"Şəki rayon İcra Hakimiyyətinə ayaq döymüşəm..." - GİLEY
Bolge
Oxunub: 455
29 in 2020 | 21:19
"Şəki rayon İcra Hakimiyyətinə ayaq döymüşəm..." - GİLEY


Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan və yaşayan Salamov Baba Məmmədiyə oğlu tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən,Salamov Baba hazırda 30 ildir ki, 7 övladımla birlikdə 1 otaqlı uçuq bir daxmada yaşayıram.Yəni, 9 nəfərdən ibarət ailənin uzun müddət. Ilin bütün fəsillərində 1 otaqlı uçuq evdə yaşamasının nə demək olduğun izah etməyə ehtiyacı yoxdur.Evimizin yaxınlığında olan kiçik bir torpaq sahəsində dirrik məhsulları, meyvə-tərəvəz əkib birtəhər acından ğlməmək üçün yaşayırıq.Evimiz düz kəndimizin girəcəyindədir. Hər dəfə kəndimizə gələn rəhbər qonaqları çalışmışam ki, daxmada yaşadığımız vəziyyəti göstərib bir köməkli etməsini xahiş edim. Bəziləri adamı heç saymır, bəziləri isə yalandan vəd verib, tələsik qapımdan çıxıb gedirlər. Həyat yoldaşım Mehparə də, mən də bu günə kimi bir maaş gələn işdə işləməmişik. Elə bu gün də evimizə bir qara qəpik də girmir. Sağ olsunlar yaxşı qonşuları və xeyirxah insanları. Ailəmin ağır dolanacaq vəziyyətini görüb əl tuan da olur, məsxərəyə qoyub gülənlər də.

Bir kəndli olaraq ömür boyu arzusunda olduğum mal-heyvan saxlaya bilməmişəm. Heç tövləm də olmayıb. Amma birtəhər toyuq-cücə saxlaya bilirəm. Mən Salamov Baba Məmmədiyə oğlu 7 uşaq atası kimi iş olanda sevincək gedib kiminsə qapısında nökərlik edirəm ki, axşama evə bir parça çörək aparım. Doğudur, kənddəki evimizdən 20 km kənarda pay torpağımız olsa da imkansızlıqdan gedib gələ, əkib becərə bilmirik. Sadəcə icarəyə verib, hər il 300 manat pul alıram. Vəssəlam.

Dəfələrlə evimin otağının genişlənməsi üçün Şəki rayon İcra Hakimiyyətinə ayaq döymüşəm.Dəfələrlə, rayon Məşğulluq İdarəsinə gedib gəlmişəm ki, qoy gəlib öz gözlərilə əvvəlcə görsünlər sonra ünvanlı sosial yardım ayırsınlar. Amma nə fayda. İndi hər yerdən ümidimi üzüb dərd-qəmlə evimdə oturub özümə sakit ölüm arzulayıram. Digər tərəfdən uşaqların gələcək taleyi məni narahat edir.Son 4 aydır ki, Şəki Məşğulluq İdarəsinə gedib yalvar yaxar edirəm ki, heç olmasa cənab Prezidentin göstərişi əsasında kəndlərdə sosial işlər üçün ayrılmış yerlərdən birini də məni təmin etsinlər. Baxarıq, gözlə, yerlər dolub, ...və s. boş boş sözlərdən başqa cavablar eşitmirəm.

İndi düşünürəm ki, bu bürokratların qapısında günlərimi keçirincə qoy,son ümidim yeri kimi Cənab Prezidentə müraciət edim. Bilirəm ki, o çox xeyirxah insandır. Və inanmışam ki, bir gün cənab Prezident mənə də köməklik edə bilər. Odur ki, Dövlətimizin başçısısından xahiş edirəm ki, mənim 9 nəfərlik ailəmin yalnız quru çörəyə olan ehtiyacını ödəməyim üçün məni Sizin göstərişinizlə yaradılmış sosial təyinatlı işə cəlb edilməyimə köməklik edəsiniz".
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib