Taleyin ümidinə buraxılmış Şəki - Yarıtmaz idarəçiliyin acı nəticəsi, yoxsa...
Bolge
Oxunub: 661
25 iy 2020 | 22:50
Taleyin ümidinə buraxılmış Şəki - Yarıtmaz idarəçiliyin acı nəticəsi, yoxsa...


Şəki doğma yurdumuz Azərbaycanın dilbər guşələrindəndir. Buranın faunası özünəməxsus füsümkar gözəlliyi ilə seçilir. Ədəbiyyatımızda dramaturgiyanın əsasını qoyan Mirzə Fətəli Axundzadə, uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Abdulla Şaiq, azadlıq və müstəqilliyimizin carçısı Bəxtiyar Vahabzadə və onlarla dahi yetişdirib bu diyar.
Təəssüf, çox təəssüflər olsun ki, bu möhtəşəm diyar və onun duzlu, məzəli lətifələri ilə seçilən, özünəməxsus ləhcəsi olan yerli sakinləri son illərin acınacaqlı durumunu yaşamaqdadırlar.
İyulun 22-si, Azərbaycan Mətbuatının 145-ci ildönümündə Şəkiyə yağan güclü yağış bu şəhərin son illər yarıtmaz idarəçiliyinin acı nəticələrini ortaya qoydu. İki-üç ildir ki, Şəkinin kanalizasiya sistemi yenilənir, küçələr qazılıb bərbad vəziyyətdədir. Əgər Şəkinin icra başçısı Elxan Usubovun başı şəxsi biznesini idarə etməkdən və sərvət toplamaqdan açılsaydı şəhərin arxlarını və bərələrini vaxtında təmizlədib sahmana salardı ki, Şəki camaatı da iyulun 22-də yağan güclü yağışın acısını dadmazdı. İndi Şəki camaatını düşündürən əsas məsələlərdən biri də kanalizasiya xətlərinin yarıtmaz vəziyyətinin üzə çıxmasıdır. Camaat deyir ki, hanı təzə çəkilən kanalizasiya xətti? Niyə yağış suları yeni çəkilmiş kanalizasiya xətti ilə yox, küçənin ortası ilə axırdı??? Əlbəttə ki. camaat haqlıdır. Deyilənə görə Şəki şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov Şəkiyə icra başçısı təyin olunduğu 2011-ci ildən keçən 9 il müddətində şəhərin demək olar ki, "qara günləri" başlayıb. Bu adam vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəhərin tarixi abidələrinin zirzəmilərini müxtəlif kafe və çayxana sahiblərinə satıb. Elxan Usubov vəzifəyə bacarıqlı, camaat içində kifayət qədər hörməti olan, mütəxəssis kadırlar yerləşdirmək əvəzinə, ona son dərəcə sədaqəti və məddahlığı ilə seçilənləri gətirir.
Türkiyəli müğənni Petek Dinçözə Şəkidə torpaq vəd etməsi ilə gündəmə gələn Elxan Usubovun həm Ağstafa, həm də Şəki şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi vaxt vəzifə səlahiyyətlərindən sui-istifadə edib topladığı göz qamaşdıran varidatından yazmamaq olmur. Belə ki, İcra başçısı Elxan Usubovun Şəkidə bir neçə iaşə və ticarət obyektləri, yaşayış sahələri və hektarlarla torpaq sahələri olduğu bildirilir. Cənab Elxan Usubovun Bakıda, Ağstafada, hətta qonşu Gürcüstandakı böyük fındıq zavodu və milyonlarla manat dəyəri olan mülk və obyektləri ilə yanaşı Şəkidə iki mənzil, beş dəbdəbəli malikanə, Şəkidəki süd zavodu, "Sünbül" çörək bişirmə sexi, Axundov prospektindəki "Şəki" hoteli, Kiş kəndinə "Şam bağı, Narınqala, Cənnət bağı," hotelləri, Dağ üstü park deyilən yerdə "Panarama" hoteli, Şəki-Oğuz yolunun üstündə yerləşən bir neçə ticarət mərkəzləri və siyahısı uzanan digər obyektləri olduğu bildirilir. İndi əksər Şəkili işlədiyi müddətdə başı varidat yığmağa, sərvət toplamağa qarışmış cənab Elxan Usubovun əyləşdiyi Şəki Şəhər İcra Hakimiyyətinin binasına tezliklə "qara masqalı" uşaqların təşrif buyurmasını səbirsizliklə gözləyirlər. Aşağıdakı video görüntüdə iyulun 22-də Şəkiyə yağan güclü yağışın acı fəsadlarıdır.
İlqar MƏHƏRRƏMLİ- Conflict.az
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh