"Ancaq bilmirlər ki, Allah göydən baxır" - İcra başçısı
Bolge
Oxunub: 539
1 avq 2020 | 20:21
"Ancaq bilmirlər ki, Allah göydən baxır" - İcra başçısı


Zərdabda bələdiyyə sədri və keçmiş icra nümayəndəsinin həbsinin görüntüləri yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, götüntülərdə Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab Rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun vətəndaşdan rüşvət aldıqları öz əksini tapıb.

Ötən gün Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, həyata keçirilməkdə olan belə tədbirlərin davamı kimi, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparlıb.

Daxil olan məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan “Kapital bank” ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilmiş, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar.

Göstərilən faktlar əsasında 28 iyul 2020-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Xəlilov Sahib Osman oğlu və Xəlilov Rahib Yediyar oğlunun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular 28 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov rəhbərlik etdiyi qurumda hüquq-mühafizə orqanlarının əməliyyat keçirməsinə dair yayılan məlumatlara münasibət bildirib.

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Mərdan Camalov rəhbəri olduğu qurumda belə bir əməliyyatın keçirilmədiyini bildirib: “Əgər Dövlət Təhlükəsizlik Xidməti (DTX), Baş Prokurorluq və yaxud Daxili İşlər Nazirliyi hər hansı bir rayonda əməliyyat keçirirsə, bu barədə dərhal mətbuat xidmətləri açıqlama verirlər. Ona görə heç kim özündən Amerika çıxarmasın. İcra hakimiyyətində heç kim həbs edilməyib. Sadəcə, lazım olan müəyyən məsələlərlə bağlı 1 ay əvvəl işdən çıxardığım icra nümayəndəsi və bələdiyyə sədri saxlanılıblar. Bu barədə də KİV-lərə məlumat veriləcək. O yoldaşlar nə icra hakimiyyətinə gəlib əməliyyat keçib, nə də buradan heç kim həbs olunub”.

Mərdan Camalov hüquq-mühafizə orqanları tərəfindən rayonun İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Sahid Abuseyid oğlu Əhmədovdan izahat alındığını və onun həbs edilmədiyini bildirib: “Nəsə lazım olub deyə onu çağırmışdılar. Hazırda memar da, mən də öz yerimdəyəm”.

M.Camalov Azərbaycanda bəzi xəbər saytlarını yaydıqları məlumatlara görə də qınayıb: “Onlar öyrəşiblər ki, hər kəsin pis işinə sevinsinlər. Ancaq bilmirlər ki, Allah göydən baxır. Pis işə sevinənin Allah öz başına gətirir”.
Bu gün, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Bu gün, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Bu gün, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB