Ucarda narazılıq yaradan məmur kimdir? - GİLEY
Bolge
Oxunub: 438
6 iy 2020 | 22:22
Ucarda narazılıq yaradan məmur kimdir? - GİLEY


Ucar rayon sakinləri tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bir müddət əvvəl Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin qanunsuz hərəkətləri barədə şikayət edən şəxslər hazırda onun tərəfindən şantaja, hədə-qorxuya məruz qalıblar.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş şikayət ərizələri araşdırılıb tədbir görülməsi üçün Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin özünə göndərilmişdir.
Adam etməyib tənbəllik həmin şikayətçiləri otağına çağırıb video çəkliş edib onlara şikayətiçi olmadıqlarını, ərizəni qərəzli yazdıqlarını izahatlarında qeyd etmələrini tələb edib.Həttda şikayətçilərə ağ kağıza imza etməyi məcbur edir.Şikayətçiləri prokuorluğa verib həbs etdirəcəyi ilə hədələyir.
Bu qanunsuzluqdur ki, ilk növbədə həmin şikayət ərizələrini araşdırılması üçün Samir Nuriyevə göndərən mərkəzi orqan edir.Çünki bu adam özü barədə hansı tədbir görə bilər ?
Samir Nuriyev 29 dekabr 2019-cu il tarixdən Ucar rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsinə təyin olunub.Buna qədər o Kürdəmir rayon Arxiv İdarəsinin müdiri olub.
O, Ucar rayon Məşğulluq Mərkəzinə müdir vəzifəsinə təyin olunduğu vaxtdan yeni qiymətlər təyin edib.
İşə qəbul üçün qiymət işin asanlığından aslı olaraq 1500-dən 3000 manat qədərdir.
Özünüməşğulluq proqaramına qoşulmaq 1000 manatdır.Pul verməyib özünüməşğulluğa qoşulanlara isə xəstə keçilər verilir ki, onlarda tezlilə tələf olurlar.
İllərlədir ki, Ucar rayon Məşğuluq Mərkəzində işsiz kimi qeydiyyata alınan insanlar var ki, rüşvət verməyə maddi imkanları olmadığı üçün indiyə qədər işsiz qalıblar.Ancaq istənilən pulu Samir Nuriyevə verən şəxs işsiz kimi qeydiyata alınıb dərhal işlə təmin olunurlar.
Bunu subut etmək çox sadədir. 2020-ci ilin yanvar ayı tarixindən Ucar rayonunda işə qəbul olunan şəxslərin işsiz kimi qeydiyyata nə vaxt alınmaları yoxlanılması kifayətdir.
Adam var ki, uzun illərdir işsiz kimi qeydiyyatdadır istənilən rüşvəti verə bilmədiyi üçün ona ağır fiziki güc tələb edən, daima günün altında olan iş yerləri təklif olunur.Ancaq istənilən rüşvəti verənlər dərhal işsiz kimi qeydiyyata alınaraq ən yüngül çox maaşı olan işlə təmin olunurlar.
Özünüməşğulluq proqaramı ilə aktivlər (iri və xırda buynuzlu heyvanlar) alan şəxslərin çoxunun həyətyanı sahəsinə mal-qarası, qoynu-quzusu, avtomobili və yaxşı gəliri var.Ancaq həmin şəxslər Samir Nuriyevi "görüb" özünüməşğulluq proqramına qoşulub aktivlərlə təmin olunurlar. Həmin şəxslərin həyətyanı sahəsinə baxış keçirəndə bunu görməməzliyə vurub qanunsuz akt tərtib edirlər.

Həttda o idarə etdiyi bahalı avtomobilini idarənin qarşında deyil idarəyə yaxın yaşayış binalarının qarşında saxlayır ki, görən olmasın.
Bu adamın psixoloji probleminin olması 100 %-dir.Anormal kobud hərəkətləri, vətəndaşlarla yerisz mübahisə etməsi, həttda əlbə-yaxa davaya çıxması rayon sakinlərini bezdirib.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən xahiş edirik ki, şikayətimizin icrasını barəsində şikayət etdiyimiz Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevə həvalə etməyin, 2020-ci ilin yanvar ayı tarixindən Ucar rayonunda işə qəbul olunan şəxslərin işsiz kimi qeydiyyata nə vaxt alınmalarının yoxlanılmasına tapşırıq verəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR