Başçı ilə vətəndaş arasında qalmaqal... - Gədəbəydə...
Bolge
Oxunub: 426
1 iy 2020 | 23:16
Başçı ilə vətəndaş arasında qalmaqal... - Gədəbəydə...


Vətəndaş Ramiz Yusubov redaksiyamıza müraciət edərək Gədəbəy icra hakimiyyətindən pulunu tələb etdiyini qeyd edir.

Gundelik-baku-com-a müraciətdən bəlli olur ki, Yusubov Ramiz Niftalı oğlu Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin Çobankənd İnzibati Ərazi üzrə nümayəndəsi Bağırov Nizaməddin Valeh oğlundan şikayətçidir: " Mərhum atam Yusubov Niftalı Abbas oğlu Gədəbəy rayonu Qızılqaya kəndində adına olan ikimərtəbəli, hər mərtəbəsi 130 kv.m fərdi yaşayış evini və 0.28 ha həyətyanı torpaq sahəsini notarial qaydada rəsmi olaraq mənə vəsiyyət etmişdir. Mən atamdan mənə miras qalan mülkiyyəti rəsmləşdirmək üçün əvvəlcə kəndimizin icra nümayəndəsi Nizaməddin Valehovla görüşüb adımı kəndin təsərrüfat kitabına yazdırmaq istədim. Nizaməddin Bağırov məndən rüşvət istədi və icra hakimiyyətinə verəcəyini bildirdi. Mən məcbur olub onun tələb etdiyi pulu verdim" Gədəbəy icra hakimiyyətindən, icra nümayəndələrindən, konkret icra başçısı İbrahim Mustafayevdən bu tip şikayətlər kifayət qədərdir. Ümumiyyətlə icra başçısı İbrahim Mustafayevin Gədəbəydə rüşvətlə ad çıxarması, meşələri məhv etməsi və s kimi qanunsuz halları saymaqla bitən deyil. Bu adam rayondakı irili-xırdalı bütün vəzifələri dədəsinin mülküi kimi hərraca çıxarıb satır. Ümumiyyətlə, bu icra başçısının hansı məktəbi bitirməsi, hansı ali məktəbdə oxuması, hərbi xidmətdə olub-olmaması kimsəyə bəlli deyil. Bilmək olmur, İbrahim Mustafayev icra başçısıdır, yoxsa gizli xəfiyyə işçisi. Bu adam düz adamdırsa niyə öz həyat yolunu cəmiyyətdən gizlədir ?

Düzü, icra başçısının gerçək ömür yolu ilə bağlı axtarişlarımız nəticə verməsə də onun mülkləri barədə məlumat əldə edə bildik. Gədəbəyin icra başçısı İbrahim Mustafayev Mərdəkan dairəsində böyük bir şadlıq sarayının sahibidir. Bakının Qala deyilən ərazisində böyük mebel sexi var. Sexdə istehsal olunan mebellər İbrahim Mustafayevin Yaşıl Bazarda yerləşən mebel salonunda satılır. Əldə etdiyimiz məlumata görə, Gədəbəy icra hakimiyyətinin binası tikilən zaman aqlay təminatı icra başçısı İbrahim Mustafayevin bacanağı tərəfindən təmin edilirmiş. Rayonda aparılan digər işlərə(dövlət binalarına, sahibkar obyektlərinə) sərf olunan aqlay da başçının bacanağından alınmalıdır! Bacanağının aqlay sexi də İbrahim Mustafayevin kurasiyasındadır. Yuxarıda qeyd olunan böyük biznesə İbrahim Mustafayevin bibisi oğlu Taleh Məmmədov nəzarət edir. İbrahim Mustafayev Gədəbəyə icra başçısı təyin olunandan sonra Talehi Gədəbəy DSMF-yə işçi təyin etdirdi. Taleh heç vaxt işə getməyib. Gədəbəydə işə getməyənlərdən biri də Gədəbəy Məşğulluq Mərkəzinin direktoru Sənan Mürsəlovdur.

Sənan bu avantaji bilirsiniz necə qazanıb? İcra başçısı İbrahim Mustafayev ilə davadan sonra ürəktutmasından icra hakimiyyətində ölən icra nümayəndəsi Cahangir Qasımov Sənan Mürsəlovun yaxın qohumudur. Ölüm hadisəsindən sonra İbrahim Mustafayevi qarşı tərəflə Sənan Mürsəlov barışdırıb. Bu yolla İbrahim Mustafayev ölümün cinayət məsuliyyətindən yaxa qurtara bilib. Bunun qarşılığında isə Sənan Mürsəlov istədiyi vaxt işə gəlir, istədiyi vaxt gəlmir. Bundan başqa Sənan Mürsəlov özünəməşğulluqdan (qoyun, inək verilmə) 200-400 manat arası pul alaraq öz istədiyi adamlara paylayır. İbrahim Mustafayev rayonda keçirilən YAYLAQ festivalında xanım qonaqlara qarşı nece reverans edib ? Bu barədə növbəti yazıda.
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR