"Kimə şikayət etmisinizsə, probleminizi də onlar həll etsin..." - GİLEY
Bolge
Oxunub: 510
22 iy 2020 | 20:19
"Kimə şikayət etmisinizsə, probleminizi də onlar həll etsin..." - GİLEY


“Pul ödəyib bələdiyyədən özümüzə torpaq almışıq. Əlimizdə sənəd-sübutumuz da var. Ancaq bələdiyyə deyir, “nə torpaq, nə sənəd?” Ərazini başqasına satıb. İçində də bizim daş, qum, sementimiz”. DİA.AZ-ın məlumatına görə, Qobustanın Xilmilli kəndinin sakini Leyla Osmanova belə deyir. 3 övladı olan xanım 1 il əvvəl Qobustan şəhər Bələdiyyəsindən torpaq aldığını söyləyir. Ancaq bu gün aldığı həmin torpaqda ev tikə bilmir. Səbəb də bələdiyyənin torpağı ikinci bir şəxsə satmasıdır:

“Torpağımız Qobustanın Nərimankənd adlanan ərazisindədir. Biz o torpağı 3 il boğazımızdan kəsib, topladığımız pulla almışdıq. 3-4 ay içində də borc-xərclə, daş, qum, tikinti üçün materiallar alıb tökmüşdük həyətə. Bir gün getdik ki, həmin həyətdə başqası tikintiyə başlayıb. Soruşduq, dedilər, “bələdiyyədən sənədimiz var”. Eyni sənəddən bizdə də var. Bələdiyyəyə getdik, sədr Vasif Novruzov dedi ki, sizin sənəd qüvvədən düşüb. Amma pulumuzu da qaytarmadılar”.

Leyla Osmanova deyir ki, bundan sonra Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna müraciət ediblər. Şikayətdən sonra Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzov daha da hiddətlənib və onları polislə hədələyib: “Dedi ki, kimə şikayət etmisiz, probleminizi də onlar həll etsin. Necə ki, gedib Prezidentə, Bakıya, mediaya şikayət etmisiz, köməyi də onlardan gözləyin. Qaynanam getdi yanına. Yalvardı-yaxardı, işə yaramadı. Yaşlı qadını polislə hədələyib geri göndərdilər. Yazıq bir müddət özünə gələ bilmədi”.

Bundan sonra ailə Qobustan Rayon İcra Hakimiyyətinə gedib. İcra başçısı bələdiyyə sədrinə tapşırıb ki, onların torpağını geri versinlər. Ancaq bu tapşırığın da bir nəticəsi olmayıb.

“Şikayət etməkdən yorulmuşuq. Problem həll edilmir. Keçən ilin avqustundan dövlət idarələrinin qapılarında sürünürük. 3 körpə uşağım var. Kənddə bir nəfərin evinin zirzəmisini kirayələmişik. Orada yaşayırıq. Mən övladlarımı nə qədər belə şəraitsiz yerdə saxlayacağımı bilmirəm. Artıq pulumuz da qalmayıb ki, nəsə yeni bir yer alaq. Düzünü deyim ki, heç inam da qalmayıb. Yenidən alacağımız yeri də 2 nəfərə satmayacaqları haradan bəllidir. Burada bu boyda qanunsuzluqlar olur, baxan yoxdur”.

Leyla Osmanova deyir ki, son müraciətlərində bələdiyyədən onlara deyilib ki, əlinizdəki sənəd düzgün deyil. Qadın bildirir ki, bu sənəd onlara pulu ödəyəndən sonra verilib: “Belə çıxır ki, dövlət qurumu saxta sənəd verir? Başqa nə ad vermək mümkündür buna? Mən və ailəm illərdir zirzəmilərdə yaşayırıq. Torpağa verdiyimiz pul uşaqlarımın boğazından, geyimindən kəsib yığdıqlarım idi. İndi uşaqlar da böyüyür, bu gün-sabah məktəbə gedəcəklər. Daha pul toplamaq bizim üçün asan olmayacaq. Xahiş edirik, bizim torpağımızı qaytarsınlar. Evimizi tikək, yığışaq”.

"Kimə şikayət etmisinizsə, probleminizi də onlar həll etsin..." - GİLEY"Kimə şikayət etmisinizsə, probleminizi də onlar həll etsin..." - GİLEY"Kimə şikayət etmisinizsə, probleminizi də onlar həll etsin..." - GİLEY
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh