksəriyyətinin adı var, özü isə yoxdur. Kəndlərdə illərlə qapısı bağlı qalan uçuq-sökük binalar, guya, mədəniyyət evi və ya klubdur. Həmin “binalarda”- kı sınıq-salxaq stullar Nuh əyyamından qalmadır. Yeni invetarların verilməsi isə problemə çevrilib. Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanov bu vəzifəyə təyin olunan gündən klub və mədəniyyət evləri inventar üzünə həsrət qalıb.

Saatlıda klub və mədəniyyət evlərinin əksəriyyətinin adı var, özü isə yox. Halbuki, Bəylər Əliyev Mədəniyyət Nazirliyinə verdiyi hesabatlarda göstərir ki, guya, Saatlı rayon mədəniyyət evlərində və klubkarda hətta dram və özfəaliyyət dərnəkləri fəaliyyət göstərir. Bununla həm Mədəniyyət, həm də Maliyyə nazirliklərini aldadır və bu yolla büdcə vəsaitini mənimsəyir. Halbuki, Bəylər Əliyevə qədər Saatlı rayonunun bəzi kənd mədəniyyət evlərində fəaliyyət göstərən özfəaliyyət və folklor dərnəklərinin üzvləri respublikamızın müxtəlif regionlarında çıxış edirdilər. Hətta Heydər Əliyev Sarayında da çıxış edib, laureat adını qazanıblar. Bəs hanı o özfəaliyyət və folklor dərnəkləri? Bu gün Bəylər Əliyevlə Əhməd Apoş oğlunu yalnız işçilərdən hər ay aldıqları rüşvət maraqlandırır. Deyirlər ki, illərlə işə gəlmirsiniz, əvəzində hər ay 25- 30 manat verməlisiniz. Verməsəniz, klubu ləğv eədcəyik.

Rayonun Nərimankənd, Qaracalar, Dədə Qorqud, Məmmədabad, Nabat, Günəşli, Orta Muğan, Çolpu kənd klublarında, Qara Nuru, Qırağlı, Azadkənd, Mircəlalkənd mədəniyyət evlərində hətta iş otağı yoxdur. İş otağı olmayan yerdə hansı dərnəkdən söhbət gedə bilər? Bu kəndlərin heç birində istilik sistemi də yoxdur".

"Halbuki, qış aylarında Bəylər Əliyevlə Əhməd Ramazanov əlaqəyə girərərk, guya, həmin kənd klublarının qızdırılması üçün odun və digər isitmə vəsaitlərinin verilməsi barədə saxta sənədlər tərtib edir və büdcədən bu hesaba pul mənimsəyirlər" - deyə vurğulayan məqalə müəllifi dia.az-a göndərdiyi yazısını belə davam edir:

"Bəzi kənd klublarındakı saralmış kağız üzərində yazılmış cədvəldə “dərnək üzvləri”nin adını görəndə adamı təəccüb bürüyür. Çünki həmin “dərnək üzləri” elə həmin klub və mədəniyyət evlərinin xadimələridir. Bu il isə yəni. 2020- ci ildə mədəniyyət evləri və klubların köhnə binalarında barama saxlanılıb. Rayonun mədəniyyəti barama qurduna qurban verilib. Bəzi kəndlərdə isə klub ”mədəniyyət evi”nə çevrilirb. Bu yolla işçilərin sayını artıqmaqla büdcə vəasiti mənimsənilir.

Biabırçı faktdan biri isə rayonun Varxankənd kənd klubunun mədəni təşkilatçı vəzifəsində “işləyən” Ağalarova Məharət Mirələkbər qızının 5 ildən artıqdır ki, Sumqayıt şədərində yaşmasıdır. Bəylər Əliyevə yaxınlığı ilə tanınan bu xanımın heç mükəmməl orta təhsili də yoxdur, ancaq kənd klubunun mədəni təşkilatçı vəzifəsində çalışır və guya, hər gün Sumqayıtdan Saatlının ən ucqar kəndinə işə gəlir. Kənd sakinləri, ümimiyətlə, belə bir adamı tanımadıqlarını, beş il ərzində bir dəfə də görmədiklərini deyirlər.

Rayonun gəncləri ümid edirlər ki, korrupsiya və rüşvətxorluğun qarşısnın alınması növbəsi Saatlı Mədəniyyət Mərkəzinə də catacaq və rayonda büdcə vəsaitinin talan edilməsinin qarşısı alnacaq. Təəssüf ki, hələ də Saatlıda əksər klub və mədəniyyət evlərinin adı var, özü isə yox. Görəsən Saatlıda mədəniyyət müəssisələri “variantyığan Bəylər”lə əhməd Apoş oğlunun əsirindən nə vaxt xilas olacaq?"

İddia olunanlarla bağlı DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir