Saatlı sakinləri çətin durumda... - “Əkin sahələri, heyvanlar susuzdur”
Bolge
Oxunub: 428
28 iy 2020 | 23:39
Saatlı sakinləri çətin durumda... - “Əkin sahələri, heyvanlar susuzdur”


Saatlının Mircəlal, Azadkənd, Çolpukənd, Nabatkənd, Fətəlikənd, Qaranur, Qarayevkənd, Şirinbəyin kəndlərinin su problemi var. DİA.AZ bildirir ki, bu barədə həmin kəndlərdə yaşayan sakinlər məlumat veriblər. Onlar nəinki içməli su, suvarma suyu ilə bağlı da böyük problemlər yaşadıqlarını söyləyirlər: “Bu kəndlərin hər biri pambıq əkir, bununla dolanır. İndi pambığın sulanma dövrüdür. Ancaq biz su tapmırıq. Yəni, artıq vəziyyət o həddə gəlib çatıb ki, insanlar məhsuldan əllərini üzüblər. Bir tərəfdən yayılan koronavirus, bir tərəfdən də su qıtlığı bizi qırıb batırır. Xahiş edirik, aidiyyatı qurumlar buna bir tədbir görsünlər”.

Şikayətçilərdən Rövşən Əliyev deyir ki, 2 həftə əvvələdək, vəziyyət daha da ağır olub. İndi az da olsa, növbəli şəkildə suvarma var. Ancaq verilən su həm azdır, həm də gecikir: “Məsələn, çoxumuz sahələrimizi suvarmamışıq. Bu, o deməkdir ki, məhsul olmayacaq. Çünki gecikirik. Problemin nə olduğunu isə tam açıqlamırlar. Hara gedirik, deyirlər, “səbr edin, düzələcək”. Artıq səbr kasamız dolub, biz torpaqdan, əkin-biçindən dolanan insanlarıq. Su olmasa, əkin də olmur, məhsul da. Biz nə edək? Hamı bilir ki, kənd yerlərində iş yerləri də olmur. Camaat təsərrüfatla, çətinliklə dolanır. Əkinçilik, heyvandarlıqla. İş orasındadır ki, heyvanlara verməyə də su tapa bilmirik”.

Rövşən Əliyev əlavə edir ki, su problemindən təkcə təsərrüfat sahəsində deyil, gündəlik həyatlarında da əziyyət çəkirlər. İçməyə, işlətməyə də su tapa bilmirlər: “Əkin sahələri, heyvanlar susuzdur. Bu, bir dərddir. Digər problem isə içməli, işlətməli suyun olmamasıdır. Yayın günüdür, inanın, yuyunmağa su tapılmır. Televizorda hər gün bağırırlar ki, əllərinizi yuyun, şəxsi təmizliyinizə fikir verin. Necə verək? Bu günlərdə də bizim su problemimiz həll edilməsə, durum daha da ağırlaşacaq”.

Sakinlər bildirirlər ki, kəndlərə maşınlarla su gətirilir. Əhaliyə paylanır. Ancaq bu su onların gündəlik tələbatlarına yetmir.
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi